Skelliq. Дэвид Алмонд

Читать онлайн.
Название Skelliq
Автор произведения Дэвид Алмонд
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952243666



Скачать книгу

yaxınlaşanda yazığın qanadlarındakı mum əriyir və o, atası Dedalın gözləri qarşısında şappıltı ilə dənizə düşür. Liki ilə Kuta gəlincə, onlar da ənənəni pozmamışdılar: tənəffüs vaxtı, yeməkxanada futbol barədə ağızları köpüklənə-köpüklənə mübahisə edirdilər.

      Məni isə bütün bunlar zərrə qədər də maraqlandırmırdı. Yeni evimiz olan səmtə baxırdım.

      Bu vaxt ictimai əsaslarla tərbiyəçi işləyən missis Dando mənə yaxınlaşdı. O həm də valideynlərimin köhnə dostudur.

      – İşlər necədir, Maykl?

      – Qaydasındadır.

      – Bəs balaca?

      – O da qaydasındadır.

      – Bu gün futbol oynamırsan?

      Başımı buladım.

      – Yaxşı, valideynlərinə salam söylə.

      O, cibindən meyvəli saqqız çıxarıb mənə uzatdı. Adətən, meyvəli saqqızı təzə uşaqlar üçün cibində gəzdirir ki, onlar qüssələnməsinlər.

      – Götür. Tanışlıqla, – o pıçıldadı və gizlicə mənə göz vurdu.

      – Yox, – dedim, – çox sağ olun.

      Bütün günü qarajda gördüklərimi kiməsə danışmaq istəyirdim. Amma heç kimə heç nə demədim. Özümü inandırdım ki, gözümə görünüb.

      Heç şübhəsiz, gözümə görünüb.

      Altıncı fəsil

      Evdə, Erninin unitazının yerində hələ bərkiməmiş sementlə doldurulmuş dəlik görünürdü, taxta arakəsmə yoxa çıxmışdı. Köhnə qaz plitəsi də gözə dəymirdi, yerində boş kvadrat qaralırdı. Döşəmənin bəzi yerlərində hətta gölməçələr var idi, kəskin xlor iyi gəlirdi. Atam da başdan-ayağa suyun, çirkin içində idi, amma razı halda gülürdü. Məni bağa aparıb unitazın harada olduğunu göstərdi. İndi o, alaq otları və qanqalların arasında dururdu.

      – Necə fikirləşirsən, yaxşı skamyadır? – atam razı halda dedi.

      Plitə və taxtaları qarajın yanına aparmış, amma içəri yığmamışdı.

      Sonra o mənə qəfil göz vurdu:

      – Gəl gedək, gör nə tapmışam.

      Məni düz qapının ağzına gətirdi.

      – Burnunu tut, – o xəbərdarlıq etdi və əyilib qəzet bağlamasını açmağa başladı. – Hazırsan?

      Orada quşlar var idi. Dörd quş.

      – Onları buxarının arxasından tapmışam. Görünür, bacaya düşüblər, sonra da çıxa bilməyiblər.

      Ağımtıl-boz tüklərindən üçünün göyərçin olduğunu ayırd etdim. Dördüncü də göyərçinə oxşayırdı, amma qara idi.

      – Ən sonuncu bunu tapdım, hisin, tozun içindən.

      – Bu da göyərçindir?

      – Hə. Sadəcə uzun müddət bacadan üstünə zir-zibil tökülüb.

      Atam əlimdən tutdu:

      – Əlini onlara vur, qorxma.

      O, əlimi ölü quşun böyrünə sürtdü. Quş daş kimi möhkəm idi. Hətta lələkləri də daş kimi idi.

      – Orada o qədər qalıblar ki, mumiyaya dönüblər.

      – Lap daşa çevriliblər.

      – Düzdür. Daşa.

      Mətbəxə gələndə, ilk növbədə, əlimi yudum.

      – Günün yaxşı keçdi? – atam soruşdu.

      – Hə. Liki və Kut dedilər ki, bəlkə, bazar günü yanıma gəldilər.

      – Gözəl. Deməli, avtobus məsələsini həll eləmisən?

      Mən başımı tərpətdim.

      – O biri həftə, bəlkə, səni maşınla apardım. Əvvəlcə buranı bir qaydaya salaq.

      – Yol rahatdır. Missis Dando balacanı soruşurdu.

      – Ümid edirəm, hər şeyin yaxşı olduğunu dedin.

      – Əlbəttə.

      – Çox yaxşı. Özünə kola, çörək, pendir, bir sözlə, nə tapsan götür. Anan qayıdanda isə çay içərik.

      O, yuxarı, duş almağa qalxdı.

      Mən otların arasından bağın o başına baxdım. Gözləyirdim ki, atamın aldığı duşun suyu borularda şırıldasın. Sonra rəfin üstündən fənəri götürüb qaraja yollandım. Əllərim əsirdi. Qarajın qapısının ağzında fənəri yandırdım. Dərindən nəfəs alıb içəri girdim. Yenə də hörümçək toru, yenə də toz, yenə də təlaş – sanki hər şey indi üstümə uçacaq… Küncdə nəsə eşələnir, cırmaqlayırdı. Mən zibilin və mebel qırıntılarının arası ilə irəliləyirdim, ürəyim az qala yerindən çıxacaqdı. Özümü sarsaq, kütbeyin, lunatik adlandırırdım. Axı o mənim gözümə görünüb, bir daha onu görməyəcəm.

      Ancaq… gördüm!

      Yeddinci fəsil

      Mən qarnıüstə ovulub tökülən bufetə uzandım, işıq saldım. Budur o. Heç yerindən tərpənməyib. Gözlərini açdı, dərhal da yumdu.

      – Yenə sənsən, – o, titrək, xışıltılı səslə dedi.

      – Sən burada neynirsən? – mən pıçıltı ilə soruşdum.

      O ah çəkdi, sanki mən onu bezdirmişdim.

      – Heç nə, – o xışıldadı. – Heç nə, heç nə. Bir daha – heç nə.

      Üzündə gəzən hörümçəyi iki barmağı ilə tutub ağzına soxdu.

      – Tezliklə buranı təmizləməyə gələcəklər, – mən dedim. – Ümumiyyətlə, bura uça bilər.

      O, yenidən ah çəkdi.

      – Səndə aspirin var? – o birdən soruşdu.

      – Aspirin? Həb?

      – Nə isə, boş ver.

      Üzünün dərisi qurumuşdu. Qara kostyumu əynində torba kimi sallanırdı, çünki sümüyün üstündə bədən yox idi.

      Ürəyim çırpınırdı. Toz burun dəliklərimi tutmuş, boğazıma dolmuşdu.

      Dodağımı dişləyib durur, gözümü ondan çəkmirdim.

      – Siz Erni Mayers deyilsiniz, düzdür? – ehtiyatla soruşdum.

      – Kim? Öskürəndə içalatı ağzından bəri gələn, boğazını arıtlayanda hər tərəfi silkələyən qoca keçini deyirsən? Əlbəttə yox!

      – Üzr istəyirəm, – mızıldandım.

      – Sənə nə lazımdır?

      – Heç nə.

      – Bəs aspirinin var?

      – Yox.

      – Çox, çox minnətdaram.

      – İndi siz neyləyəcəksiniz? – mən soruşdum. – Tezliklə buradan hər şeyi çıxaracaqlar, ya da bura uçub-dağılacaq. Bəs siz neylə…

      – Heç