Название | Keçmişdən gələn səslər |
---|---|
Автор произведения | Болеслав Прус |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
– Qonaq edirsə, için! – kimsə məsləhət gördü.
– Nə olar! Içərəm! Bir halda pulu ödənib, axıdılmayacaq ki!
Başqa qrupda, dovşandakı kimi, qırmızı gözlü hansısa pırtlaşıq saçlı kişi dayanmışdı. Yaxınlaşan arvadı özünün axıra kimi içilməmiş qədəhini ona uzatdı.
– Gözlərinizlə bağlı bu bədbəxtçilik çoxdanmı baş verib? – deyə naxışlı kaftanlı qonşusu ondan soruşdu.
– Deyəsən, beşinci gündür, – deyə o biri cavab verdi.
– Düz deyil, – arvadı söhbətə qarışdı. – Məhz gələn çərşənbə günü həftəsi keçəcək.
– Bəs nə iləsə müalicə edirsinizmi? – deyə şapkalı kişi maraqlandı.
– E…hansı müalicə… – pırtlaşıq saçlı sözə başladı.
– Niyə boşuna uydurursan? – yenə arvadı onun sözünü kəsdi. – O cümə günü çoban onun gözünə kül səpib – yalnız bir dəfə, gələn cümə günü isə yenə gələcək və nə isə yaxacaq.
– Kömək etdimi?
– Atəş kimi yandırdı, xeyli də irin axdı, amma, deyəsən, daha pis oldu…
– Axmaq! – deyə arvadı hirsləndi. – Əgər o, irinini axıdıbsa, deməli, artıq yaxşıdır. Əgər bu irin gözlərdə qalsaydı, sən kor ola bilərdin…
Ən böyük masanın arxasında rənglənməmiş dəridən olan uzunboğaz çəkməli kəndli digərini, gözəl sifətli və uzun çal bığlı dazı dilə tuturdu:
– Voytsex, mənə üç manat borc verəydiniz! Biçindən sonra sizə üç manat və beş zlotı qaytararam, üstəlik də arağa qonaq edərəm.
– Bu gün iki manat verə bilərəm, biçindən sonra isə siz mənə üç manat verərsiniz, – keçəl tənbəki qoxulayaraq, cavab verdi.
– Yox, siz üç verin, biçindən sonra isə üç manat və beş zlotı alarsınız.
– Elə alınmaz.
– Yaxşı, üç manat, beş zlotı və…üstəlik toyuq da verərəm.
– Razı deyiləm! – deyə keçəl inad etdi.
– Yaxşı, istəyirsiniz, üç manat, beş zlotı, toyuq və… on beş yumurta?
– Əgər otuzsa, onda razıyam, – deyə keçəl elan etdi. – Araq da verin.
Onlar bir-birinə əl verdilər.
– Ey, Voytsex! –masa arxasındakı qonşulardan biri, göy gödəkçəli gənc kəndli keçəli səslədi. – Bəs siz nə vaxtsa öz pulunuza içirsinizmi?
– Axmağam ki, meyxanaçının cibini doldurum? – deyə keçəl mırıldandı.
– Axı özgə puluna içirsiniz!
– Nə etməli! Şmul yəhudi olsabelə, o da yaşamalıdır, onu da cənabi allah yaradıb.
– Matsek! – deyə başında önlük olan arvad bağırırdı. – Heç olmasa, bir dəfə qədəhdən qop, evə get, yoxsa uşaqlar təkdirlər, yanğın törədə bilərlər…
– Siz, kirvə, qanınızın alınmasını tapşırın, – dərhal gözünüzdən əl çəkəcək, – deyə kimsə pırtlaşıq saçlı kişiyə məsləhət görürdü.
– Oy, da dana! – skamyanın altında eşələnən bağırırdı.
– Nə olar, əlvida, Malqosya! Atana yarınmaqdan ötrü ya at oğrusu olmalıydım, ya da gizlincə araq alveri etməli idim, – deyə gözəl oğlan qapıda duran qıza belə deyirdi.
– Voytsex, sizin sağlığınıza!
– Sağlığla için!
– Yan, gəl öpüşək! Əgər sənin barəndə beləsini danışmaq istəmişəmsə, əllərim və ayaqlarım qurusun… Ancaq o məni andla qorxutmağa başlayanda – deməli oldum. Öpüşək!.. Həbsxanada öz müddətinin iztirabını çəkmisən, amma eybi yoxdur. Yadında saxla: Iisus Xristos da, oğurlamasa belə, əzabları qəbul etmişdir… Öpüşək, qardaş!..
– Sizə deyirəm, Voytsexdənsə yəhudidən pul borc almaq daha yaxşıdır… O, adamları soymağa ustadır!
– Gözləyin, kirvə, bax mənim Yuzikim məktəbdən gələcək, hər şeyi sizə hər hansı mirzədən daha yaxşı izah edəcək! O elə bir oğlandır ki!
– Oy, da dana!
Boğanaq meyxanada danışıqların belə parçaqırıqları eşidilirdi. Piştaxta arxasındakı qız isə elə hey qədəhlərə araq süzürdü, Şmulun qara atlas paltarlı arvadı isə hey hesab yazırdı.
Birdən kənd ağalarından biri qapının qarşısındakı skamyaya sıçradı və onun ətrafındakı adamlar çığırışdılar:
– Sakit! Dinləyin!
– Nə olub? Ikinci dəfəmi xütbə dinləyəcəyik? – oğlanlardan biri söz atdı.
– Görünür, uzun müddət oturmaqdan Qjibin ayaqları tutulub, onları açmaq istətib!
– Orda sakit, oğlanlar! – deyə Qjibin qonşuları qışqırdılar.
– Qardaşlar! – Qjib belə başladı. – Burda hamı özümüzünküdür… özümüzünkü olmayanlar da var, ancaq bu, dərd deyil. Meşə barəsində Müqəddəs Yan günü üçün panla müqavilə bağlamaq lazım olduğunu özümüzünkülərə xatırladıram. Bu iş barəsində hər kəsin öz fikri var: biriləri razıdır, digərləri yox. Qardaşlar, hamımızın mehribanlıqla nə isə eyni bir şeyə qərar verməkdən və arxasında dayanmaqdan ötrü sizə müraciət edirəm.
– Imzalamamalı! Imzalamamalı! – deyə arvadının güclə qapıya dartdığı Matsek qışqırdı.
Meyxana qəhqəhədən uğuldadı.
– Nəyə gülürsünüz – deyə Matsek soruşdu. – Axı hər dəfə hansısa kağızı imzalayanda ya məktəbə, ya da nahiyəyə pul ödəməli olurduq…
– Gəl sərxoşa qandır! – deyə kimsə söz atdı.
– Heç də sərxoş deyiləm! – Matsek arvadını itələyərək, incidi.
Qjib davam etdi:
– Kirvə Matsey, əlbəttə, bir az o söz… keflidir, amma ağıllı söz dedi. Mən də sizə məsləhət görürəm: imzalamağa tələsməyin. Ən yaxşısı gözləməkdir. Kim gözləyə bilsə, həmişə daha çox götürəcək. Ağalar, beş il əvvəl panla razılaşmanı necə istədiyinizi xatırlayırsınızmı? Onda hər təsərrüfata bir morq xahiş edirdik, o isə vermirdi. Iki il sonra artıq hərəyə iki morq verirdi, indi isə üç verir…
– Axı kim üçə razılaşar! – deyə tənha səs eşidildi.
– Əgər dörd versə, güzəştə gedərik…
– Beş də azdır!
Meyxananın digər ucunda yeni natiq çıxış edirdi
– Adamlar! Mənə belə gəlir, Yuzef danışdığı iş deyil…
– Eləmi!
– Niyə