Qırmızı batıq. Йерун Брауверс

Читать онлайн.
Название Qırmızı batıq
Автор произведения Йерун Брауверс
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

(xaç suyuna salınmağım haqda sertifikat, şəxsiyyət vəsiqəsi, kofe talonları, şəkər tozu talonları) vardı.

      Ketemu lagi, ana!

      Addımlamaq əmri – mən bu əmri çox gec anlamışdım – verildiyində üzərimə gələn şagirdlərin cərgəsində öz yerimi aldım. Mən oyun meydançasının kənarında, bütün oğlan internatında rahatlıq tapdığım şabalıd ağacının altında dayanıb anama baxırdım. Bizə marş əmri verən təlimatçıya baxıb gülürdü (Onun özünəməxsus gülüşü vardı). Təlimatçının belindəki ipdən yarım metrlik çubuq sallanmışdı. Məncə, belə bir çubuqla yaxşı adam çırpmaq olardı. Yapon düşərgə qarovulçusu ilə təlimatçı arasındakı fərqi başa düşmürəm. İndi, 1950-ci ildə qeyri-ixtiyari addımladığım cərgə ilə beş il öncə – onda da anamdan uzaqda – addımladığım cərgə arasındakı fərqi də başa düşə bilmirəm. Onda, heç olmasa, başımda papağım olurdu, anam məni papağıma görə dərhal başqa oğlanların arasında tanıyırdı. İndi isə həmin papaq başımda yoxdur və onun cərgəni nəzərdən keçirən gözlərinə görə deyə bilərəm ki, məni artıq başqa oğlanların arasında seçə bilmir. Amma digər tərəfdən, bu ana ilə beş il öncəki ana arasındakı fərqi başa düşə bilirəm.

      Onlar anamı yapon düşərgəsində niyə ölümünə döyməmişdilər?

      İllər keçirdi, anamla mən küləkli stansiyalarda qatar cırıltı ilə stansiya zalına daxil olduğunda, qatar məni içinə alıb oranı tərk etdiyində, stansiyanı tərk edib gurultu ilə qaranlığa daxil olduğunda bir-birimizlə xudahafizləşirdik. Qatar burulardı və dərhal da platformada dayanıb yaylığını mənə yelləyən anam qatarın təkərlərinin taqqıltısının arxasında yox olurdu.

      Biz bir-birimizə heç kimin başa düşmədiyi şeylər qışqırırıq.

      Biz gülürük.

      Özümü o yerə qoymuram.

      Danni səfərini davam etdirir

      İllər ötüb keçir. Anam daha məni stansiyadan ötürmür.

      Valideynlərim dəmir yolunun arxasında yerləşən evə köçüb orada yaşayır. Ötən qatarın içindən bir saniyədən də az müddətdə yuxarı mərtəbədə lampanın işıqlandırdığı pəncərə kənarında dayanıb dəsmal yelləyən anamı görürəm. Mən kitab oxuyuram.

      Qoy gəbərsin, qoca cındır, sentimental vicdanını xilas etmək üçün daha uzun məsafədən daha böyük cındır parçasını mənə yelləyir.

      Çamadanımdakı təmiz paltarların arasına bir neçə kiloqram konfet, bir neçə qutu biskvit və şokolad plitləri dürtüb. Necə ki mən ilk evlilikdən olan övladlarımı – sonradan onları tərk etmişdim – məmnun etmək üçün onlar həyatımdan, şükür Allaha ki, bir neçə aylıq çıxmadan öncə ovuclarına pul basırdımsa, bu da dəqiqliklə ona oxşayırdı.

      Hiss etməyi kimdən, nə zaman, harada öyrənməli idim ki?

      Mənimçün anam artıq ölmüşdü, həmin andan bəri heç zaman onun haqqında içdən, ciddiliklə düşünməmişəm.

      Hər il sadəcə ad günü ərəfəsində onun hesabına pul köçürərdim, vəssalam.

      Həmin konfetlərin pulunu sonradan ona ödəmişdim, mənə oxumağı öyrətdiyi üçün isə sonradan onun oxumuş ola biləcəyi kitablar yazmaqla ödəniş etmişdim. Amma necə ki o, heç zaman – haqlı olaraq – mənə ona göndərdiyim pullara görə təşəkkür etməmişdi, eləcə də yazdığım bir sətri belə oxumamışdı, bu da belə! O, krossvord həll etməyə üstünlük verərdi və mən buna görə onu heç zaman günahlandırmazdım.

      Və bu müvəqqəti ayrılıqlar, nəhayət ki, anamla mənim aramdakı bütün əlaqəni kəsdi və mən onunla özüm, eyni zamanda başqaları ilə özüm arasında çəpərlə yaşamağa öyrəndim. Sevgim itib.

      Anam öldükdən sonra mənə göndərilən ölüm elanına gəldikdə isə, xahiş etdim ki, onun övladları arasında mənim adım qeyd edilməsin. Hə, anam olması həqiqət idi. Hə, anam olmadığı da həqiqət idi. Həyatımdan əsən bir küləyə bənzəyirdi:

      bəzən mənə toxunsa da, çox zaman orada deyildi.

      Birdən ölməzdən öncə həmin axşam məni yığsa, necə olardı? Ola bilər, həmin pendir sendviçini onun üçün hazırlayardım və ola bilər, o, divandan yıxılanda onu əllərimlə tutardım və ola bilər ki…

      Amma bu, belə olmadı, necə ki, başqa çox şey də baş vermir və əvəzində tamam başqa şeylər baş verir.

      Əşşi, cəhənnəm olsun e!

      Yəni demək istəyirəm, bütün analar cəhənnəm olsun.

      IV

      Anam ölən gün qonağım vardı. Bu, bir yazıçı idi (Hər şeylə maraqlananlar üçün deyim ki, həmin yazıçı Ger Verrrips idi). Biz siyasət və ədəbiyyat haqqında danışdıq. Biz ən çox Yazıçılar Birliyi və mənim niyə ora üzv olmaq istəməməm, bunun mənim paranoid xarakterim, yaxud sosiallaşa bilməməmlə nə dərəcədə bağlı olması barədə danışdıq. Heç kimə ehtiyacım yoxdur və heç kimə də ehtiyacımın olmasını istəmirəm. Hər şeyi özüm etməyə üstünlük verirəm. Yazıçılar Birliyinin üzvlərindən beşdədördünü öz həmkarım hesab etmirdim. Vaxtımı boş-boş şeylərə hədər etməkdənsə nəsə yazmaq istəyirəm. Məni rahat burax, çünki olduğum yerlərdə heç nə toxunulmamış qalmır və hay-küy düşür.

      Qonağım getdiyində Niderland-1 və Niderland-2 kanllarında televiziya proqramları artıq yekunlaşmış, Almaniya-1 kanalında isə sənədli film gedirdi: “Kumonosuyo”. Bu, Maqbetin yapon versiyası idi: “Hörümçək torlarındakı meşədə qəsr”. Rejissoru Akira Kurosava idi.

      Ekrana baxırdım, amma fikrim başqa yerdə idi, baş verənləri izləməyə cəhd etmirdim, amma diqqət yetirəndə qıcıqlandım: bu barbar Krauts yapon dialoqlarını alman dilində dublyaj etmişdi.

      Filmdə almanca danışan Maqbetin aqibəti Tcidenqin komendantı Keniçi Sonenin aqibəti ilə eyni idi.

      Şeirlər...................

      (Müharibədə kim daha pis idi? Yaponlar, yoxsa almanlar? Bəs düşərgələrdən hansı daha qəddar idi, yaponlarınkı, yoxsa almanlarınkı?

      Alman düşərgələrindən keçib sağ qalan heç kəs bu barədə nostalgiya və mərhəmətlə danışmayıb. Alman düşərgələrindən sağ çıxanlar heç bir zaman yapon düşərgələrinin keçmiş məhbusları kimi gülmürdülər. Ehtimal ki, onlar bunu əslində yüngülləşdirilə bilinməyən məsələni yüngülləşdirmək üçün edirdilər.

      Ölüm xidmətçiləri almanca, həmçinin yaponca danışırdı. Bəzən mən televizorda bir sivil millətin xidməti dilinin digəri ilə əvəzləndiyini görürəm, eyni zamanda müşahidə edirəm: yapon almanca danışır – elə bil ki, Yaponiyada Krautsun dili yapon dilinə dublyaj edilib.

      Ölümün vecinə deyil onun xidmətçiləri hansı dildə danışır.

      Filmin nümayişi davam edirdi, arada baxırdım, gözləyirdim yuxum gəlsin, özümü dabanımdakı döyənəkləri təmizləməklə məşğul edirdim – əvvəl əyə ilə qaşıdım, sonra cod törpü ilə, sonra hamar törpü ilə.

      Artıq bir çox aylar idi ki, bu gigiyenik akt tikanlı qabarlar səbəbindən həyata keçirilməli