Elmi yanlışlıqlar-təbiət və insan. Ариф Алиев

Читать онлайн.
Название Elmi yanlışlıqlar-təbiət və insan
Автор произведения Ариф Алиев
Жанр
Серия Elmi-kütləvi ədəbiyyat
Издательство
Год выпуска 0
isbn 9789952242171 



Скачать книгу

Asiyada dəvələri əhliləşdirməsəydilər, bəlkə, onları da eyni tale gözləyirdi. Bir sıra qədim dini mətn lərdə e.ə. X əsrdə Ərəbistanın Səba vilayətinin qadın hökmdarı Bilqeyisin Süleyman peyğəmbərlə görüşə gələndə özü ilə dəvə karvanı gətirdiyi qeyd olunur. Bu göstərir ki, artıq həmin dövrdə Asiyada dəvələrdən ev heyvanı, minik vasitəsi kimi istifadə edirlərmiş.

      Səba dövlətinin yer ləşdiyi ərazidə tapılmış mərmər sütun parçası (səba sütunları): üzərində dəvə rəsmi olan ən qədim ərəb abidələrindən biri

      Afrikaya isə dəvəni məhz ev heyvanı olaraq insanlar gətiriblər. Bu gün dünyadakı bütün dəvələrin yarıdan çoxu bu qitədə yaşayır. Təkcə Somali və Sudanda 10 milyondan artıq dəvə var.

      İndiyədək yaşamış heyvanlardan ən təhlükəlisi hansıdır?

      Dinozavr? Pələng? Timsah? Yox, ağcaqanad! Alimlərin təxmini hesablamalarına görə, bəşəriyyət tarixində indiyədək ölən insanların yarısı – 45 milyarda qədər adam bu qansoranın qurbanı olub. Özü də məhz dişi ağcaqanadın (erkəklər yalnız bitkiləri dişləyirlər).

      Ağcaqanadlar (moskitlər) malyariya, qızdırma, ensafalit, elefantiaz (fil xəstəliyi) kimi yüzdən artıq ölümcül xəstəlik yayırlar. Bu gün də planetimizdə hər dəqiqə kimsə ağcaqanadın dişləməsi nəticəsində dünyasını dəyişir.

      Bəzi ölkələrdə ağcaqanadın tüğyan etdiyi yerlərdə buna bənzər xəbərdarlıq nişanlarına rast gəlmək olur

      Malyariyaya qarşı mübarizə üzrə işlərinə görə Nobel mükafatına layiq görülmüş şotlandiyalı parazitoloq Ronald Ross və onun 1897-ci ilin avqustunda apardığı gündəliyindən səhifə. Rossa Nobel mükafatını, əsasən, bu gündəlik qazandırıb.

      İnanmaq çətindir, amma XIX əsrin axırlarına qədər bəşəriyyət ən böyük düşmənini tanımayıb. Yalnız 1877-ci ildə ingilis həkimi Patrik Menson sübuta yetirib ki, fil xəstəliyi ağcaqanadın dişləməsi nəticəsinə əmələ gəlir. 17 il sonra isə o, başqa bir fərziyyə irəli sürür: ola bilsin, qızdırma xəstəliyini də moskitlər yayırlar. Bu fərziyyəni yoxlamağı Menson tələbəsi Ronald Rossa tapşırır. Ross həmin vaxt Hindistanda çalışırdı. O, quşlar üzərində apardığı sınaqlardan sonra sübut edə bilir ki, dişi ağcaqanadların ağız suyu insan üçün həddən artıq təhlükəli mayedir. Men son isə daha qorxulu eksperimentə əl atır: Romadan diplomatik yüklə Londona gətirdiyi ağcaqanadlarla oğlunu qızdırma xəstəliyinə yoluxdurur. Xoşbəxtlikdən uşağı xilas edə bilir: nəzəriyyəsinin təsdiqini alan kimi dərhal oğlunun bədəninə xinin dozası yeridir və onu ölümdən qurtarır.

      1902-ci ildə Ronald Ross Nobel mükafatına layiq görülür. Patrik Menson Kral cəmiyyətinin üzvü seçilir, kraliça ona cəngavər titulu verir. Bundan sonra ser Menson London tropik tibb məktəbinin əsasını qoyur.

      Bu gün dünyada 2500 ağcaqanad növü məlumdur. Onlardan 40-a yaxını qızdırma xəstəliyi virusunun daşıyıcısıdır.

      Dişi ağcaqanadları nəmişlik, süd məhsulları, insan bədəninin istisi və hərəkət cəlb edir. Tərli adamlar və hamilə qadınları ağcaqanadlar daha tez-tez dişləyirlər.

      Lemminqlər niyə kütləvi şəkildə intihar edirlər?

      Bir əsrdən çoxdur ki, bu, ən geniş yayılmış zooloji miflərdən biridir: hər üç-dörd ildən bir lemminqlər kütləvi surətdə dənizə atılmaqla intihar edirlər. Guya bu “ağıllı” çöl siçanları özləri öz saylarını təbiətdə belə tənzimləyirlər.

      Lemminqlər Tundrada, Skandinaviyada, Şimali Amerikada və Şimal Buzlu okeanın adalarında yaşayırlar. Onların uzun luğu 10-15 sm, çəkisi 20-70 qram olur. Bu qütb siçanları il boyu fəaldırlar, durmadan “ot layır” və bala layırlar. Gün ər zində bir lemminq öz çəkisindən iki dəfə artıq yem həzm edə və ildə 80-dək bala verə bilir.

      İngilis yazıçısı Artur Minin “Uşaq ensiklopediyası” kitabı milyonlarla tirajla satılıb və lemminqlər haqqında əfsanənin əsasını qoyub

      Bəs onların intihara meyilli olduğu barədə əfsanə yaratmaq kimə lazım olub?

      Alimlər çoxdan müşahidə ediblər ki, qütb siçanları sürətlə artır və təxminən hər üç ildən bir kəskin azalırlar. Əvvəlcə bu fenomeni kütləvi miqrasiya ilə izah etməyə çalışıblar. Amma alınmayıb: miqrasiya olsaydı, siçanların sayı bir yerdə azalanda o biri yerdə artardı. Belə hal qeydə alınmayıb: proses bütün ərazilərdə paralel gedib.

      Sonra fərziyyə irəli sürülüb ki, müəyyən fasilələrlə lemminqlər səbəbi bilinməyən hansısa qəribə xəstəliyə məruz qalırlar, zəhərlənib ölürlər. Amma bu fərziyyə də sübutunu tapmayıb: heç harada çöl siçanı qəbiristanlığı aşkar edilməyib. Düzdür, Şimalda yaşayan heyvanlar bu gəmiriciləri ləzzətlə yeyirlər, amma çətin ki, onlar da zəhərli siçanların leşlərinə tamah salalar.

      Nəhayət, 1908-ci ildə ingilis yazıçısı Artur Mi “Uşaq ensiklopediyası” kitabında fenomenin orijinal izahını verib: lemminqlərin sayı kritik həddi keçəndə onlar özlərini dənizə atırlar. Artur Mi yazırdı: “Onlar dərələri və düzləri, bağları, fermaları, kəndləri keçirlər,.. dənizə, ölümlərinə doğru irəliləyir, irəliləyirlər… Bu, çox kədərli əhvalatdır, amma belə etməsələr, indi bütün Avropanı siçanlar tutmuşdular”.

      Qəribədir, amma yazıçı təxəyyülü tək uşaqların deyil, alimlərin də xoşuna gəlib. Bəlkə də, izah axtar maqdan yorulub, yazıçının yaratdığı əfsanəni elmi fakt kimi zoologiya dərsliklərinə köçürüblər.

      Əfsanənin yaddaşlara hopmasında Artur Midən də çox, Uolt Disney kompaniyasının rolu olub. 1958-ci ildə kompaniya ekranlara “Ağ səhra” sənədli filmini çıxarıb. Üç il ərzində Kanadada çəkilmiş, “Oskar” və qızıl “Berlin ayısı” mükafatlarına layiq görülmüş bu filmin ən maraqlı hissəsi lemminqlərin kütləvi intiharına həsr edilib. Çöl siçanlarının bir-birinin ardınca özlərini dənizə atması səhnəsini müşayiət edən sözlər, həqiqətən, təsirlidir: “Geri dönmək üçün son imkandır. Amma artıq onları saxlamaq olmaz. Daha bir addım… və… qarşıda yalnız sonsuz uçurum görünür…”

      “Ağ səhra” sənədli filmindən lemminq lərin küt ləvi intiharını nümayiş etdirən bədii kadr

      Lemminqlərin təbiətdə tarazlığı qorumaq naminə özlərini qurban verdiklərini iddia edən bioloqlar bu filmi əldə bayraq ediblər.

      Lakin filmin çəkilişindən 25 il keçdikdən sonra Kanada Yayım Korporasiyasının (Canadian Broadcasting Corporation) araşdırması göstərdi ki, “Ağ səhra” sənədli deyil, bədii əsər imiş. Guya hadisələrin cərəyan etdiyi Alberta vilayətində, ümumiyyətlə, lemminqlər yaşamırmış. “Aktyorları” bura Kanadanın Manitoba vilayətindən tutub gətiriblərmiş. Çəkiliş meydançası qarla örtülmüş fırlanan platformadan ibarət imiş, son səhnədə isə siçanları qovub