Azadlığa uçan türk. Məmməd Altunbay

Читать онлайн.
Название Azadlığa uçan türk
Автор произведения Məmməd Altunbay
Жанр
Серия Xatirə ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 978-995-255-747-3



Скачать книгу

xüsusilə də bizim hərəkətlərimizə görə fikir çəkməsini istəməzdik.

      Anam çox gözəl qadındı. Bizə gələn bütün qadınlar ona həsəd aparardı. Uca boyu, düz qaməti, incə belinə qədər enən gur qara saçları, iri qəhvəyi badamı gözləri, ətli dodaqları, gülərkən adamı tilsimləyən baxışları və inci kimi düzülmüş dişləri, sanki heç gün görməmiş, qüzey qarı kimi ağ üzünə elə yaraşırdı ki, qonşu qadınlar anamın bu gözəlliyinə heyran qalır və xətrini çox istəyirdilər. Hamı onu Sultan Bəyim deyə çağırardı. Anamın əsl adı Seyid Bəyim idi.

      Bir gecə yenə evimizdə yalqızdıq. Anam kiçik qardaşım Habili yatırarkən üzünü divara çevirib ağlayırdı. O dərd çəkməyək deyə həmişə göz yaşlarını bizdən gizlədərdi. Qardaşım dözə bilmədi:

      – Ana, yenə niyə ağlayırsan? – deyə soruşdu. Anam bizə tərəf baxmadan cavab verdi:

      – Sizin taleyinizi fikirləşirəm, bala.

      Cəmil:

      – Yenə nə olub ki, ana? Bizim taleyimizi nə üçün fikirləşirsən?

      Anam:

      – Balalarım atasız qalsa, mən nə edərəm? – deyə cava verdi.

      Qardaşım tutuldu, ancaq özünü saxlayıb ağlamadı. Danışarkən səsi titrəyirdi:

      – Nə üçün atasız qalmalıyıq ki, ana? Atamız aslan kimi güclü bir adamdır. Heç bir uşağın atası bizim atamız qədər qüvvətli ola bilməz, – deyən qardaşımın üzünə uzun müddət yaşlı gözlərlə baxan anam onu yanına çağırıb yanaqlarından öpdü. Saçlarını oxşayarkən gül rəngli yanaqlarına damlayan göz yaşlarını ona ilahi gözəllik verən örpəyilə silərək sözə başladı:

      – Bir az da böyüyün, sonra hər şeyi özünüz daha yaxşı görüb, daha yaxşı başa düşəcəksiniz.

      O daha ağlamırdı. Mən də sözə qarışdım:

      – Ana, nə üçün bizim atamız da başqa uşaqların atası kimi hər axşam evə gəlmir?

      – Atanızın işi çox olduğu üçün tez-tez səfərə gedir, oğlum – deyə anam cavab verdi.

      Lakin anamın dodaqlarından tökülən bu kəlmələr o qədər soyuq, o qədər qeyri-inandırıcı səsləndi ki, heç özü də dediklərinə inanmadı.

      Qardaşım cəld:

      – Ana, sənin nə isə bir dərdin var, ancaq fikir çəkməyək deyə bizə bildirmirsən. atama görə fikir çəkdiyini bilirəm. Çünki onun kim olduğunu, hətta küçədəki dığalar belə bilir.

      Anam qardaşımın sözünü kəsərək:

      – Sus! – dedi – heç nə danışdığını bilirsən? Küçədəki dığalar kimdir kimdir ki, atanızın adını ağzına alır?

      – Anamın iyirmi dörd yaşı olmasına baxmayaraq oxuyub-yazmağı bacarmırdı. Onun hər şeyi özünə dərd edən incə ruhunda Allah sevgisi və dinə inam o qədər qüvvətli idi ki, Allahın və rəsulunun mübarək adını ağzına alan kimi gözləri dolardı. Düzdür, anam oxuyub yazmağ bacarmırdı, ancaq ölkədə nə baş verdiyindən çox gözəl xəbəri vardı. Çünki hər cümə günü mütləq qonşu qadınların növbə ilə təşkil etdiyi ev yığıncaqlarına gedərdi. Anamın dediyinə görə bu yığıncaqlarda çıxış edən din xadimləri vətənimizdə cərəyan edən hər cür gündəlik və həftəlik məsələlri, olub-keçən hadisələri və hətta dost kimdir, düşmən kim məsələlərini bütün təfərratı ilə qadınlara başa salırdılar.

      1918-ci il mayın 28-də istiqlaliyyətini dünyaya elan edən Azərbaycan Respublikası hələlik qadınların dünyagörüşünü inkişaf etdirmək üçün belə bir təhsil üsulundan istifadə edirdi. Anam hər cümə axşamı yeməkdən sonra uzun müddət başımızın üstündə durub həyətimizdəki buz kimi soyuq su ilə əl-üzümüzü, ayaqlarımızı yuyar və deyərdi:

      – Ayıq fikirli olun, bala, tənbəl və miskin pıspısalar kimi özünüzü çox yatmağa alışdırmayın. Həmişə nəsə öyrənməyə çalışın. Böyüyəndə yaxşı insan və atanız kimi cəsur olun. Vətəninizi, torpağınızı sevin. Sonra isə qardaşımla məni qarşısında oturdub o gün qadınlar yığıncağında din xadimlərindən eşitdikləriniməhəbbət dolu gözəl səsilə hafizəmizə həkk etmək üçün sözləri uzada-uzada, bizə başa salardı. Biz də hədsiz həvəslə dinləyərdik onu, hətta son vaxtlar anam cümə gecəsi söhbətlərini elə nizama salmışdı ki, zehni və fiziki cəhətdən yorulmayaq deyə həmin gün ya bizi küçəyə buraxmaz, ya da məhəllə uşaqları ilə yalnız bir-iki saat oynamağımıza icazə verərdi.

      Hərçənd anam din xadimlərindən çox şey öyrəndiyini söyləyir və bizə də çox şey öyrətməyə çalışırdı, lakin yaşımız az olduğundan bu qədər geniş məlumatı kiçik beynimizə yerləşdirə bilməyəcəyimizi də başa düşürdü. Buna baxmayaraq yenə də özünə çox əhəmiyyətli görünən sözləri bizə əzbərlətməyə çalışırdı. Hər cümə axşamı soyuq su ilə yuyunma işi bitdikdən və kiçik qardaşım Habili yatırdıqdan sonra anam:

      – Haydı, əziz balalarım, hərə öz döşəyində otursun – deyərdi. Oturardıq və ən azı bir saat əziz anamızın böyük həyəcanla təkrarladığı sözləri sevə-sevə əzbərləməyə çalışardıq. Bu sözlər qısa müddətdə beynimizə elə girmişdi ki, məhəllə yoldaşlarımıza da fəxrlə öyrətməyə başlamışdıq.

      Anam deyərdi ki…

      1918-ci ilin 28 May tarixini yaxşı yadınızda saxlayın. Bu tarix vətənimiz Azərbaycanın hakimiyyəti orta əsr düşüncəsi ilə idarə edən çar Rusiyasının üsul-idarəsindən qurtuluşu və əslən türk soylu millətimizin yenidən yaranma günüdür.

      1918-ci il 28 May günü yüz ildən artıq rus çarlarının zülmü altında yaşamış millətimizin əsarətdən qurtararaq öz azadlıq və istiqlaliyyətini dünyaya elan etdiyi gündür. 1918-ci ilin 28 May günü üç rəngli istiqlal bayrağımızın vətənimizin göylərində dalğalandığı gündür. Nəhayət, 28 may 1918-ci il tarixində, vəfalı və fədakar Anadolu igidləri ilə qardaş Azərbaycan igidlərinin əl-ələ, çiyin-çiyinə, könül-könülə verərək xain və alçaq düşmənin qarşısında ölümə meydan oxuyan qəhrəman şəhidlərimizin qanı ilə yüksələn Azərbaycan Respublikasının milli istiqlal bayrağı türk və islam dünyasının ilk abidəsidir.

      Anamın əzbərlətdiyi bu sözlərin mənası neçə il sonra ağlım kəsndən beynimi, qəlbimi və bütün mənliyimi sardı. Bu gün kommunist chənnnəmində deyil, azad bir dünyada, daha doqrusu, ana vətən sandığım Türkiyənin qoynunda yaşamağımın da səbəbi budur.

      Babamın vicdanı

      Qapı qonşumuz olan Haykanuşun uşaqları ilə heç dolanmazdıq. Qardaşım fürsət düşən kimi onları döyərdi. Mən də ona kömək edərdim. On oğlan və üç qız anası olan haykanuşa qonşular “cins yorğun inək” dını qoymuşdular. Çünki hər il bir uşaq, hətta qonşu qadınların dediyinə görə üç il dalbadal əkiz, bir ildə üç uşaq doğmuşdu. Haykanuş əslində cavan olmasına baxmayaraq o qədər kök idi ki, oturduğu yerdə tərpənə bilmirdi. Əri Mkrtıç isə tamamilə onun əksinə arıq, cansız, bir dəri, bir də sümük idi. Buna görə də uşaqlar