Postmodernizm. Gencay Şeylan

Читать онлайн.
Название Postmodernizm
Автор произведения Gencay Şeylan
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-10-1



Скачать книгу

-cı illərdə, xüsusilə Nyu Yorkdakı müxtəlif sənət çevrələri arasındakı müzakirələrdə geniş istifadə olunmağa başlamışdır. Postmodern kəlməsinin işlədilməyə başlanılması daha əvvəlki tarixi dövrlərə qədər gedib çıxır. Amma 1960-cı illərdə xüsusilə Nyu York sənət çevrələrində baş tutan müzakirələrdə, postmodern və ya postmodernizm qavramı, modern sənət yaxud modern estetikanın əksi olaraq istifadə edilməyə başlamışdır. Buna görə, bugünkü əsas mübahisə mövzularından biri olan postmodernizmin, modernizmin inkarı olaraq ilk dəfə yuxarıda qeyd olunan dövrdə ortaya çıxdığı söylənə bilər. Bu müzakirələr içərisində bəzi sənət tənqidçiləri artıq postmodern bir dövrə başlandığını irəli sürərək sənətdə də yeni bir postmodern estetikası anlayışının qüvvədə olduğu fikrini müdafiə etməyə başlamışlar. Bəzi sənət adamları da bu prizmadan yanaşaraq özlərini postmodern olaraq təqdim edirlər. Gözlənildiyi kimi, postmodern estetika və postmodern sənət, hər şeydən əvvəl modern sənət və estetika anlayışını təmsil edən əsas göstəricilərin radikal şəkildə inkarı mənasını daşımışdır.

      Postmodernizm, bu çərçivə içərisində yerləşən və qəbul edilən fərqli bir sənət estetikası anlayışını ifadə edir. Başqa sözlə desək, postmodern estetika anlayışı, o dövrə qədər sənət çevrələrində üstünlüyünü saxlayan modernizmdən yaxud modern sənət estetikası anlayışından tamamilə uzaqlaşmışdır. Bu səbəbdən, postmodern sənət və estetika anlayışını, yaxud postmodernizmin sənət sahəsində məna və məzmununu qavraya bilmək üçün əvvəlcə modern sənət anlayışının və modernizmin estetik göstəricilərinin nə olduğuna, heç olmasa əsaslarına nəzər salmaq lazımdır. Çünki postmodern sözü bugünkü həcm və məzmunu ilə ilk dəfə modern sənət və estetika anlayışına qarşı radikal bir tənqid olaraq istifadə olunmuşdur. Postmodern sözünün anlayışı müxtəlif, qarışıq və qeyri-müəyyəndir. Misal üçün Modern-day. Dictionary of Received İdeas-a görə postmodernizm anlaşılmaz bir kəlmədir. Bu sözü işlədənlər ona istədikləri mənanı verə bilirlər. Postmodernizmi təmsil edən sənətkar və sənət tənqidçilərinin fikirlərini müzakirə etmədən əvvəl, qısaca sənət və estetika qavramları üzrərində durmaq faydalı olacaq.

      SƏNƏTDƏ MODERNIZM

      Qərbin böyük şəhərlərində, mədəniyyət mərkəzlərində əsasən iki cür sənət muzeyi olduğunu deyə bilərik. Bunlardan birincisi böyük və əsasən antik dövrdən klassik dövrə qədər olan bütün sənət əsərlərini əhatə edən muzeylərdir. Məsələn, Londondakı Britiş Muzeyi, Parisdəki Luvr, Nyu Yorkdakı Metropolitan muzeyləri belə muzeylərin ən məşhurları sayılır. İkinci qrup muzeylər əsasən modern sənət muzeyləridir. Bu muzeylərdə, modern sənət əsərləri, başqa sözlə desək, 1890-cı ildən sonra yaradılan sənət əsərləri nümaiş olunur. Şübhəsiz modern sənət qavramına məna verən göstərici sənət əsərinin yarandığı tarix deyil, müəyyən bir estetika anlayışını əks etdirmiş olmasıdır. Modern sənət muzeylərində də, müəyyən anlayışa görə yaradılmış, müəyyən estetik göstəricilərə görə dəyərləndirilən sənət əsərləri yer alır. Şübhəsiz ki, modern sənət estetikası yalnız rəsm, heykəl kimi incəsənət sahələrinə aid deyil. Ədəbiyyatdan musiqiyə, teatrdan kinoya qədər uzanan bütün modern sənət anlayışını, başqa sözlə, modern sənətə məxsus estetika anlayışını əks etdirən bütün sənət sahələrini əhatə edir.

      Modernizm, XIX əsrin sonralarında Avropada meydana gələn və tədricən hakim olan müəyyən sənət estetikası anlayışını ifadə edən bir qavramdır. Başqa sözlə, modernizmin, müəyyən bir sənət estetikası anlayışı olaraq bütün modernizm mərhələsində deyil, olduqca yaxın bir dövrdə qüvvədə olduğu görünür. Bəlkə də, hansısa cəmiyyət üçün modernizm, əsasən yeni bir sosial sistemin ya da sənayeləşən cəmiyyətin sənət estetikası anlayışı olaraq şərh oluna bilər. Sənaye cəmiyyətinin xüsusiyyətləri və problemləri, bu çərçivədə yeni bir sənət və estetika anlayışının ortaya çıxmasında mənbə rolunu oynaya bilmişdir. Bilindiyi kimi, sənaye inqilabı XIX əsrin birinci yarısında formalaşmağa başlamış və ikinci yarısında böyük bir dəyişiklik olaraq meydana çıxmışdır. Bunun nəticəsi olaraq Avropa, xüsusilə Qərbi Avropada, bambaşqa bir cəmiyyət nümayiş etdirmək məcburiyyətində qalmışdır.

      Bu dəyşiklik şübhəsiz ki, özündə çoxşaxəli bir dəyişikliyi əks etmişdir. Bu dərin və hərtərəfli dəyişiklik, sadəcə iqtisadi münasibətlərə və struktura, cəmiyyətin istehsal gücünə, sosioloji və siyasi xüsusiyyətlərinə ciddi şəkildə təsir göstərməklə qalmayıb, bu sahələrdəki radikal dəyişikliklərlə birgə düşüncə sahəsində də böyük və hərtərəfli dəyişikliklərə də yol açmışdır. Məsələn 100 il əvvəl, 1848-ci ildə Kommunist Partiyası Manifestinin yayılması, düşüncə və sosial elmlər sahəsində də dərin dəyişikliyin simvolu yaxud önəmli bir dönüş nöqtəsi olaraq dəyərləndirilir. Həqiqətən də XIX əsrin ikinci yarısında cəmiyyətlə bağlı düşüncə və müzakirələrin yeni bir paradiqmanı əks elətdirdiyi qeyd oluna bilər. Cəmiyyətlərin strukturlarında və fikir dünyalarında özünü göstərən cəmiyyəti açıqlayan nəzəri paradiqmanı dəyişdirən belə bir geniş dəyişikliyin sənət sahəsini dəyişdirməməsi mümkün deyildir. Sənət anlayışı və estetika standartları da bu dəyişikliyin təsiri altında qalmış və yenidən formalaşma mərhələsinə keçmişdir. Sənət sahəsində ortaya çıxan modernizmi, yəni yeni estetika və sənət anlayışını sözü gedən total dəyişikliyin təsirlərindən biri olaraq şərh etmək mümkündür.

      Məlum olduğu kimi Renessans dövründən bəri sənət və estetika anlayışı realizm üzərində formalaşmışdır. Realizmin estetik dəyərləndirmədə təməl anlayışı, Renessans ilə meydana çıxan klassik və onun davamı sayılan romantik məktəb üçün də qüvvədədir. Renessansdan əvvəl sənət, dinin ucalığını və ülviliyini əks etdirməkdədir və estetika anlayışı da bu missiyanın yerinə yetirilməsi ilə əlaqəli olaraq formalaşmaqdadır. Burada sənətkarın dünyada yaşanan həqiqətləri axtarmaq kimi bir missiyası yoxdur, ondan tələb olunan hansısa doktrinaya uyğun dini bir ismarıc verməsidir. Başqa sözlə, sənət nümunəsindən hansısa insan, cəmiyyət ya da təbiət hadisələrini çatdırması gözlənilmir.

      Renessans, yenidən doğuş deməkdir və bu yenidən doğuş əsasən sənət sahələri üçün işlədilir. Bəs yenidən doğuş düşüncəsinin mənası nədir? Dəyişmək yaxud modernizm, bir tərəfdən ağılın və elmin hökmranlığı digər tərəfdən də insanın ucaldılmasıdır. Bu müddət ərzində ən yüksək dəyər humanizmdir və həqiqəti qavramaq ağıl və elm yoluyla baş verəcəkdir. Belə bir dəyişikliyin, sənət və estetika anlayışının realizm üzərinə oturması qaçılmaz olacaqdı. Sənətkar, ancaq ağıl və elm ilə qavranan həqiqəti bacarıqla əks etdirdiyi dərəcədə estetik tələbləri yerinə yetirmiş olur. Beləcə Renessans sənəti, bir tərəfdən də antik dövrə geri dönüşü ifadə edəcək şəkildə insanı, insan həqiqətini əks etdirməyi gətirəcəkdi. Renessans dövründə sənət, insanın özünü və kainatı necə gördüyünü əks etdirməyə başlamışdı. Burada sənət əsəri eynilə həqiqəti əks etdirir və estetika anlayışı bu kriteriyaya dayanır.

      “Sənət yaradıcılığı” asanlıqla tərif oluna bilməyən bir qavramdır. İnsanın hansı növ bacarıq və xüsusiyyətlərinin sənət yaradıcılığı baxımından müəyyənedici olması dəyişkəndir. Məsələn, orijinallıq, ifadə etmə qabiliyyəti, kəşf kimi fərdi xüsusiyyətlər sənət yaradıcılığının əsası ola da bilər, olmaya da bilər. Yəni sənət yaradıcılığı başqa cür insan qabiliyyətinə bağlı olaraq da meydana çıxa bilər. Sənət bir tərəfi ilə fərdi, digər tərəfi ilə ictimai hadisədir. Buna görə sənət yaradıcılığı ilə müəyyən məkan və zamanda cəmiyyətə hakim estetika anlayışı arasında sıx bağlılıq və bir-birlərini tamamlamaq əlaqəsi olduğu söylənilə bilər. Bilindiyi kimi Renessans əsasən müxtəlif sənət sahələrində meydana çıxan yeni bir sənət və estetika anlayışına söykənir. Məkan, işıq, rəng tonları, dərinlik və kompozisiya bu yeni sənət anlayışında ən əhəmiyyətli və əsas elementlər sayıla bilər. Sənətkar, bu elementlərdən istifadə edərək insana yaxud cəmiyyətə aid hansısa həqiqəti əks etdirir.

      Görəsən sənətkar insan və cəmiyyətə aid həqiqəti necə qavrayır və ən əsası necə çatdırır? Klassik sənətdə sənətkarın əvvəlcə beş duyğu vasitəsi ilə hər hansı həqiqəti duyacağı müəyyən idi. Ancaq bu duyğular sözü gedən həqiqətin dərk olunması üçün