Qanun nəşriyyat

Все книги издательства Qanun nəşriyyat


    Kor saatsaz

    Dawkins Richard

    Təbii seçmə prosesi necə gedir? O, mürəkkəb canlı orqanizmlərin izahı üçün kifayətdirmi? Kor, idarəolunmaz bir qüvvənin insan gözü, yaxud yarasanın exolokasiya aparatı kimi mürəkkəb qurğunu yaratması mümkündürmü? Darvin hələ öz zamanında bu suallara inandırıcı cavablar vermişdi. Elm hər yeni onillikdə bu cavabların doğruluğuna daha çox sübutlar təqdim etsə də, çoxları əvvəlki kimi şübhə içərisindədir. Məşhur ingilis bioloqu, elmin populyarlaşması və kreasionizm (yaradıcılıq) uğrunda mübariz Riçard Dokinzin “Kor saatsaz” kitabı dünyaya təkamül gözü ilə baxmağı müdafiə edir və Darvin nəzəriyyəsi ətrafında mövcud olan mifləri aydınlaşdırır. Dokinz heç vaxt konkret bir elm sahəsinin problemi ilə məhdudlaşmır, son nəticədə, o, bütövlükdə elmi dünyagörüşün fəlsəfi əsaslarından bəhs edir. Müəllifin iti ağlı və geniş erudisiyası imkan verir ki, kompüter proqramlaşdırılmasından tutmuş Şekspir poeziyasına qədər ən müxtəlif sahələrə aid nümunələrə asanca əsaslana biləsən. Şübhəsiz, bu amil “Kor saatsaz” kitabının artıq üç onillik ərzində bestseller olaraq qalmasında mühüm rol oynayıb.

    Zərər vermə

    Marş Henri

    Səhv edəndə və ya tanımadığımız adamla toqquşanda özümüzü “səhv etmək insana xasdır” ifadəsi ilə sakitləşdiririk. Lakin bu, yad adamın səriştəsizliyinin qurbanı olan şəxsi də sakitləşdirirmi? Bəs kömək etməyi bacarmayan həkimə təsəlli verirmi? İnanmaq istərdik ki, həkim öz iş yerində günahsızdır. Əməliyyatda hər şeyə qadir, heç vaxt yorulmayan, özünü pis hiss etməyən, diqqətini kənar fikirlərlə yayındırmayan bir varlıqdır. Amma neyrocərrah olmaq, əslində, necədir? Nədən biləsən ki, sənin hərəkətlərindən təkcə pasiyentin həyatı deyil, həm də şəxsiyyəti – düşünmək və yaratmaq, kədərlənmək və sevinmək qabiliyyəti asılıdır. Tez və ya gec hər bir neyrocərrah qaçılmaz şəkildə həmin suallarla üz-üzə dayanır, axı istənilən əməliyyat böyük risklə bağlıdır. Dünya şöhrətli britaniyalı neyrocərrah Henri Marş özünün bütün karyerası ərzində həmin suallar üzərində düşünmüş və onun düşüncələrinin yekunu kimi bu maraqlı, son dərəcə səmimi və təsirli kitab ortaya çıxmışdır. Kitabın əsas qayəsini üç qısa sözlə ifadə etmək olar: “Zərər vermə”.

    Hər şey beyində başlayır

    Мумин Секман

    Bu kitabda beyinin işləmə mexanizmi və ondan daha səmə­rəli istifadə etmək yollarından bəhs edilir. Beyinin nəql edilə bil­mə­yən yeganə orqan olduğu qeyd olunur. İnsan beyninin gü­cünü və sirrini izah edən bu kitab, ağlını başına yığmaq və hə­yatını başdan-başa dəyişdirmək istəyənlər üçün yazıl­ıb.

    Allah qayıdır

    Yağmur Zümrüd

    "Allah Qayıdır?!" romanında müəllif yaşadığı сəmiyyətin problemlərinin mahiyyətini, bütünlükdə baş verən mənəvi və psixologi sarsıntıları, eyni zamanda insanın qarşılaşdığı ədalətsizliklərdə özünün rolunu əks etdirmişdir. Real həyatda qarşılaşdığımız ədalətsizliklər, siyasi-iсtimai haqsızlıqların gah rəmzi olaraq, gah da tam gerçək halı ilə oxuсuya təqdim oldunduğu bu romanda əslində insan üçün nəyin dəyərli olması, amma insanın nəyi seçməsi diqqətlə araşdırılır. Allah və İnsan, zalımlıq və mərhəmət, bütün bunlara fərdi və toplumsal baxış da əsərin diqqət mərkəzindədir. Əslində əsər fərdlərin yaşamı və düşüсələri ilə təqdim olunsa da mahiyyətdə bir toplumun tarixin hansısa dönəmində rastlaşdığı ədalətsizliyə qarşı laqeyidliklə сavab verməsi nətiсəsində əzilməsini, onu əzənin qarşısında sınmaqla insanilikdən və mənəvi dəyərlərdən uzaqlaşmasını günümüzün reallıqları ilə əks etdirmişdir. Digər yandan romanda hətta ən ümidsiz halında belə baş verən haqsızlıqlara qarşı mübarizə edən insanların təklənməsi, amma yenə də mübarizəyə davam etmələrinin bütün aсıları təqdim olunmuşdur. «Allah qayıdır?!» romanı bir yazarın yaşadığı ölkədə baş verən siyasi və sosial, iсtimai ədalətsizliklərə qarşı etirazı, üsyanı kimi də dəyərləndirilə bilər.

    Səni Yaradanı sevirəm

    Qəriboğlu Zaur

    “Səni yaradanı sevirəm…” kitabı müasir Azərbaycan ədəbiyyatının maraqlı imzalarından biri olan yazar Zaur Qəriboğlunun “Lal məhəbbət”, “Kamilliyə doğru ikinci addım”, “Aldadılmış ər” kitablarından sonra oxucuları ilə növbəti görüşüdür. Bu kitabda siz onun “Cizgilər” silsiləsindən olan mənsur şeirlərini, esse və fəlsəfi illüstrasiyalarını, bundan başqa, “Zirzəmi” pyesini də oxuya biləcəksiniz. Kitabda, həmçinin yazarın “Fikir cizgiləri” adlı maraqlı, düşündürücü aforizimlərilə də tanış ola biləcəksiniz. Ümumilikdə kitabda cəmiyyətimizin yaşadığı vəziyyət, insanın özünə qayıtması haqqında müəllifin bədii-fəlsəfi cizgilərini əsas götürsək, “Səni yaradanı sevirəm…” kitabını bədii-fəlsəfi düşüncələr kitabı adlandırmaq olar.

    Qaragünün Ağgün vəkili

    Qəriboğlu Zaur

    “Qaragünün Ağgün vəkili” romanı çağdaş Azərbaycan ədəbiyyatının maraqlı imzalarından olan Zaur Qəriboğlunun “Aldadılmış ər” povestindən sonra ilk iri həcmli əsəridir. Birnəfəsə oxuyacağınız bu romanda hadisələr Qaragün şəhərində cərəyan edir. Bu şəhərin sakinləri ağ gün sorağında “qara günü ağ günə yavanlıq” edirlər. İnanırlar ki, kimsə nə vaxtsa onları ağ günə çıxaracaq. Mətnin qayə və ideya qatında qara günlü bir cəmiyyətin işıqlı sabaha qovuşması istəyi dayanır. Yazıçı bu əsəriylə yaşadığı cəmiyyətə mesaj göndərir. Oxuyacaqlarınız sizə tanışdır. Əsərdə baş verən hadisələri oxuyub, deyəcəksiniz: “Bunlar elə bizim başımıza gələnlərdir ki!” Yazıçı həyat hadisələrinə öz yaradıcılıq prizmasından yanaşır. Bəzi məqamlarda qəfil güllə kimi açılan sarkazm, ironiya ilk baxışda oyuncaq tapançadan açılan atəş kimi “yüngül” olsa da ağrısı möhkəm olur. Bu əsər seçki saxtakarlığını nəsrə gətirən ilk mətndir. İlk dəfədir ki, parlament seçkisi ərəfəsində baş verən iyrənc oyunlar bədii təxəyyülün süzgəcindən keçirilir. “Qaragünün Ağgün vəkili” maraqla oxuyacağınız bir əsər olacaq. Vaxtı itirməyin!

    İRAQ OLSUN

    Sadatlı Zakir

    Zakir Sadatlının “İraq olsun” sənədli povesti onun telejurnalist kimi İraqa səfərinin gerçək motivləri əsasında yazılıb. Povest boyu bu günlər tarixən üzləşdiyi ağır zamanlarından növbətisini yaşayan İraqın keçmişindən bu gününəcən olan mövcudluğuna yazıçı-jurnalist baxışı sərgilənir, olaylar bəzən bədii, bəzən fəlsəfi, bəzən isə sırf stinger yanaşması ilə oxucuya çatdırılır. Povestdə Kərkük qırmızı xətlə keçir, kərküklülərin Azərbaycan sevgisi inandırıcı, tam gerçəkçi kəlmələr ilə təsvir edilir. Məhəmməd Füzulinin məzarı, onun nəslindən olanlarla bağlı yeni informasiya isə yazar müdaxiləsinə yol vermədən İraqa, onun Səddam rejiminə yeni baxışı ortaya qoyur, bizə indiyə qədər bilmədiyimizi danışır. Səfər boyu yazarın və yol yoldaşlarının başına gələn qorxulu əhvalatlar isə macəra romanlarını xatırladır. Qorxulu, “sonunda qan görünən” situasiyaya düşən müəllifin keçmiş “əfqan” olduğunu düşündükdə indicə onun “kalaşnikov”u qapıb atəş açacağını gözləyirsən. O isə həmişə olduğu kimi yazıçı olaraq qalır… Müəllifin kitaba daxil etdiyi “Salam Baça” hekayəsi isə Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 2008-ci ildə 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilsə də, Azərbaycanda ilk dəfədir ki, oxuculara təqdim edilir.

    Eybəcərlər adası

    Nuru Vusal

    "Eybəсərlər adası" başdan-ayağa eybəсərliklərin təsviri üstdə qurulub. Lakin hər сüm ləsilə insanları gözəlliyə, insan olmanın nəqədər müqəddəs olduğunu anlamağa səs lə yir. Əsər haçansa xoş arzularının sorağında kənddən şəhərə gəlib sürüсülüklə öz hə yatını qurmağa çalışan, sonra dan hissiz məmurların suçu uсbatından səfalə tə sürük lənən, quduzlaşan, lakin son ana qədər öz insanlığını itirməyən bir azərbayсanlıdan, onun yaşadığı aсılı həyatın məşəqqətlərindən bəhs edir. O, zibilliklərdə yaşayır, bir ti kiş maşınının hesabına kral olmaq istəyir. Kral olmağın yolu isə bambaşqaymış. O bu yolu da tapır.

    Золотой ослёнок

    Гани Джамалзаде

    Имя азербайджанского писателя Гани Джамалзаде русскоязычному читателю неизвестно. Можно назвать эту книгу дебютом. Роман вошедший в книгу, написан в юмористическом жанре и охватывает столетний период азербайджанской провинции.

    Ömür vağzalı

    Nurəddin Ədiloğlu

    Kitaba müəllifin müxtəılif illərdə qələmə aldığı povest və hekayələri daxil edilmişdir. Öz orjinallığı ilə seçilən irili-xırdalı bu əsərlərin bir çoxu çağdaş ədəbiyyatımızın uğurlu nümunələri kimi qəzet və ədəbi jurnalların (“Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Söz”, “Mars”) səhifələrində dərc olunmuşdur. Müəllifin yaradıcılığının ana xəttini bəşərin taleyi, ətraf mühütə, vətənə sevgi, bəzən keçmişin xiffətini çəkən, bəzən də yabançə təsirlərdən getdikcə mənəviyyatınaçat düşən insanın daxili dünyası, fikir və düşünc ələri təşkil edir. İnanırıq ki, “Qnun” nəşriyyatı tərəfindən oxucuların ixtiyarına verilən “Ömür vağzalı” kitabı mövzu rangarəngliyi və bədii üslubu ilə müasir ədəbiyyatsevərlərin ürəyincə olacaq.