Название | Tera |
---|---|
Автор произведения | Zeruya Shalev |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
– Ella, bağışla məni, mənə nə oldu heç bilmirəm, gəl bir daha yoxlayaq, bilirəm, mənə dözmək sənin üçün asan deyil, amma səni sevirəm, sevgini tapmağın çox asan olduğunu düşünmə, sevgi küçədən keçərkən tapılan bir şey deyil və bizim aramızda sevgi var, bunu kiçik görmə. Ella, mənə bir cavab ver, – üzümə tumar çəkir, barmaqları ilə sözləri dartıb çıxarmağa çalışırmış kimi dodaqlarıma toxunur, yalvarır, ağlama, sənə bunu etdiyim üçün təəssüf edirəm, bu bir daha əsla təkrarlanmayacaq, sadəcə, bir daha şans ver, Gili hələ çox balacadır, onun həyatını indidən məhv etmək istəyirsən.
Mən susuram, keçmişdə qalan günlərin xatirəsi üzərimə çökür, məni bir torpaq uçqunu altında boğur.
Azacıq bağlı gözlərlə onun yalançı üzünü incələyirəm, bir an içində gözəlliyi qalib gəlir, bir az sonra çirkinliyi, o vaxtlar bəri necə çox dəyişdi, Gilinin dar yatağı bizi bir-birimizə yapışdırır və mən səsim çıxmadan, öz-özümə söz vermişdim, deyirəm, söz vermişdim, mənə bir daha əsla bu qədər yaxınlaşmayacaqsan, təəccübləndirəcək qədər asanlıqla altından çıxıram, yumşalmış və zəifləmiş bədənini üstümdən itələyirəm, o içi köpüklə dolmuş heyvan müqəvvası kimidir. Məndən nə istəyirsən? – deyərək inləyir, – o qədər də pis biri deyiləm, ola bilər, bəzən xaraktersiz oluram, amma burada nə var axı, sənə nə olub, nə baş verib, onu tələsdirərək ayağa qaldırıram:
– Tez ol, dur, səndən daha heç nə istəmirəm, mənə nə olduğunu sənə bir daha açıqlamaq da istəmirəm, sən bir az əvvəl nə etdiyinin fərqindəsən? Yeni başlanğıc üçün bir şans var idisə belə, sən onu bir az əvvəl itirdin, indi isə, sadəcə, özünü günahlandıra bilərsən.
Bunu etdiyim üçün peşmanam, boğuq səsi getdikcə daha qəzəbli çıxır, amma sənin etdiyin daha pisdir, bunun sənə nə qədər acı verəcəyini bilmirsən, sən odla oynayırsan, Ella, özünə güvənməyə başladın və odla oynayırsan, buna peşman olacaqsan, mən dişlərimi qıcayaraq danışıram, məni təhdit etməyə davam et, amma bu saat açarı bura qoy.
O açarı cibindən çıxardıb əlində sağa sola fırlatmağa başladı, sanki bir itin qarşısında sümük fırladırmış kimi.
– Bunu istəyirsən? Elədirsə onda mənə qulaq as, bu ev mənim də evimdir, məni burada görmək istəmirsənsə ən yaxşısı özün buradan köç, eşidirsən?
Sonra qapını gurultu ilə açıb çölə çıxır və sanki boş bir evdən çıxırmışcasına qapını arxadan kilidləyir.
2
Yenə də gec gəldin, – donuq səslə dillənir, üzü bürünc firon heykəlinin üzü kimi parıldayır.
– Üzr istəyirəm, vacib bir görüş var idi, – hər zaman olduğu kimi yenə işlə bağlı bir bəhanə uydururam, çünki o, sadəcə, bunu rahat qəbul edə bilir. Otağının qapısında dayanıb, məni içəri keçməyə dəvət edir, və mən kitabla dolu işıqlı otağa keçirəm. Kitablar divar boyunca tavana qədər uzanır, yuxarıdan baxıb mənə qüsursuz toxunulmazlıqları ilə meydan oxuyurlar, yalnız kitablar onun hücumuna məruz qalmır və onun üçün kitablar həmişə bizdən öncə gəlir. Hər zaman olduğu kimi üzərində şüşədən kasa olan böyük iş masasının arxasına keçdi, kasanın içində dilimlənmiş alma vardı, barmaqlarını saçlarının arasından keçirir, bir ayağını digərinin üstünə aşırır, mən pəncərəyə yaxınlaşıram, incə və dik bir palma günəşin altında qayğısızcasına özünü isidir və mənə diqqət yetirərək sanki aslan yalısı kimi mənə əl edir.
Uşaqlıqda danlanacağımı gözləyərək onun qarşısında beləcə oturardım. “Sənə deyəcəklərim var, Ella”. Hər dəfə də sözünə belə başlayardı, o vaxtlar bura mənə yerin altındakı sorğu-sual otağı qədər qaçılması mümkünsüz olan məkan kimi gəlirdi, o məni otağına çağırardı və mən gözucu anama baxardım. Nə etmişəm mən? Məndən nə istəyir? Anamın üzündə acıqlı bir ifadə yaranardı, heç bir fikrim yoxdur, amma qapı onun gözləri önündə bağlanırdı və atamın zindan açarlarının boğuq cingiltisini yalnız mən eşidərdim, daha sonra isə atam ciddi və ağır şəkildə nə demək istəyirdisə deyərdi, sözlərimdən məmnun deyildi, geyindiyim paltarlardan, son vaxtlar məqsədsizcəsinə dostluq etdiyim qrupdan, oxuduğum kitablardan razı deyildi. Anam ona hər şeyi işarələrlə başa salmışdı, sanki onların danışma üsulu belə idi, həmişə fikrini ona bu tərzdə çatdırardı, anam indidən sevgilimin olduğunu ona demişdi və atam daha sonralar peşman olmamağım üçün məni öncədən xəbərdar etmişdi.
– Anan mənə sənin Amnonla ayrılmaq niyətində olduğunu eyham vurdu, – dedi və sözünü deyərək susdu. Səs tonu son dərəcə yüksək və qəzəbli idi, sanki qarşısında oturan, bir tək mən deyiləm, onun tək qızı deyil, üsyankar qadınlardan ibarət izdiham, onun dincliyini pozan və sanki hər cür vasitəyə əl ataraq susdurmaq məcburiyyətində olduğu inqilabçı kütləvi hərəkat idi.
–Bu qəti qərarınızdır? – sərt və yüksək tonla soruşur, bu sualın cavabının yox olacağına və bu görüşü tez-tələsik başa vurub öz işlərinə davam edəcəyinə ümid edir. Zəif bir səslə danışmağa başlayıram:
– Bir neçə ay ayrı yaşamağı yoxlamaq istədik.
– Səbəbini öyrənə bilərəm, yoxsa özəl mövzudur? Özəl sözünü deyəndə yalın ayaqlarını əsəbi halda yelləməyə başladı və mən: – biz əslində, sadəcə, bir -birimizə uyğun deyilik, – deyirəm, – birlikdə xoşbəxt deyilik, bu səbəbdən ayrılmağı düşündük. O an sanki Amnon yanımda idi və dediklərimi təsdiqləyirdi, buna görə cəm şəklində danışmağım işimi asanlaşdırırdı. Daha bir -birimizin gözünün içinə baxmırıq, – deyərək davam edirəm, atamın yanında olarkən hər zaman etdiyim kimi, “danışıq tərzin pozulub, son zamanlar nə oxuyursan?” deməməsi üçün düzgün cümlələr qurmağa çalışıram. Daha sonra susuram, bu dialoqda üç cümlədən artığını istifadə etmək fikrində deyiləm, çünki bu dialoq deyil, bizim aramızda heç bir zaman dialoq olmadı, susaraq ayağını yelləməsinə baxıram, az sonra dizimə, təsadüfən olmuş kimi, hərəkət qabiliyyətimi azaltmaq və planlarımı məhv etmək üçün sərt və yaxşı hədəf alınmış bir zərbə dəyəcək.
– Bilirsən ki, mən heç vaxt sənin şəxsi məsələlərinə qarışmadım, – soyuq səslə deyir, lakin bu dəfə bu məsələyə qarışmağı özümə borc bilirəm, çünki burada məsələ sən və Amnon deyil, səhv edən iki yetişkin insandan söhbət getmir, bu səhvin əziyyətini çəkən balaca bir uşaq var.
Bu uşaq gələcəkdə borcluya dönəcək, – deyərək dərs verməyə davam edir, – borcu ödənilməyəcək bir borcdur, çox keçmədən borclular gələr, Ella, mənim bəhs etdiyim ruhən borclu olanlardı, onlar siz düşündüyünüzdən daha təhlükəlidirlər, nə demək istədiyimi başa düşürsən?
– Ata, bu məsələni çox böyüdürsən, zaman dəyişib, indi boşanmalar insanları belə rahatsız etmir, valideynləri boşanmış