Название | Heraklın on iki qoçaqlığı |
---|---|
Автор произведения | Группа авторов |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952240641 |
Güclü və cüssəli Herakl yaşıdları ilə oynayarkən öz qüvvəsini düzgün hesablaya bilmirdi. Beşdaş oynayanda xırda daş əvəzinə irilərini götürür və o qədər yüksəyə atırdı ki, uşaqlar başlarını tutub ətrafa qaçışırdılar. Topla oynayanda isə onun zərbəsindən top dəyən uşaq kəlləmayallaq olub yıxılırdı.
Heraklın öz qüvvəsini nəzərə almamağı ata-anasını da, qulluqçuları da narahat edirdi. Hamı deyirdi ki, bunun bir çıxacağı var, əvvəl-axır bu uşaq bir bəla törədəcək. Elə belə də oldu.
Heraklın Lin adlı bir müəllimi vardı. Lin Herakla müxtəlif elmlərdən dərs deyir, həm də kifara çalmağı öyrədirdi. Herakl elmlərə həvəslə yiyələnirdi, amma yeddi simli böyük kifarada ifa etməyi heç cür öyrənə bilmirdi. Barmaqlarını simlərə toxunduran kimi hamısı qırıq-qırıq olurdu. Heraklın yöndəmsizliyi tələbkar Lini haldan çıxarırdı. Bir dəfə bunun üstündə o, Heraklı bərk döydü. Müəlliminin hərəkətindən acıqlanan Herakl var qüvvəsilə kifaranı kənara tulladı. Tərs kimi alətin bir ucu təsadüfən Linə toxunub onu yerə sərdi. Həmişə olduğu kimi, indi də Herakl özünün qeyri-adi qüvvəyə malik olduğunu unutmuşdu. Çəlimsiz müəllim aldığı zərbədən yerindəcə öldü.
Bu hadisədən sonra Amfitrion daha da ehtiyatlandı. Qeyri-adi qüvvəyə malik olan Heraklın əlindən başqa bir xəta çıxa bilərdi. O özü də bilmədən qardaşı İfikli, ya da digər uşaqları şikəst edə bilərdi. Amfitrion qoca falçı ilə məsləhətləşdikdən sonra Heraklı şəhərdən kənara göndərdi. Uşaq atasının Kiferon çəmənliklərindəki sürülərini otarmağa başladı.
HERAKLIN GƏNCLİYİ
Zaman öz axarı ilə gedir, Herakl da böyüyüb daha da qüvvətlənirdi. O, cəsur bir gəncə, qüdrətli döyüşçüyə çevrilmişdi.
Günlərin bir günü qonşu padşah Fivə hücum edib şəhəri tutdu və əhalini ağır töycü verməyə məcbur etdi. Bu zaman Herakl ov edirdi. Qayıdan kimi məsələdən agah olub qardaşı İfikllə birlikdə igid cavanlardan böyük bir dəstə düzəltdi, düşmənin qoşunlarına qarşı hücuma keçdi. Şiddətli vuruşda qəsbkar padşahı öldürən Herakl vətənini düşmənlərdən azad etdi.
Heraklın bu şücaətini görən Fiv hökmdarı Kreont öz gözəl qızı Meqaranı ona vermək qərarına gəldi. Gənclər üçün gözəl bir toy məclisi quruldu. Məclis o qədər cah-calallı idi ki, ilahlar özləri də Olimp dağından enərək Heraklın toyuna təşrif buyurmuşdular. Onlar özləri ilə hədiyyələr də gətirmişdilər. Zev-sin oğullarından biri ona öz qanadlı səndəllərini bağışladı. Hermesin hədiyyəsi qılınc oldu. Apollon qüdrətli pəhləvana qızıl oxları olan kaman gətirmişdi. Mahir Hefest ona öz əllərilə düzəltdiyi zirehli geyim hədiyyə etdi. İlahə Afinanın bəxşişi isə Herakl üçün toxuduğu qiymətli cəngavər paltarı idi. Təkcə Hera əliboş gəlmişdi. Hələ anadan olmamışdan Herakla düşmən kəsilmiş bu kinli ilahənin elə indi də həm bu gəncə, həm də onun anası Alkmenaya nifrəti azalmamışdı.
Toy qurtardı. Herakl öz gənc arvadı Meqara ilə hökmdar Kreontun sarayında şən və xoşbəxt yaşamağa başladı. Çox keçmədən onların iki göyçək uşağı da dünyaya gəldi. Hamı Heraklla Meqaranın xoşbəxtliyinə sevinirdi. Təkcə Zevsin paxıl arvadı Heradan başqa.
Hera daim onların xoşbəxtliyinə mane olmaq barədə düşünür, tez-tez də Zevslə dalaşaraq acığını ərinin üstünə tökürdü. Hera yalnız Herakla deyil, yer üzündəki bütün xoşbəxt insanlara nifrət edirdi. Ona elə gəlirdi ki, xoşbəxtlik yalnız ilahlara qismət olmalıdır. Zevsin Alkmenanı alaraq ilahə arvadına xəyanət etməsi isə Heranın bu izdivacdan doğulmuş Herakla nifrətini birə on artırırdı. Nəhayət, kinli ilahə işə başlamaq qərarına gəldi.
Herakl da atası kimi ovu çox sevirdi. Lakin o, ovda çox ləngimirdi, çünki evdə onu sevimli balaları gözləyirdi, onlardan ayrılan kimi Herakl darıxmağa başlayırdı.
Günlərin bir günü ovdan yorulub evə qayıdan Heraklın qarşısına qəflətən böyük bir şir çıxdı Gənc ovçu nə oxu kamanına qoymağa, nə də qılıncını çıxarmağa macal tapdı. Şir, elə bil, yerin altından çıxıb birbaşa onun üstünə sıçradı. Zərbədən yerə aşan Herakl nəhəng şirin altında qaldı. Lakin o özünü itirmədi, bir əli ilə şirin alt çənəsindən, o biri əli ilə üst çənəsindən tutub var qüvvəsi ilə dartdı. Ağrıdan it kimi zingildəyən şir durub qaçmaq istədi. Lakin bu dəfə Herakl ondan əl çəkmədi. Şirin quyruğundan yapışıb özünə tərəf çəkdi, onun üstünə sıçrayıb boynunu ələ keçirdi, qüvvətli qolları ilə şiri boğmağa başladı. Şir bir az xırıldayıb canını tapşırdı. Herakl ayağa qalxıb xəncərini çıxardı, cəld şirin dərisini soyub arabasına atdı.
Herakl bilmirdi ki, qəflətən yerin altından çıxmış şir Heranın onun üçün qurduğu növbəti tələ idi. Bu dəfə də o öz qüvvəsi hesabına qalib gəldi.
Zərbədən yerə aşan Herakl nəhəng şirin altında qaldı. o, bir əli ilə şirin alt çənəsindən, o biri əli ilə üst çənəsindən tutub var qüvvəsi ilə dartdı.
Hera hirsindən cin atına minmişdi. Onun Heraklı öldürmək cəhdi hər dəfə boşa çıxırdı. "Belə getsə, Zevsin dedikləri düz çıxacaq" deyə kinli ilahə öz-özünə düşünürdü. Bir qədər götür-qoy edəndən sonra o, Ate ilə görüşmək qərarına gəldi…
Herakl ovdan qayıdıb şirin dərisini uşaqlar oynayan otağa saldı və balaları ilə əylənməyə başladı. Körpələr uzun-uzadı şirin iri pəncələrinə tamaşa edir, gah da balaca yumruqlarını bu nəhəng heyvanın açıq ağzına soxaraq uğunub gedirdilər. Uşaqlarının necə qorxmaz olduqlarını görən Herakl onlara baxıb fərəhlənirdi. Ocağın sakit işığında seyr etdiyi bu mənzərə Herakla çox xoş gəlirdi.
Birdən otağın qapısı yavaşca cırıldadı. Bu vaxta qədər sakit-sakit yanan alov dilimləri hürkmüş kimi tavana doğru sovrularaq divara iri vahiməli kölgələr saldı. Ocaqdakı kösövlər daha ucadan çırtıldamağa başladı. Herakl təəccüblə başını qaldırıb baxdı. Ona elə gəldi ki, içəri kimsə daxil oldu, lakin diqqətlə ətrafa boylansa da, heç kəsi görmədi.
Herakl yanılmamışdı. Otağa girən səfehlik ilahəsi Ate idi; o, Heranın əmri ilə gəlmişdi. Başqa ilahlar kimi, Ate də insanlar üçün gözəgörünməz olmağı bacarırdı. O, yavaşca arxa tərəfdən Herakla yaxınlaşıb onun gözlərini sehrli gözəgörünməz sarğı ilə örtdü, qəhrəmanın ağlını aldı. Bununla da öz çirkin əməlini yerinə yetirmiş Ate gəldiyi kimi də otaqdan çıxdı.
Ağlını itirmiş Herakl tamam dəyişdi, gözünə qəribə şeylər görünməyə başladı. Birdən ona elə gəldi ki, ayaqlarının altındakı şir dərisi canlanıb. Uşaqlar isə onun gözlərində ikibaşlı, dəhşətli və əcaib heyvana çevrildilər. Qəzəbdən gözlərinə qan dolmuş Herakl vəhşi bir nəriltiylə yerindən sıçrayıb uşaqların üzərinə atıldı və onların ikisini də öldürdü. Ağlını itirmiş qəhrəmanın ürəyi bununla soyumadı. O, evin içərisində qaçaraq dəhşətli səslər çıxarmağa, əlinə keçən hər şeyi sındırmağa başladı.
Evdəki hay-küyə yüyürüb gəlmiş Meqara və İfikl nə qədər çalışsalar da, onu sakitləşdirə