Название | Dünya tarixinin Turan Dövrü |
---|---|
Автор произведения | Ələsgər Siyablı |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952837124 |
M.Müller Turan dili məsələsi ilə əlaqədar M.Bunzenə 1849-cu ildə yazmış olduğu məktubda və digər əsərlərində Turan dil ailəsi haqqındakı tezislərini özünün dil nəzəriyyəsinin tərkib hissəsindən biri kimi təqdim etdi.
Maks Müller Bunzenə Turan dilinin klassifikasiya təsnifatı haqqında yazdığı məktubda deyirdi: “Mən cəsarət nümünəsi göstərərək cəmiyyətin müxtəlif siyasi formalarına uyğun olaraq dilləri öz xarakterlərinə görə ailə, hərbi və dövlət olmaqla üç ümumi sinifə bölürəm. Humboldtun morfoloji sinifləndirməsinə uyğun olaraq dilləri də izolyativ, aqlütinativ və flektiv dillər olmaqla üç sinifə bölürəm. Mən qeyd etməliyəm ki, hər bir siyasi orqanizmdə köçəri və ya ailəvi izləri aşkar edə bilərik. O baxımdan ari dilində çinlilərin və turanlıların keçmiş olduqları formasiyanın izlərini də aşkar edə bilərik”. (Max Müller. 1854. Səh. 23, 24.)
Müller yazırdı ki, Turan dili fərqli bir dildir, o ideyanı, fikirləri yalnız sözlə ifadə etməklə kifayətlənmir, fikirlər arasındakı münasibəti də ifadə edir. Turanlıların həyatı çinlilərinki kimi uzunömürlülərin təcrid olunmuş ailə həyatı deyil, qəbilənin spiralvari burulğanının əhatə etdiyi turanlı insanını və ailəsini öz qəbilədaşları ilə ünsiyyətdən yalnız nazik çadır divarı ayırır. Turan dili ilə ari dili arasındakı fərq köçəri dili ilə siyasi dil arasında olan fərqlə eynidir. Turan dilində şəkilçilər sözün kökünə əlavə olunaraq əsas sözdüzəldici element kimi çıxış edirlər. (Max Müller. 1854. Səh. 25, 26)
Müllerin Turan dilini sırf köçərilərə xas dil kimi səciyyələndirməsi elmi gerçəkliyi əks etdirmir. Böyük bilim adamları tərəfindən Türk-Turan dili adlandırılan Sumer dili möhtəşəm əsərlərin yazılmış olduğu bəşər tarixinin ilk yazılı ədəbi dilidir.
Müller ari dilini siyasi-dövlət dili, turan-türk dilini hərbi dil, çin dilini isə ailə dili kateqoriyasına daxil edirdi. Onun fikrincə Turan xalqı öz kökünü dəyişilməz şəkildə qoruyub saxlamaq baxımından instinktiv hissə malidkdir. Bu hiss sözdüzəltmə prosesində də özünü göstərir, onlar kökü dəyişməz saxlayaraq çoxlu şəkilçilərdən istifadə edirlər. (Max Müller. 1854. Səh. 27)
Müllerdən sonra Mesopotamiya və Ön Asiyanın qədim tarixini və dillərini araşdıran Avropa tarixçilərinin əksəriyyəti sami və ari dillərinin hələ primitiv inkişaf dövrü yaşadığı bir dövrdə Turan dilinin qədim dünyada bəşəriyyətin əsas ünsiyyət vasitəsi olduğunu sübut etmişdilər. Müller sami, ari və hami dillərinə aid olmayan digər dilləri Turan dil ailəsi adı altında birləşdirmişdi. Müller Turan dillərini quruluş etibarı ilə sami, ari və hami dillərindən köklü surətdə fərqləndirən əsas əlamətin onun aqlyutativ yəni hecalı-bitişik xarakter daşıması ilə izah edirdi. Onun fikrinə görə Turan dilləri iki bölümə ayrılırdı: 1-ci şimal qrupunu təşkil edən Ural-altay dillərinin özü, 2-ci dravid, tibet, tay, kolar və malay-polineziya dilləri.
Turan nəzəriyyəsinin tərəfdarlarından biri Elizabet Sevell “Qədim Misirin tarixi” adlı əsərində Turan dilinin bəşəriyyətin ilk dili olduğu fikrini müdafiə edərək yazırdı: “Dünyanın bir hissəsini təşkil edən Batı Asiyada məskunlaşmış ilk insanlar tatarlar və ya Turan əhalisi olmuşdur. Onların dili olduqca sadə idi və ədəbiyyat yaratmağa əlverişli deyildi. O insanların danışdığı ilk dil forması olmuşdur. İndiyə qədər malik olduğumuz bilgilər ən qədim dövrlərdəki danışıq ünsiyyət formasının Turan dili oluğunu sübut edir. Bu dil Qafqazdan Hind okeanına qədər, Aralıq dənizi sahillərindən Qanq çayının mənsəbinə qədər olan ərazidə yayılmışdı. Onun dialektləri Batı yarımkürəsinin bütün ərazisində istifadə olunurdu. Turan dili Asiyanın beşdə dörd hissəsində və Avropanın uzaq guşələrində danışılan dildir. Finlər, saamlar, monqollar, tatarlar, tibetlilər Hindistanın dağlı tayfaları, Asiyanın quzeyində və Avropanın doğusundakı əngin çöllərdə köçərilik edən tayfalar, o cümlədən türklər və macarlar da bu dildə danışırlar (E. Sewell, 1852. Səh. b1)
Macar alimi Qyarmati türk dillərinin macar dili ilə yaxınlığını təsdiq edən fikirlər irəli sürdü. Onun ardınca Klaprot Qafqaz dillərini araşdıraraq belə bir nəticəyə gəldi ki, osetin dilindən başqa bütün Qafqaz dilləri şimali Asiya və ya tatar samoyed dilləri ilə qohumdur. Remusat türk, monqol və mancur dillərinin qohumluğu fikrini rədd edir. Turan dilinin qarşılığı olaraq iskit dili terminini işlədən danimarkalı dilçi Rasmus Rask ilk dəfə olarak iskit turan dilinin Skandinav və Qrenlandiya dillərinin sələfi olduğu ideyasını irəli sürdü. O, iskit dilinin Amerikanın şimalına da yayıldığını və bu dilin ari dilinə qədərki dövrdə Ağ dənizdən başlayaraq Qafqaz vadilərinə qədər bütün Asiyaya, Böyük Britaniya, Qalliya və İspaniyaya, yayılaraq başlıca dil təbəqəsini təşkil etdiyini fikrini irəli sürmüşdür. (M. Müller. 1854, Səh. 12–13)
R.Rask tatar və fin dillərinin qohumluğunu təkcə leksikoloji yaxınlıqdan ibarət olmadığını vurğulayır. Rask iskit-turan irqini dörd qola bölür: 1) Quzey Asiya, 2) Tatar-tirk, 3) Quzey Amerika, 4) Monqol-tunqus. Aleksandr Kastren Raskdan fərqli olaraq Turan dilini dörd deyil beş qrupa bölür: 1) fin, 2) samoyed, 3) Türk-tatar, 4) monqol, 5) tunquz. Qobelenə görə Turan dili tatar, monqol, tunqus, finlərlə bir ailə təşkil edir. (M. Müller, 1854, Səh. 13–14)
Turan nəzəriyyəsinin, Mesapotamiyada qədim danışıq dilinin turan dili olması haqqındakı elmi fikirlərin ən barışmaz əleyhdarı samitoloq bilim adamı yəhudi əsilli Yozef Hallevi idi.
Onu qıcıqlandıran əsas məsələlərdən biri sami mənşəli assurların mixi yazı sisteminin Y.Oppert tərəfindən turani kökə malik olduğunu sübut etməsi idi.
O, bu məsələləri araşdrılması ilə əlaqədar 1870-ci ildə “Babilin turani dilləri haqqındakı baxışların tənqidinə dair” adlı bir neçə xüsusi məqalə həsr etmişdir. Halevi sami dilindən öncə Mesopotamiyada əsas danışıq və ünsiyyət dili olan və mütəxəssislər tərəfindən turani dil ailəsinə aid edilən sumer-akkad dilini qeyri danışıq, suni dil və yalnız kahinlərin istifadə etdiyi şifrə dili hesab edirdi. O sumer dilini inkar edən belə bir nəzəriyyə irəli sürmüşdü ki, Mesopotamiyada sami dilindən başqa hər hansı bir qeyri sami danışıq dili mövcud olmamışdır. Lakin sonradan sumer-akkad dilində çoxsaylı mixi lövhələrin tapılıb onun fikirlərinin yanlışlığı sübut olunsa da, o ölənə qədər 40 il ərzində öz fikrindən imtina etmədi və Turan nəzəriyyəsinə qarşı mübarizəsini davam etdirdi. Osmanlının Ədirnə şəhərində doğulan və uzun illər orada yaşayan Halevi qatı anti turanist və türk əleyhdarı idi. O bir filoloq kimi Ədirnədə və sonra Buxarestdə yəhudi və sami dillərindən dərs demişdi. Avropa elm aləmində də müəyyən nüfuza sahib olan Halevi Sionizm hərəkatının təşkilatçılarından biri idi və dünya ölkələrini gəzərək yəhudilərin xilası və birliyi uğrunda hərakata öncüllük edirdi. (Josef Halevy and tha “Sumerian Problem”, 1990. Səh. 12–13)
Qədim şərq tarixi və dil bilimcisi F.Lenorman 1875-ci ildə Halevinin Turan nəzəriyyəsinə qarşı yazdığı məqaləsini kəskin tənqid edən “Xaldeyin qədim dili və ondakı turani ifadələr” adlı bir məqalə ilə cavab verdi və onun akkad adlandırdığı sumer dilini turani dillərlə müqayisə edərək bu dilin turani dil ailəsinə mənsub olduğunu linqvistik dəlillərlə sübut etdi. Sonrakı linqvistik tədqiqatlar da sübut etdi ki, kök etibarı ilə turani və Ön türk dili olan Sumer dilindəki sami mənşəli sözlər bu dilə