Pi`nin həyatı. Янн Мартел

Читать онлайн.
Название Pi`nin həyatı
Автор произведения Янн Мартел
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8200-8-9



Скачать книгу

köçürmək mənə xoş olmasa da Braziliyada olarkən tez-tez istirahət edən ərincəyin tərsinə çevrilmiş asanalarda yoqa və meditasiya ilə məşğul olan rahiblərə neçə çox oxşadığına heyrət edirdim. Onlar daim mənə başı ibadətə qarışmış zahidləri ya da yalnız xəyalları ilə yaşayan müdrikləri necə də çox andırır.

      Elmin iki fərqli sahəsində təhsil aldığım üçün, onlar bəzən bir-birləri ilə zidiyyət yaradırdı. Tələbə yoldaşlarım-dan bəziləri bütün beyni ilə ilahiyyata yüklənmiş, tanrının ağ və qara qullarını müzakirə edərkən, mən üçbarmaq ərincəyi Tanrını yada salan əsl möcüzə hesab edirdim.

      Alim əməkdaşlarımla yola getmək asan və sadə idi. Alimlər, tanrını tanımayan, içki kimi ən çoxu pivə içən və boş vaxtlarında ancaq seks, şahmat və beyzbol haqqında düşünən mehriban insanlardı.

      Bu haqda danışmaq təvazökarlıqdan uzaq olsa da, mən “əla” qiymətlərlə oxuyurdum. Dörd il ərzində Sent-Maykl kollecinin ən yaxşı tələbəsi olaraq qaldım. Elə buna görə də zoologiya fakültəsində verilən bütün mükafatlara layiq görülmşdüm. İlahiyyat fakültəsində isə heç bir mükafat almamağımın səbəbi bu idi ki, burada yaxşı oxumağa görə ümumiyyətlə heç bir mükafat verilmirdi. Bu gedişlə yəqin ki Toronto univerisitetinin general-qubernator, akademik mükafatını da alacağam, indiyə kimi heç bir oğlan belə rahatlıqla, şən bir əhval-ruhiyyə ilə həmin mükafatı almayıb.

      İnciklik hələ də içimi gəmirməyə davam edirdi, doğrudur bu hiss əvvəlki kimi güclü deyildi. Həyat hətta əgər səni yeni bir əzabla mükafatlandırıbsa belə, əvvəllki əzabların olduğu üçün, heç nə insana ağırlıq gətirə bilmir. Mənim həyatım Avropa rəssamlığındakı memento mori obrazına bənzəyir: həmişə bir kəllə obrazı arxamca gəzir. Mənsə kəllələrə gülürəm. Ona baxıb deyirəm: “Ünvanı səhv salmısan! Sən həyata inanmırsan, mənsə ölümə. Uzaqlaş məndən!” Kəllə isə özünü daha da mənə yaxınlaşdırır, lakin bu elə də təəcüblü şey deyil. Ölüm həmişə insana xəstəliklər, səbəblər, bioloji əsaslara görə yox, sadəcə qısqanclığa görə yaxınlaşır. Həyat o qədər gözəldir ki, ölüm ona vurulub, sevgili kimi o vəhşicəsinə qısqanc və islaholunmaz aşiqdir. Məndən başqa universitetdə əlaçı olan tələbəyə, qırmızıyanaq oğlan Rodsa təqaüdü verdilər. Mən onu çox sevirdim və yəqin edirəm ki, indilərdə Oksforda daixl olub. Əlbət bir gün zənginlik ilahəsi Lakşmi mənə də yaxın düşəcək və Oksford mənim ölməzdən əvvəl olmaq istədiyim beş şəhərdən birinə çevriləcək. Digər dörd şəhər isə Varanasi, Məkkə, Yerusəlim və Paris olacaq.

      İş həyatım haqqında heç nə danışa bilmərəm, təkcə onu deyim ki, boynuma taxdığım qalstuk, ya da başqa cür desəm qarmaq, bir az ehtiyatsızlıq etsəm, insanı boğa biləcək qədər kip idi.

      Mən Kanadanı sevirəm. Müdrik Hindistan, hind mətbəxi, divardakı ev kərtənkələsi, musiqili filmlər, küçələrdə gəzişən inəklər, qarğaların qarıltısı, hətta kriket oyunu üçün darıxıram. Lakin, mən yenə də Kanadanı daha çox sevirəm. Bu böyük ölkə olduqca soyuqdur, hətta təmkinli, xoşməramlı, qəribə saç düzümü olan insanların yaşadığı bir yer olsa da, mənim öz vətənim vardı. Necə olursa olsun, doğma yurdum olan Pondişeridə məni heç kəs gözləmirdi.

      Bir zamanla Riçard Parker mənə çox yaxın olub. Onu unutmaq gücündə deyiləm. Onun üçün darıxırammı? Etiraf edim ki, – hə. Darıxıram. O hələ də yuxularıma gəlir. Doğrudur kabuslarda görürəm onu, amma kabus özü də yarı sevgiylə dolmuş yuxulardır. İnsan ruhu belə qərubə şəkildə qurulub. Hələ də anlamıram o məni necə ata bildi? Elə səs-küysüz, heç vidalaşmadan, çevrilib geriyə baxmadan uçub getdi. Ağrı xəncər kimi ürəyimə batdı.

      Meksika xəstəxanasının həkim və tibb bacıları mənimlə olduqca xeyirxah davranırdılar. Sanki onların xəstəsiydim. Xərçəng xəstələri və yatalaq xəstələri, hamısı mənim danışdığım hekayətlərə maraqla qulaq asırdılar. Bəziləri çəlikləri ilə arxamca düşür, bəziləri əlil arabası ilə, doğmaları ilə birlikdə mənim ətrafımda gəzirdi, lakin onlar heç biri ingiliscə bir kəlmə də anlamırdı, mənsə ispanca bilmirdim. Onlar üzümə gülümsünürdülər, əl edirdilər, başımı sığallayır, yatağımın üstünə hədiyyələr qoyurdular, hədiyyə deyəndə ki, yemək və paltar verirdilər. Mənsə tamamilə özümdən asılı olmayaraq, qarşılığında onlara gülümsünür, əl edirdim.

      Bir neçə gün sonra ayağa qalxıb iki-üç addım yeriməyə başladım. Ürəkbulanması, baş gicəllənməsi və zəiflik olmasına baxmayaraq bunu bacardım. Elə bir xəstəliyim yox idi, sadəcə analiz nəticəsində məndə qan azlığı aşkarlanmış, qanımda natrium artmış, kalium azalmışdı. Bədənimdəki maye bayıra çıxa bilmirdi və ayaqlarım dəhşətli dərəcədə şişib, fil ayaqlarına bənzəyirdi. Sidiyim tünd olurdu, bəzən tünd sarı bəzən də hətta boza çalırdı. Lakin bir həftə sonra mən yeriməyə başladım, adi halda olduğu kimi oldum, çəkmələrimi geyinə bildim, amma iplərini hələ ki bağlaya bilmirdim. Dərim tamam sağalmışdı, amma çiyinlərimdə və kürəyimdə çaplıqlar qalmaqdaydı.

      Mən ilk dəfə su kranını açanada şiddətlə axıb gedən suyu görən kimi, keyləşdim, başım fırlandı, ayaqlarım boşaldı və düz tibb bacısının qollarına yıxıldım.

      Kanadada ilk dəfə hind restoranında yemək yeyəndə isə özümdən asılı olmayaraq əllə yediyimi aşkarladım. Ofisiant mənə baxıb rişxədlə soruşdu: “Kənddən birbaşa gəlib şəhərə düşmək belə olur?” Rəngim saralıdı. Cəmi bir neçə saniyə əvvəl yeməyin dadına qapılmış barmaqlarım indi sanki o andaca donub qaldı. Sanki cinayətkarı hadisə yerində yaxalamışdılar. Mən heç onları yalaya da bilmədim, salfet götürüb sildim. O balaca uşağa bənzər ofisiant, heç özü də bilmədi ki, məni necə incidib. Onun sözləri qulağımı kəskin iynə kimi dəldi. Bıçaq və çəngəli götürdüm. Amma əvvəllər onlardan heç istifadə etmirdim. Əllərim əsməyə başladı. Sambar (hind yeməyidir – tərc.) bütün dadını itirdi.

      Bölüm 2

      O Skarboroda yaşayır. Bəstə boylu, cansız bir oğlan idi, boyu 160 sm-dən çox deyildi. Qarasaç, qaragöz, saçlarında ağ tellər vardı. Dərisi yumşaq, qəhvəyi rəngli idi. Bayırda payızdı, amma hava soyuq deyildi, ancaq o papaqlı, xəzli paltar geyinmişdi, biz restorana toplaşırdıq. Onun üzü ifadəliyidi. Əllərini havada yelləyərək, tez-tez danışırdı. Ancaq heç bir boş söz işlətmirdi. Hər şey gələcək haqqında idi.

      Bölüm 3

      Məni üzgüçülük hovuzunun adı ilə adlandırıblar. Bunun qəribə tərəfi oydu ki, valideynlərim heç üzməyi bilmirdilər. Atamın köhnə ortaqlarından biri də Fransis Adirubasami idi. O ailəmizin mehriban dostlarından biri idi. Mən onu Mamaci adlandırırdım, tamil dilində mama, dayı demək idi, hindcədə ci- şəkilçisi isə hörmət əlaməti olaraq işlədilir. Mamaci mənim doğumumdan çox-çox əvvəllər hələ gənc ikən, bir dəfə Cənubi Hindistan üzrə üzgüçülük yarışında birinci yerə çıxmışdı. Hansısa mənada o ömür boyu ən yaxşı üzgüçü kimi yaşadı. Qardaşım Ravi deyir, kimsə danışırmış ki, Mamaci dünyaya gələndə ağciyərlərindəki suyu heç cür bayıra çıxara bilmirmiş, həkimlər onun həyatını xilas etmək üçün başı aşağı