Название | Ləpirçi |
---|---|
Автор произведения | Джеймс Фенимор Купер |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241730 |
Bu an iki hindu bir-birini çox diqqətlə süzdü. Sonra tuskarora mogikana yaxınlaşdı və onunla söhbətə başladı.
Ləpirçi isə sözünə davam etdi:
– Mister Kap, budur, gənc dostum – Casper Vestern. Günü Ontarionun sularında keçir.
Kap gənc dənizçinin əlini mehribanlıqla sıxaraq dedi:
– Sizi görməyimə şadam. Bu mənim bacım qızı Meybldir, mən ona Maqni deyirəm. Kompasdan başınız çıxırsa, bacım qızına nə üçün Maqni dediyimi, bəlkə, anlaya bilərsiniz.
– Bunun səbəbini başa düşmək çətin deyil. Maqni kimi bir kompası olan gəmiçi heç vaxt yolu azmaz.
– Belə de! Görürəm ki, siz təhlükəli dəniz səfərlərində az olmamısınız. Dənizçilər arasında işlənən sözləri bilirsiniz.
Gənc Vesternin qəlbində ömrünü okeanlarda keçirmiş bu adama qarşı dərin hörmət hissi oyandı. Bu vaxt Ləpirçi əlində buğlanan xörək gətirdi. Onlar yeməyə əyləşdilər. Casper Vestern süfrədə Meyblə qulluq göstərməyə başladı. Quş ətinin ən dadlı parçasını ona təklif etdi.
Yolçular kifayət qədər yedikdən sonra ordan-burdan söhbət etməyə başladılar. Ləpirçi deyirdi:
– Əsgər adı şərəfli addır. Ancaq gərək haqq işi uğrunda vuruşasan. Təqsir həmişə fransızlarda olur. Mən yalnız minqlərlə6 vuruşandan sonra çox şirin yatıram. Hindular kimi deyil, ağ adam kimi vuruşmaq mənim adətimdir; məsələn, bizim bu İlanın öz vərdişləri, mənim öz vərdişlərim var. Mən həm sərrast atıcıyam, həm də ləpirləri tanımaqda mahirəm, onda ovçu və kəşfiyyatçı vərdişləri var. Amma bax, serjantın qızı ilə söhbət edən Casper başqa adamdır. O da balıq kimi su ilə nəfəs alır. Hindular və fransızlar Casperin bu bacarığına görə ona Şirin Su adını veriblər.
– Boynuma alıram ki, bu ocaq mənim bütün dənizçilik biliklərimi alt-üst etdi. Arouhed sizin ocaqdan qalxan tüstünü görən kimi dedi ki, bu ocağı ağüzlü adam qalamışdır, – Kap dedi.
Ləpirçi xısın-xısın gülərək cavab verdi:
– Arouhedin belə gözləri olmasaydı, o, pis hindu olardı. İndi müharibə gedir, ona görə də hər bir hindu öz hisslərini itiləməmiş səfərə çıxmaz.
– Kral donanmasında az xidmət etmişəm, bu, doğrudur. Amma düşmən gəmilərinə basqın edib onları bütün var-yoxu ilə birlikdə ələ keçirməyə gəldikdə isə bu işdə çox mahirəm. Ancaq ümidvaram ki, fransızların müttəfiqləri olan vəhşilərə gölün bu tayında rast gəlməyəcəyik. Ontario çox böyükdür, eləmi? – Kap soruşdu.
– Doğrudur, Ontario bizə böyük görünür. Lakin gölün o tayından bu tayına düşmən üzə-üzə keçməyə cürət etməyəndə asanlıqla onun yanından dolanıb keçə bilir, – deyə Ləpirçi təbəssümlə cavab verdi.
– Hə-ə! Sizin bu lənətə gəlmiş şirin sulu gölməçələriniz belə imiş? Hələ heç kəs eşitməyib ki, Atlantik okeanının yanından ötüb-keçmək mümkün olsun.
– Bəlkə, okeanın sonu yoxdur?
– Okeanın nə sonu var, nə kənarı, nə də dibi. Onun sahilindəki ölkələrdə adamlar gecələr rahat yatır. Bilirlər ki, heç kəs okeanın o tayından üzüb bu tayına gələ bilməz.
– Amma bu sərhəd çox qorxuludur. İndi Ontarionun həm bu, həm o tayında irokezlər7 çoxdur. Bax buna görə də serjant xahiş etdi ki, sizi qarşılayaq və ötürək.
– Necə? Olmaya onlar əlahəzrətin qalasının topları qurulan yerə yaxınlaşmağa cürət edirlər?
– Ovçu yaxında olsa da, qarğalar maral cəmdəyinin yanına toplaşmırmı? İrokezlərin buralara gəlib çıxması da təəccüblü deyil. Serjant öz qızından, onu necə sevdiyindən Casperə ağlaya-ağlaya danışdı. Ona görə də Casper minqlərin üstünə əliyalın cummağa hazır idi. Odur ki bizə qoşulmaya bilməzdi!
Kap ona razılıq etdi. Ləpirçi Casperin həyatının oraların itiaxan, təhlükəli pusqular qurulmuş çaylarında çoxlu təhlükələrdən keçdiyini dedi və əlavə etdi:
– Amma siz bizə bel bağlayın, biz sizi sağ-salamat apararıq, ya da hindular skalplarımızı8 soyub aparar.
Kap bu sözləri Ləpirçidən eşidəndə əlini ixtiyarsız olaraq daz başına çəkdi. Sanki başının dərisinin soyulmadığını yoxlamaq istəyirdi. Kap qorxaq adam deyildi. Lakin ölümü Ləpirçinin təsvir etdiyi şəkildə görməmişdi.
– Cənab Ləpirçi, ümid edirəm körpüyə sağ-salamat yan alarıq. Qalaya çatmağa hələ çox var? – o soruşdu.
– On beş mildən9 bir az çox. Minqlər mane olmasalar, tez keçib-gedərik. Çayın axarı ilə qayıqda gedəcəksiniz.
– Biz çayda üzəndə minqlərin bizi atəşə tutmasına nə mane ola bilər?
– Mister Kap, Böyük İlanın başına baxın. Sol qulağının yanında bıçaq çapığını görürsünüzmü? Bir dəfə minqlərdən biri onu yerə yıxıb skalpını soymaq istəyəndə özümü ona yetirdim. Uzun tüfəngimdən atılan güllə onu xilas etdi. Bir an geciksəydim, onun işi bitərdi.
– Bəsdir, bəsdir, Ləpirçi! Bu barədə danışmaqdansa, təpədən-dırnağa soyulmaq yaxşıdır. Axşama az qalır. Maqni, yola çıxmağa hazırsanmı?
Maqni getmək üçün hazırlaşmağa başladı. Bir qucaq şax gətirən Ləpirçi onu ocağa atdı və gənc matrosa dedi ki, tüstü zərər yerinə xeyir verər. Qoy minqlər uzaqdan bu tüstünü görüb bura yaxınlaşsınlar.
– Biz çaya qədər enli bir cığır salarıq. Minqlər ardımızca çaya ensələr, bizim qayığın çayyuxarı, yoxsa çayaşağı getdiyini bilməyəcəklər. Elə biləcəklər ki, qaladan bir neçə adam bura gəlibmiş.
– Əlbəttə, çətin ağlım kəsir ki, minqlər serjantın qızından xəbər tutmuş olsunlar. Çünki onun gəlişi çox gizlin saxlanmışdı, – deyə Casper Ləpirçi ilə razılaşdı.
Üçüncü fəsil
Ontarionun cənubuna tökülən çaylar lal axır və dərin olur. Çayların bəzi yerlərində aşırımlar var. Osveqo çayı da belədir. Kap və onun yol yoldaşları Mohauk çayı sahilindəki Stanuiks qalasından buraya qayıqla üzüb gəlmişdilər. Qayığı sahildə qoymuşdular.
Dəstə sahilə enəndə Ləpirçidən başqa hamı qayığa mindi. O, qayığı itələyib suya salmaq üçün sahildə qaldı.
– Casper, sükanı döndər! O lənətə gəlmiş minqlər izi tutub buraya gəlsələr, sahildə bizim izləri görüb elə biləcəklər yuxarı üzüb getmişik!
Əmr yerinə yetirildi. Sonra Ləpirçi cəld sıçrayıb qayığın
5
Delavar – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası
6
Minq – ABŞ və Orta Asiya ərazisində yaşayan tayfalar
7
İrokez – ABŞ və Kanada ərazisində yaşayan hindu tayfası
8
Skalp – hindular tərəfindən hərbi qənimət kimi düşmənin başından saçları ilə birlikdə kəsilmiş dəri
9
Mil – 1609 metrə bərabər uzunluq vahidi