Qoca və dəniz. Эрнест Миллер Хемингуэй

Читать онлайн.
Название Qoca və dəniz
Автор произведения Эрнест Миллер Хемингуэй
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952242683 



Скачать книгу

ayaqqabı, bir də əlavə yorğan tapmaq lazımdır”.

      Qoca xörəyi yeyə-yeyə təriflədi:

      – Soyutma ət çox ləzzətlidir.

      Oğlan xahiş etdi:

      – Ustad, beysboldan danış görək. Nə yazıblar? İşlər necədir?

      Qoca həvəslə dedi:

      – Necə olacaq? Mən deyən kimi. “Yankilər” Amerikada birinci yeri tutub.

      Oğlan dedi:

      – “Yankilər” bu gün uduzub ki.

      – Bir dəfə uduzanda nə olar? Böyük şeydir? Ulu Di Macio özünü bundan sonra göstərəcək.

      – Komandanın bütün uğuru ondan asılı deyil ki. Başqa oyunçular da var.

      – Orası elədir. Amma onun oyunu ayrı aləmdir. Ondan çox şey asılıdır. Başqa komandalardan “Bruklinlər”, məncə, “Filadelfiya”dan üstündür. Ulu Di Macio birinci, Dik Sisler isə ikinci oyunçudur. Mən belə hesab edirəm. Onun köhnə parkdakı oyunu yadındadır? Necə oynayırdı!

      – Topa onun kimi heç kəs zərbə vura bilmir. İndiyə kimi hələ onuntək uzağa top vuran görməmişəm.

      – Onun “Terras”a gəlməsi yadındadır? İstədim yaxınlaşıb onu balıq tutmağa dəvət edim. Utandım. Sənə dedim. Dəvət etmədin. Sən də utandın.

      – Yadımdadır. Çağırmamaqda böyük səhv etdik. O bizimlə gedərdi. Ömrümüz boyu onunla balıq tutmağa getməyimizdən danışıb fərəhlənərdik.

      – Getsəydi, ulu Di Macionu balıq tutmağa elə aparardım ki, özü də razı qalardı, – qoca dərindən köks ötürdü, – deyilənə görə, onun da atası balıqçıymış. Kim bilir, bəlkə də bizim kimi kasıb imiş. Belə olsaydı, oğlu halımızı başa düşərdi.

      Oğlan dedi:

      – Böyük Sislerin atası dövlətli olub. Mən yaşda olanda məşhur komandalarda oynayırmış.

      – Mən sən boyda olanda Afrika sahillərində üzən yelkənli gəmidə yunqa işləyirdim. Axşamüstü şirlər gəlib sahildə gəzirdi. Biz də uzaqdan tamaşa edirdik.

      – Bilirəm. Demisən.

      Qoca soruşdu:

      – Sən bilən, indi nə barədə danışsaq yaxşıdır? Afrika, ya beysbol?

      – Məncə, beysboldan danışsaq, yaxşı olar. Mahir Con Mak-Qroudan mənə bir az danış da.

      – O, qabaqlar bizim “Terras” mehmanxanasına tez-tez gələrdi. Bərk də içərdi. Özündən çıxıb bərkdən danışardı, kobud rəftar elərdi. Yaman da atbaz idi. Məşhur cıdır atlarının siyahısını həmişə cibində gəzdirərdi. Telefonla danışanda çoxlu at ləqəbi sadalayardı.

      – Mak-Qrou mahir idman təlimçisi olub. Atam deyir ki, o, çox ustad təlimçi idi.

      Qoca izahat verdi:

      – Mak-Qrounu gördüyü üçün Atan elə deyir. Mak-Qrou həmişə bura gələrdi. Əgər Düroşer də onun kimi hər il bura gəlsəydi, atan deyərdi ki, ondan böyük təlimçi yoxdur.

      – Sən bilən, kim daha yaxşı təlimçidir: Lyuk, ya Qonsales?

      – Mənə elə gəlir ki, ustalıqda onların ikisi də bir olar.

      – Dünyanın ən mahir balıqçısı isə sənsən.

      – Yox ha! Mən özümdən də yaxşısını tanıyıram.

      – Ola bilməz. Dünyasında inanmaram, – oğlan etiraz etdi, – yaxşı balıqçı çoxdur, amma ustalıqda sənə çatan olmaz. Heç kəs sənə tay ola bilməz.

      – Çox sağ ol. Bu sözünlə məni sevindirdin. Qorxuram elə yekə balığa rast gələm ki, tuta bilməyəm, biabır olam, sənin də zənnin səhv çıxa.

      – Dediyin qədər gücün qalıbsa, dünyada elə balıq tapılmaz ki, sən onu tuta bilməyəsən.

      Qoca balıqçı izahat verdi:

      – Ola bilsin, gücüm o qədər də qalmayıb, amma mən çoxlu fənd bilirəm. Özüm də amansızam.

      – Ustad, səhər gümrah olmaq üçün bir az yatıb dincəlməlisən. Mənsə qabları, boş şüşələri aparıb “Terras”a verməliyəm.

      – Gecən xeyrə qalsın. Sabah tezdən gəlib səni oyadaram.

      Oğlan dedi:

      – Hər gün məni lap saat kimi oyadırsan.

      – Məni də qocalıq oyadır, – o təəssüfləndi. Sonra soruşdu: – Sən bilən, qocalar niyə tez dururlar? – Özü də cavab verdi: – Ona görə ki işıqlı dünyanı çox görsünlər.

      – Amma cavan oğlanlar çox yatmaq istəyirlər. Özləri də bərk yatırlar, – deyə oğlan balıqçıya baxdı, – qocaların işini sən yaxşı bilirsən. Mənim başım çıxmaz.

      – Düz deyirsən, cavanlıqda mən də çox yatmaq istəyirdim. İndi get yat, tezdən gəlib səni oyadaram.

      – Səndən başqa heç kimin məni oyatmağını istəmirəm. Elə çıxır ki, onlar məndən zirəkdirlər.

      – Başa düşürəm…

      – Gecən xeyrə qalsın, – deyib oğlan daxmadan çıxdı. Onlar qaranlıqda şam etmişdilər. Qoca şalvarını soyunub çarpayıya sarı getdi, qəzeti şalvarın cibinə qoyub bükəndən sonra balış əvəzinə başının altına qoydu. Yorğana bürünüb dəmir çarpayıya salınmış köhnə qəzetlərin üstündə uzandı. Elə o dəqiqə yuxuya getdi.

      Uşaqlıqda sahillərində gəzdiyi Afrikanı yuxuda gördü. Sarımtıl qumsallıq qızıla çalırdı. Yastı ağ təpələr adamın gözünü qamaşdırırdı. Qonur qayalar dənizdən baş qaldırmışdı. Əzəmətli dağlar qəhvəyi rəngdə idi. Bu yerlər hər gecə qocanın yuxusuna girirdi. O, sahilboyu gəzir, qayaları şiddətlə döyəcləyən dalğaların qəzəbli gurultusunu eşidirdi. Yerli tayfaların suları yara-yara dalğadan-dalğaya atılan xırda qayıqlarını görür, gəmilərə xas qatran, şoranlıq qoxusunu açıq-aydın duyurdu. Afrikanın içərilərindən gələn təmiz səhər mehi onu məst edirdi.

      Alaqaranlıqda səhər yeli əsməyə başlayanda qoca oyanıb qalxardı; səhər yelini şirin yuxuda duymağa adət eləmişdi. Duran kimi də geyinər, oğlangilə gedib onu oyadardı. Bu gecə nədənsə qitədən əsən külək onu həmişəkindən tez oyatdı. Qoca hələ tez olduğunu başa düşdü, durmayıb yuxunun ardını görməyi qərara aldı. Dənizdən ucalan qayaların ağ zirvələrinə, Kanar adalarının limanlarına tamaşa etmək istəyirdi.

      Yuxusunda artıq nə fırtına, nə qadın, nə iri balıq, nə vuruş, nə güləşmə, nə mərcləşmə, nə də arvadını görürdü. İndi yuxusuna yalnız uzaq ölkələrin sahilləri, bir də o sahildə gəzişən şirlər girirdi. Şirlər dumanlı toranlıqda pişik balaları kimi oynaşırdılar. Qoca bu şirləri oğlanı sevdiyi qədər istəyirdi. Amma oğlan heç yuxusuna girməzdi. O, cəld dikəlib açıq qapıdan bayıra, göy üzündəki ayparaya baxdı, sonra balış əvəzinə başının altına qoyduğu şalvarı götürüb geydi. Komadan çıxıb peşab elədi, əsnəyə-əsnəyə oğlanı oyatmağa getdi. Sübh soyuğunda titrəyirdi. Bilirdi ki, qızışandan sonra üşütmə keçib-gedəcək; qayıqda oturub avar çəkməyə bənd idi.

      Qoca