Название | Çovdarlıqda uçurumdan qoruyan |
---|---|
Автор произведения | Дж. Д. Сэлинджер |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243833 |
Mənə xəbər göndərmişdi ki, tətilə getməzdən əvvəl ona baş çəkim, onunla sağollaşım. Çünki yaxşı bilirdi ki, bir də geri qayıdan deyiləm.
– Deməli, bizdən gedirsiniz? – o soruşdu.
– Bəli, ser. Deyəsən, elədir.
Başladı başını bulamağa. Ömrümdə mister Spenser kimi başını bu qədər çox bulayan adama rast gəlməmişəm.
– Doktor Termer səninlə nə barədə söhbət elədi, oğul? Eşitdiyimə görə söhbətiniz xeyli uzun çəkib.
– Elədir, uzun çəkdi. Xeyli danışdı. Bəlkə də, iki saat onun kabinetində oturmalı oldum.
– Axı sənə nə deyirdi?
– Eh… Həyat belə gəldi, oyun belə getdi. Nə bilim, gərək bu oyunda bütün qaydalara düzgün riayət edəsən… Özünüz bilirsiniz də.
– Həyat, həqiqətən, bir oyundur, oğul. Elə bir oyun ki, gərək onun qaydalarına tabe olasan.
Söz tapıblar da. Oyundur. Yox bir… Yenə güclü olan tərəfə düşsən, dərd yarıdır, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, zəif olan tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ip də!
– Doktor Termer bu haqda sənin valideynlərinə xəbər verib? – qoca Spenser soruşdu.
– Dedi ki, bazar ertəsi yazacaq.
– Bəs özün xəbər eləmisən?
– Xeyr, ser. Onlarla danışmamışam, çünki onsuz da evə gedirəm. Çərşənbə günü axşam yanlarında olacağam.
– Sən bilən, onlar bu xəbəri necə qarşılayacaqlar?
– Eh! – dedim. – Yəqin ki, bərk hirslənəcəklər. Hökmən hirslənəcəklər. Bununla dördüncü məktəbdir dəyişirəm.
«Eh» deməyə artıq vərdiş eləmişəm. Səbəbi də budur ki, söz ehtiyatım zəifdir. Həm də yaşım artsa da, ağlım artmayıb. Onda on altı yaşım vardı, indi isə on yeddidir, amma özümü lap on üç yaşlı uşaq kimi aparıram. Özü də bu çox gülünc çıxır: boyum altı fut5 iki düym6 yarımdır, saçlarımsa əməlli-başlı ağarıb. Düz sözümdür. Başımın sağ tərəfi tamam ağappaqdır. Lap körpəlikdən. Ancaq hələ də elə hərəkətlər eləyirəm, elə bil on iki yaşındayam. Bunu mənə hamı irad tutur, ən çox da atam. Bəlkə də, haqlıdır, amma o qədər də yox. Hamıya elə gəlir ki, sənin nə yuvanın quşu olduğunu bilir. Bu mənim vecimə də deyil, ancaq onlar mənə «yekə oğlansan, uşaqlıq eləmə» deyəndə xətrimə dəyir. Bəzən isə özüm qəsdən yaşımdan böyük görünmək istəyirəm, amma nədənsə heç kəs bunu görmür. Ümumiyyətlə, bu camaat heç vaxt yaxşı şeyi görmək istəmir.
Qoca Spenser yenə də başını bulamağa başladı.
– Atan-ananla mən də tanışam. Bir neçə həftə bundan qabaq doktor Termer onları öz yanına söhbətə çağırtdıranda görüşmüşük. Çox alicənab adamlardır.
– Əlbəttə, elədir. Alicənab adamlardır.
Birdən qoca Spenser ciddiləşdi. Əvvəllər heç vaxt onu bu qədər ciddi görməmişdim.
– Bu rübdə neçə fəndən qiymət almısan?
– Beş, ser.
– Beş? Bəs neçəsindən kəsilmisən?
– Dördündən. İngilis dilindən yaxşı çıxdım, – dedim.
O heç mənə qulaq asmırdı. Ümumiyyətlə, baş-qasının nə dediyinə qulaq asan deyil.
– Mən səni tarixdən ona görə kəsmişəm ki, heç nə öyrənməmişdin.
– Bilirəm, ser. Özüm bilirəm. Sizlik bir iş yoxdur.
– Sənin yazı işin burada – şifonerin başındadır. Gətir onu bura.
Lap heyvərəlik eləyirdi mənə qarşı. Əlacım kəsildi, durub dəftəri ona verdim. İndi bura gəldiyimə görə nə qədər peşman olduğumu heç təsəvvürünüzə də gətirə bilməzsiniz.
– Burada yazdıqlarına qulaq asmaq istəyirsən?
– Yox, ser, lazım deyil, – dedim.
Ancaq yenə oxudu. Əgər ağlına bir şey girdisə, onu bu fikirdən daşındırmaq müşkül məsələdir. Öz bildiyini hökmən eləyəcək.
Qoca Spenser dəftəri açıb oxumağa başladı: «Misirlilər qədim Qafqaz irsinə mənsub olub Afrikanın şimal əyalətlərində yaşamışlar. Afrika isə biz bildiyimiz kimi, Şərq yarımkürəsində ən böyük qitədir. Misirlilərin öz ölülərini basdırmazdan əvvəl necə mumiyaladıqları müasir elmdə tapmaca kimi qalır».
O susdu, dəftəri yerə qoydu. İndi ona əməlli-başlı nifrət eləyirdim.
– Bu da sənin inşa yazın, – kinayə ilə əlavə etdi: – Hələ səhifənin sonunda mənə kiçik bir qeyd də yazmısan.
– Bilirəm, yazmışam, – bunu elə cəld dedim ki, heç olmasa, bu qeydi oxumağa ona imkan verməyim. Amma onu saxlamaq çətin idi, yaman cuşa gəlmişdi.
– «Hörmətli mister Spenser! – ucadan oxumağa başladı. – Misirlilər haqda bildiklərim bundan ibarətdir. Sizin mühazirələriniz çox maraqlı olsa da, misirlilər məni elə də maraqlandırmır. Bu inşaya görə məni kəsməli olsanız, bunu o qədər də ürəyinizə salmayın. Onsuz da ingilis dili ilə ədəbiyyatından başqa, bütün fənlərdən kəsilmişəm. Sizə böyük hörmət bəsləyən Holden Kolfild».
O, çərdəymiş dəftəri bir yana qoyub məğrur-məğrur üzümə baxdı, sanki indicə məni pinq-ponq7 oyununda udmuşdu. Əgər özü belə bir şey yazmış olsaydı, bunu heç vaxt onun üzünə vurmazdım. Axı bu andıraqalmış qeydi ona görə yazmışdım ki, məni kəsəndə ürəyi ağrımasın.
– Səni kəsdiyim üçün məni təqsirkar sayırsanmı, oğul? Sən mənim yerimdə olsaydın, neyləyərdin? Amma düzünü de, oğul.
Barı dəqiqəbaşı «oğul» deməyəydi. Görünür, məni kəsməyinə pərt olmuşdu. Ancaq özümü o yerə qoymadım. Dedim ki, mən, həqiqətən, korazehin adamam, beynimə heç nə girmir. Onun yerində olsaydım, mən də elə hərəkət eləyərdim və sairə və ilaxir. O ki var, gopladım.
Ancaq məzə burasındaydı ki, dilimə güc versəm də, fikrim tamam başqa yerdəydi. Mən Nyu-Yorkda yaşayıram. Və elə bu anda Mərkəzi park, onun cənub girəcəyindəki göl yadıma düşmüşdü. Fikirləşdim ki, görəsən, mən evə qayıdanacan o göl başdan-ayağa donacaqmı, əgər donacaqsa, bəs onda ordakı ördəklər necə olacaq? Göl tamam donub buz bağlayandan sonra ördəklərin hara getdiyini təsəvvür eləyə bilmirdim. Bəlkə, yük maşınına qoyub zooparka aparırlar? Bəlkə də, özləri başqa yerə uçub-gedirlər?
Deyəsən, məndə pis alınmır. Bir yandan qoca Spenserə gopa basıram, o biri yandan isə ördəklərin fikrini çəkirəm. Belə çıxır ki, müəllimə hesabat verəndə beynini əziyyətə salmasan da olar.
– Doğrudanmı,
5
6
7