Название | Şerlok Homs və doktor Vatson |
---|---|
Автор произведения | Артур Конан Дойл |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952245127 |
Bu hündür tavanlı otaqdakı rəflər müxtəlif dərman şüşələri və məhlullarla dolu idi. Hər tərəfə alçaq, lakin uzun stollar qoyulmuşdu. Sıx-sıx düzülmüş distillə[5] cihazları, tıxaclar[6], yanarkən mavi alov dilimləri çıxaran spirt lampaları diqqət çəkirdi.
Laboratoriyanın uzaq küncündə cavan bir oğlanın başı diqqətlə gördüyü işə qarışmışdı. İçəridə ondan başqa kimsə yox idi. Oğlan addım səslərimizi eşidən kimi başını qaldırıb yerindən qalxdı. Sevincək çığırıb əlindəki tıxacla üstümüzə gələ-gələ dedi:
– Tapdım ey, tapdım! Axır ki, təkcə hemoqlobinlə çökdürülə bilən reaktivi[7] tapdım!
Oğlan o qədər xoşbəxt idi ki, məncə, istənilən başqa bir adam hətta qızıl yatağı tapsaydı belə, sifəti sevincdən bu qədər alışıb-yanmazdı!
Stemford bizi bir-birimizə təqdim etdi:
– Doktor Vatson, bu, cənab Şerlok Holmsdur.
Holms mənimlə mehribancasına görüşdü.
– Salam! – deyə o, qeyri-adi bir güclə əlimi sıxdı. – Deyəsən, Əfqanıstanda olmusunuz.
– Haradan bildiniz? – mən heyrətlə soruşdum.
– Boş şeydir, – o, gülümsünməklə kifayətləndi.
– Lakin hemoqlobin… Hə, bax bu, başqa məsələdir. Yəqin, kəşfimin mahiyyətini dərk eləyirsiniz?
– Kimyəvi təcrübə kimi maraqlıdır, – mən cavab verdim, – ancaq praktik cəhətdən…
– Aman Tanrım! – Şerlok Holms heyrətlə səsləndi və düz gözlərimə baxaraq dedi, – bu, son onillərdə məhkəmə tibbi ekspertizası sahəsində edilmiş ən mühüm kəşfdir. Başa düşmürsünüz, bununla qan ləkəsini səhvsiz müəyyən eləmək mümkündür. Buraya gəlin! – Holms səbirsizliklə qolumdan yapışıb məni işlədiyi masanın yanına apardı. – Bir az təzə qan götürək, – o belə deyib uzun bir iynə ilə barmağını deşdikdən sonra pipetka ilə oradan bir damcı qan götürdü. – İndi bu qanı bir litr suda həll eləyəcəyəm. Baxın, su demək olar, təmizdir. Həcminə görə qanın miqdarı suda birin milyona nisbəti qədərdir. Buna baxmayaraq, əmin ola bilərsiniz ki, reaksiya alınacaq. – Holms sözünü bitirib şüşə qaba bir neçə ağ kristal ataraq üzərinə də şəffaf məhlul əlavə etdi. Qabdakı qatqı həmin an solğun-qırmızı rəng aldı. Qabın dibində qəhvəyi çöküntü əmələ gəldi. – Ha, ha! – yeni tanışım hədiyyə almış uşaq kimi sevinclə əl çaldı. – İndi sözünüz nədir?
– Məncə, bu, çox güclü reaktivdir, – mən dedim.
– Möcüzədir, möcüzə! Qan kürəciklərini mikroskop altında müəyyən eləmək üçün dəmirağac qətranı ilə aparılan əvvəlki üsul etibarsız və çətindir. Əgər qan bir neçə saat əvvəl axıbsa, bu üsul öz mənasını tamam itirir. Mənim kəşf elədiyim reaktiv üçün isə qanın təzə olub-olmaması fərq eləmir. Belə bir kəşf əvvəldən edilsəydi, indi cinayətkarların çoxu əl-qolunu sallayıb azadlıqda gəzməzdi.
– Maraqlıdır! – mən donquldandım.
– Cinayətlərin açılması zamanı qəribəliklər ortaya çıxır. Bəzən şübhəli şəxsin üst-başına baxış keçirərkən qəhvəyi və ya bənövşəyi rəngdə ləkə tapırlar. Lakin bilmirlər ki, bu qandır, adi palçıqdır, pas ləkəsidir, meyvə şirəsidir, nədir. Əksər ekspertlər məhz buna görə əməlli-başlı əziyyət çəkirlər, nəticədə qatilin müəyyənləşdirilməsi dalana dirənir. Səbəb nədir? Etibarlı reaktiv yoxdur. Lakin artıq Şerlok Holmsun kəşf etdiyi reaktiv var, deməli, bütün çətinliklər arxada qalıb!
Holms danışdıqca gözləri parıldayırdı. Sözünü bitirdikdə isə o, əllərini sinəsinə qoyub tamaşaçı alqışları altında təzim edirmiş kimi başını tərpətdi.
– Sizi təbrik eləmək olar, – onun şövqlə söylədiyi fikirlərdən heyrətlənərək dedim.
– Bir il əvvəl Frankfurtda fon Bişofun cinayət işi niyə düyünə düşmüşdü? Əmin olun ki, əgər orada mənim üsulumdan xəbərdar olsaydılar, əsla ilişməzdilər. Bradfordlu Mezonun, ya da Lefrdə məşhur Müllerin işində olduğu kimi!
– Cənab Holms, siz cinayətlər tarixinin canlı xronikasısınız. Hətta xüsusi qəzet də buraxa bilərsiniz. Həmin qəzetin adını isə, məsələn, belə qoymaq olar: “Keçmişin polis xəbərləri”.
Barmağındakı yaraya plastır bağlayan Şerlok Holms bu sözlərdən daha da qürurlandı və təntənə ilə əlavə etdi:
– Haqlısınız. Belə bir qəzeti hamı böyük maraqla oxuyardı, – o bunu dedikdən sonra ani susdu, ardınca üzünü mənə çevirərək gülümsədi və əlavə etdi: – Mənim işim ciddiyyət və məsuliyyət tələb edir. Odur ki ehtiyatlı olmaq lazımdır.
Bu zaman gözlərim Holmsun əlinə sataşdı, onun barmaqlarında zəhərli turşuların buraxdığı izləri, plastrları gördüm.
Stemford üçayaqlı hündür kətildə oturub çəkməsinin ucu ilə digər kətili mənə doğru itələyərək Holmsa dedi:
– Gələk əsas məsələyə… Holms, sizə işimiz düşüb. Dostum özünə kirayə ev axtarır. Ondan bu barədə eşidəndə dərhal sizi xatırladım. Axı siz mənə demişdiniz ki, özünüzə ev yoldaşı axtarırsınız.
Deyəsən, Holmsun xoşuna gəlmişdim, çünki o, tərəddüd etmədən razılaşdı.
– Hə, Beyker-stritdə bir evə baxmışam. Məncə, ikimizə də uyğun gələr, – Holms belə dedikdən sonra üzünü yenidən mənə çevirdi:
– Yəqin, kəskin tütün qoxusuna etiraz etməzsiniz.
Sakit cavab verdim:
– Özüm də çəkirəm.
– Lap əla. Adətən evdə bəzi kimyəvi məhlullar saxlayıram, çünki hərdən təcrübələrimi qaldığım otaqda davam etdirirəm. Belədə sizə mane olmaram ki?
– Qətiyyən.
– Bir dəqiqə, görüm başqa nə çatışmazlığım var. Hə… Arabir özümə qapanıb günboyu bir kəlmə də kəsmirəm. Bilməlisiniz ki, bunda sizlik bir şey yoxdur. Xasiyyətim belədir. Həmin vaxtlarda mənə fikir verməyin, vəssalam! Qaraqabaqlığım özü keçib gedəcək. İndi isə siz döşəyin gəlsin. Şərti şumda kəsək ki, sonra xırmanda yabalaşmayaq.
Mən gülümsəyərək dedim:
– Haqlısınız… Bir küçüyüm var, buldoqdur. Etiraz etməsəniz, bizimlə qalacaq. Əsəblərim qay-dasında olmadığından səs-küy götürmürəm. Günortaya qədər yatağımda qurdalana bilərəm. Bir sözlə, tənbəlin yekəsiyəm. Başqa bir-iki çatışmazlığım da var, lakin hələlik ən vacibi bunlardır.
– Bəs skripkada çalmaq necə, bu da səs-küy hesab olunur?
– Baxır
5
6
7