Название | Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya |
---|---|
Автор произведения | Джейран Вейдаддиновна Пиралиева |
Жанр | Документальная литература |
Серия | |
Издательство | Документальная литература |
Год выпуска | 2019 |
isbn |
"Nərgiz" realistik sovet operasıdır. İdeyaca çox zəngin, bədii fikir etibarı ilə dərindi. “Nərgiz” operası bizim müasir həyatdan götürülən və sovet inqilabi-qəhrəmanlıq mövzusunu əks etdirən, ideya və bədii səviyyəsi yüksək olan səhnə əsərlərindən birincisi olaraq sovet musiqili teatr tarixinə daxil olacaqdı”.
Əbdül-Müslüm Maqomayevin yaradıcılığını və həyatını paralel nəzərdən keçirmək və öyrənmək ümumi informasiyanı daha da genişləndirə bilər. Bəstəkar “Nərgiz” operasını yazdıqdan iki il sonra dünyasını dəyişmişdi. Hamıya yaxşı məlum idi ki, bu, opera Azərbaycanda sovet hakimiyyətinin qurulmasına həsr olunubdu. Bəstəkar-dirijorun aldığı çox saylı mükafat, təşəkkür və təltiflər, həmçinin, fəxri ad, məhz bu opera ilə birbaşa bağlıdı. Xalq arasında gəzən qeyri-rəsmi söhbətlərə görə bəstəkar repressiya qurbanı olub və sovet hakimiyyəti tərəfindən güllələnibdi. Ancaq onun Fəxri Xiyabanda dəfn olunması, həmçinin, övladlarının Kommunist Partiyasının üzvü olmaları, Cəmaləddinin yüksək dövlət vəzifələrində uzun illər çalışması, Məhəmmədin II Dünya müharibəsində qəhrəmancasına həlak olması bizə deyilənlərin yalan, dedi – qodu olmasını söyləməyə imkan verir. "Nərgiz" operası 1938 Həmin operanın librettosunu tarixi romanların görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi yazmışdı. Operanın yeni redaksiyasının müəllifi isə tanınmış sovet bəstəkarı Reynqold Qliyer, quruluşçu rejissoru S. Dadaşov, rəssamları NA Mustafayev və İ. Axundov, dirijoru Aərbaycan ictimaiyyətinə yaxşı tanış olan maestro Niyazi, Nərgiz rolunun ifaçısı isə görkəmli opera müğənnisi Şövkət Məmmədova olmuşdu.
Bəstəkarlıq fəaliyyətində çox aktiv olan Əbdül-Müslüm, həmçinin, böyük həvəslə ictimai işlərlə də məşğul olmuşdu. Eyni zamanda o, “Maarif Komissarlığı”nda şöbə müdiri vəzifəsində işləmiş və “Musiqili Teatr”ın bədii rəhbəri kimi çalışımışdı. 1929-cu ildə bəstəkar-dirijor Azərbaycan radio mərkəzinin musiqi rəhbəri kimi yeni yaradıcılıq işinə başlamışdı. Onun məşhur “Radio marşı” həmin illərdə yazılıb və bu günə qədər öz mahiyyətini itirməyibdi. Nəhayət ki, 1935-ci ildə bəstəkara Azərbaycan SSR- nin “Əməkdar incəsənət xadimi” fəxri adı verilir. Uzun illərdi Azərbaycan Filarmoniyası Maqomayevin adını daşıyır.
Onun haqqında yüksək fikir söyləyən Ulu Öndər Heydər Əliyev demişdi: “Bəşər tarixində elə şəxsiyyətlər var ki, onlar tək özləri üçün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi naminə həyata gəlirlər. Bu cür insanlar xalqa, nəinki, sağlığında, hətta, ölümündən sonra da xeyir gətirirlər. Əbdül- Müslüm Maqomayev həqiqi, əsl realist xalq bəstəkarı, Azərbaycan musiqi incəsənəti yolunda duran və bütün sədləri amansızcasına vurub dağıdan cəsarətli novator idi”.
Əbdül-Müslüm Maqomayevin həyat yoldaşı, nəvə Müslümün nənəsi Baydagül xanımın söylədiyinə görə onlar payız fəsilində Kür qırağında istirahət edərkən o, (yəni, Baydagül xanım: -C.P.) birdən çaya yıxılır. Onu xilas etmək üçün Əbdül-Müslüm suya atılır və həyat yoldaşını xilas edir. Havanın və suyun soyuq olması ərinin səhhətinə mənfi təsir gostərir və o, bərk xəstələnir. Çox keçmir ki, həmin zaman müalicəsi mümkün olmayan vərəm xəstəliyindən dünyasını dəyişir.
Cəmaləddin Əbdül- Müslüm oğlu Maqomayev (1910-1977)
(Muslum Maqomayevin əmisi)
Cəmaləddin Maqomayevin evi kiçik Müslüm üçün həmişə doğma və isti olmuşdu. Kiçik yaşlarından əmisinin himayəsində yaşayan, burda təlim-tərbiyə alan, burdan dünyaya pərvazlanan Müslüm üçün bu ev müqəddəs bir ocaq, rahat və isti beşik rolunu oynamışdı, -desəm, -məncə, yanılmaram. Nənəsi Baydagül xanım, əmisi Cəmaləddin və əmisinin həyat yoldaşı polyak əsilli Mariya İvanovna daima bu balaca oğlanın qayğısına qalmış, onun bütün şıltaqlıqlarına, tərsliyinə tab gətirmişdilər.
Atasını kiçik yaşlarında olarkən müharibədə itirən və mövcud durumdan asılı olaraq anasından ayrı düşən Müslümə Cəmaləddin və onun həyat yoldaşı Mariya İvanovna, həm valideyin, həm ata-ana, həm də qohum, tərbiyəçi, ümumiyyətlə, ən yaxın və doğma insanlar olmuşdular. Ancaq bütün bunlar hələ hər şey demək deyildi. Cəmaləddin bir əmi kimi , həm də Müslümü sevməyi bacarırdı. Onun Müslümə olan sonsuz sevgisinin həddi-hüdudu yox idi.
Müslüm bu barədə öz xatirələrində yazırdı: “ Atamın doğma qardaşı Cəmaləddin Maqomayev və həyat yoldaşı Mariya xala mənim üçün həqiqi valideyin oldular”.
Müslüm onlar haqqında daima yaxşı danışardı, yeri gəldikcə onların zəhmətini, qayğısını dilə gətirərək yüksək dəyərləndirərdi. “Mənim unudulmaz Mariya Ivanovnam! Heç bir güzəştə yol verməyən, mətin, cəsarətli, dayanaqlı xasiyyətə və diplomatik fərasətə malik olan Mura xalam. O, çox yaxşı bilirdi ki, həyatda nəyi etmək olar, nəyi yox. Həddən çox kitab oxuyan bu qadın bizim ailə mədəniyyətinin məşəli hesab olunurdu! Əgər o, özünün sevimli kitabını oxumurdusa, onda mütləq radioya qulaq asırdı. Həmin vaxt bizim evdə o zaman üçün az təsadüf olunan “Mir” adlı güclü radioqəbuledici var idi”.
Cəmaləddin qardaşı oğluna qarşı nə qədər incə, mehriban, istiqanlı olsa da, bir o qədər ciddi, tələbkar təsiri bağışlayırdı. Çünki Müslümün gələcəyi, həyatda qazanacağı hər hansı bir uğur və tutacağı mövqe bir başa onun verəcəyi təlim-tərbiyədən asılı idi. O, atasının adını daşıyan qardaşı oğlu Müslümün timsalında gələcəyin yeni bəstəkarını, yeni dirijorunu, yeni pianoçusunu, musiqiçisini görürdü. Məhz, bu nöqteyi-nəzərdən Cəmaləddinin qəlbində iki dünya: incə-mehribanlıq və ciddi-tələbkarlıq yer alırdı.
Cəmaləddin ixtisasca mühəndis olduğu üçün dəqiq elmlərə daha çöx meyilli və bağlı idi. Lakin bütün bunlarla yanaşı musiqiyə, incəsənətə bağlılıq maqomayevlər ailəsində prioritet yer tuturdu, ola bilsin bu, kökdən, nəsildən gəlirdi. O, xüsusi musiqi təhsili almasa da atasından yadigar qalan royalda kifayət qədər yaxşı ifa etməyi bacarırdı.
Biz bunlarla Müslümün xatirələr dəftərini vərəqləyərkən tanış oluruq. O, yazırdı: “Əmim royalın səsi bərk çıxsın deyə pedalı sıxmağı çox xoşlayırdı. Amma mənə sakit və hissiyyat ilə ifa etməyi məsləhət görürdü”.
Bu, maqomayevlər nəsilinə mənsub olan bir xüsusiyyət idi. Ailənin hər bir üzvü, hər hansısa bir musiqi alətində mütləq ifa etməyi və ya mahnı oxumağı, həmçinin, rəqs etməyi, rəsm çəkməyi, ümumiyyətlə, incəsənətin müəyyən bir sahəsini təhsil almadan kifayət qədər yaxşı öyrənməyi xoşlayırdı. Mən bunları maqomayevlər ailəsinin üzvüləri ilə qiyabi tanış olarkən görürəm. Bu, baxımdan Cəmaləddin istisna təşkil etmirdi. O, həmçinin, gözəl rəsmlər çəkmək qabiliyyətinə malik idi. Bunu dilə gətirən Muslum yazırdı:
“Sən demə əmim rəsm çəkməyi bacarırmış, ancaq mən heç vaxt bunu görməmişdim. Yadıma gəlir ki, bir dəfə masanın arxasında əyləşib Raxmaninovun portretini meydana gətirmək istəyirdim. Birdən əsəbiləşdim, çünki portret alınmırdı, az qaldı ki,