Alatoran yayınları

Все книги издательства Alatoran yayınları


    Fanatizm

    Вольтер

    Volter özündən sonra çox böyük bir ədəbi-fəlsəfi yaradıcılıq irsi qoyub getmişdir. Ölümündən sonra, onun əsərlərinin tam toplusunu yayınlayanda, hər biri 600 səhifəlik 50 cild ortaya çıxmışdı. Ana dilimizdə yayınlanan “Fanatizm” kitabı Volter yaradıcılığının yalnız kiçik bir hissəsidir, ancaq bu örnəkləri oxumaqla da Volterin ruhunu duymaq mümkündür. Kitabın girişində Volterin ölümündən keçən yüzüncü ildəki mərasimdə Viktor Hüqo geniş məzmunlu çıxışı verilmişdir. Həmin çıxışdan bir parçanı diqqətinizə çatdırırıq: “Volter qaranlığı aydınlatmaq üçün savaşırdı, təkbaşına hamıya qarşı vuruşurdu, belə bir böyük savaşa atılmışdı. Onun bu savaşı, ideyanın qaba materiyaya, məntiqin məntiqsizliyə, düzgünlüyün əyriliyə, əzilənlərin haqları uğrunda əzənlərə qarşı olan savaşı idi, yaxşılıq uğrunda, insanlıq uğurunda aparılan bir savaş idi. Volterin ruhunda, biri-biri ilə yanaşı olan: bir qadın incəliyi ilə, bir igid döyüşkənliyi vardı. O, olduqca böyük bir ağılın, geniş bir ürəyin yiyəsi idi.”

    On bir gecə

    Rasim Qaraca

    İlk sevgi haqqında 10 hekayə. Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında 2013-cü ildə qələmə alınıb. Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur.

    Avtoritar şəxsiyyətin necəliyi

    Теодор В. Адорно

    Amerikada yaşadığı illərdə Adorno öz həmkarları ilə birlikdə müxtəlif təbəqədən olan insan tipləri arasında sosioloji və psixoloji araşdırmalar apararaq onların demokratik və avtoritar hakimiyyətə nə dərəcə meylli olduqlarını öyrənmişdir. Bu araşdırmaların məhsulu olaraq Avtoritar Şəxsiyyətin necəliyi əsəri meydana gəlmişdir. Bu əsər insan təbiətinin və davranışlarının öyrənilməsində əvəzsiz mənbədir və açıq-aşkar görünür ki, o zamanın nasist Almaniyasında baş verən dəhşətlərin təsiri ilə yazılmışdır. Lakin «Avtoritar Şəxsiyyətin Necəliyi» kitabında diqqət mərkəzinə gətirilən məsələlər təkcə Adolf Hitlerin şəxsiyyəti və Üçüncü Reyxin varlığıyla məhdudlaşmır, burada ümumən insan şəxsiyyətinin avtoritar təbiəti araşdırılır. Əsər özünün əhatə dairəsi və tarixi dəyər daşımasıyla unikaldır və Adornonun gəldiyi nəticələr bu günə qədər öz qüvvəsini itirməyib, bu nəticələrdən narahatlıq hissi keçirənlər az deyil.

    Mart xoruzu

    Отар Чиладзе

    1991-ci ildə qələmə alınmış roman müharibə sonrası Gürcüstanından bəhs edir. Baş qəhrəman gənc Niko tez-tez keçmişi, uşaqlıq illərini xatırlayır, doğma və yaxınlarının obrazlarını göz önünə gətirir. Romanın əsas mövzusu gənc oğlanan mənəvi kamilləşməsi, özünü tərbiyəsi üzərində qurulub. Kitab «Alatoran» nəşriyyatından, Gürcü Milli Kitab Mərkəzinin dəstəyilə çap olunub.

    İfşa edilmiş fırıldaqçı

    Франц Кафка

    XX əsrin ən görkəmli almandilli, yəhudi əsilli yazıçısı Kafkanın absurd, ətraf dünya və ali qüvvə qarşısında qorxu dolu, oxucuda narahat hislər oyadan əsərləri dünya ədəbiyyatında nadir hadisədir. Kafka sağlığında yaradıcılığında damla hesab edilə biləcək cəmi bir neçə qısa hekayə çap etdirmişdi. Yazdığı romanlar sonradan nəşr edilməsə idi, o, yazıçı kimi heç kimin diqqətini cəlb etməyəcəkdi. Ölümündən qabaq Kafka dostu Maks Broda bütün yazdıqlarını yandırmağı tapşırır. Maks bu vəsiyyətə əməl etməyərək, demək olar ki, Kafkanın yazdıqlarının əksəriyyətini çap etdirir. Beləcə, Kafka tanınmağa və məşhurlaşmağa başlayır.

    Doktor Baqqenin əhvalatı

    Ида Йессен

    Müasir Danimarka yazıçısı İda Yessen ədəbi sahədəki ilk addımlarını 1989-cu ildə Under sten ( Daşın altında) adı altında çap etdirdiyi qısa hekayələrlə atmışdır. Həmin vaxtdan bəri yazıçı saysız romanlar, hekayələr və uşaq kitabları yazıb çap etdirmişdir. O, müasir Danimarka ədəbiyyatında psixoloji realizmin banisi hesab edilir. Əsərləri bir neçə dilə tərcümə olunan yazıçı əsasən cəmiyyətimizdə baş verənləri bədii dildə qələmə aldığı üçün çox sevilir. İda Yessen Danimarka milli akademiyasının üzvü olmaqla bərabər bədii tərcümə ilə də məşğuldur.

    Radetski Marşı

    Йозеф Рот

    “Radetski marşı” Avstriya-Macarıstan imperiyasının çöküşündən, nəsillər arasında uçurumun yaranmasından, dəyərlər sisteminin dəyişməsindən, bir çox insanların baş verən dəyişiklərə hazır olmamasından, dəyişikləri, zamanın şərtlərini faciə kimi qəbul etməsindən bəhs edir. Olduqca kədərli bir əsərdir. Xüsusən bir yerdə, həkim Maks Demantdan bəhs edən hissədə əsər bəndənizi göyə qaldırıb yerə çırpdı və bir neçə dəqiqə tərpənməyə rəsmən halım olmadı. Boğazım göynədi, gözlərim doldu. Bir təhər ayağa qalxıb əl-üzümü soyuq suyla yudum. Boynuma, sinəmə də soyuq su vurdum. Bir az toxtadım. Düşündüm ki, bütün bunlar klassik dildə desəm, əsəb zəifliyinin təzahürüdür. İki gündən sonra “Radetski marşı” əsərində həkim Maks Demantan bəhs edən hissəni bir də oxudum. Yenə hər şey təkrarlandı. Yenə həmin hissə bəndənizi göyə qaldırıb yerə çırpdı. Yenə də bir neçə dəqiqə tərpənməyə halım olmadı. Yenə boğazım göynədi və gözlərim doldu. Amma bu dəfə müqavimət göstərməyi mənasız hesab etdim və uşaqlıqda olduğu kimi göz yaşlarımdan ləzzət ala-ala bir neçə dəqiqə ağladım. “Radetski marşı” əsərindən, həkim Maks Demantdan bəhs edən hissədən bir neçə cümləni tirajlamaq istərdim. Deməli, alay həkimi Maks Demant axmaq, olduqca axmaq bir hadisəyə görə sabahı gün duelə çıxmalıdır. İki dost həkim Maks Demant və leytenant Karl Cozef sonuncu dəfə söhbət edirlər. Həkim Maks Demant deyir: “Bu ölüm çox mənasızdır. Eynilə həyatım qədər mənasızdır. Babalarımız bizə miras olaraq çox güc qoyub getməyib. Yaşamaq üçün gücümüz çox azdır, mənasızcasına ölməyə isə ancaq çatır…Yorğunam, illərdən bəri yorğunam. Sabah bir qəhraman kimi öləcəm, qəhrəman olaraq adlandırılan şəxslər kimi. Mənim, babalarımın, soy-kökümün həyat tərzinə, babamın istəyinə tamam zidd bir şəkildə. Babamın oxuduğu köhnə, böyük kitablarda bir cümlə yazılmışdı: “Kim ki əlini özü kimilərə qarşı qaldırır, o bir qatildir”. Sabah bir nəfər mənə tapança tuşlayacaq, mən də ona. Mən qatil olacam. Amma mən uzağı görə bilmirəm, nişan almayacağam. Kiçik bir qisas… Eynəyimi çıxarınca heç bir şey görmürəm, heç bir şey… Şnapsı çox gec kəşf etdim. Təəssüf. İnanmayacaqsan, amma əvvəllər heç içmədiyim üçün çox peşmanam.

    Həya və Dəyər

    Даг Солстад

    Dag Solstad(1941) çağdaş Norveç ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir, romanları, dram əsərləri, kiçik hekayələri ilə məşhurdur. Ədəbi yaradıcılığa Frans Kafkanın təsiriylə başlamış, absurd üslubda kiçik eksperimental əsərlər yaratmışdır. Sonralar ard-arda yazdığı yazdığı hekayə və novellalar ona şöhrət qazandırmışdır. Sürrealist üslubda yazan bu yazıçının əsərləri qeyri-adidir, mən onu ciddi yazıçı hesab edirəm – Haruki Murakami D.Solstad haqqında belə deyib.

    Dələduz

    Роберт Вальзер

    Robert Walser (1878-1956). Hər bir insanın bioqrafiyasını, nə qədər insafsızca olsa da, bir neçə rəqəmə sığdırmaq mümkündür. Robert Walser 1878-ci ildə İsveçrədə, Biel şəhərində anadan olub. Ancaq daha yaxşı olar axırdan başlayaq: Robert Walser 1956-cı ilin 25 dekabrında, Herisau qəsəbəsindəki psixiatrik xəstəxanada ölüb. Yeni il qabağı şaxtalı havada onun meyidini balaca uşaqlar tapıb və polisə xəbər veriblər. R.Walser 1933-cü ildən həmin xəstəxananın pasiyenti idi. Burada yaşadığı 24 il müddətində heç bir şey yazmadı. Ölümündən sonra şöhrət qazandı. Bu gün onun adı M.Prust, Kafka, C.Coys kimi böyük yazarlarla bir sırada çəkilir. Külliyyatı 20 cilddən ibarətdir. “Dələduz” romanı haqqında. R.Walser bu əsərini karandaşla, çox kiçik hərflərlə, mikroqramlarla yazıb. Onu çapa hazırlamaq, redaktə etmək dörd filoloqun çalışmasıyla böyük zəhmət bahasına başa gəlib. “Dələduz” – öz həcminə görə R.Walserin karandaşla yazılmış və xilas edilmiş ən iri həcmli əsəridir. R.Walser bu əsəri təxminən 1925-ci ilin iyun-avqust aylarında yazıb. İndi artıq itib-batmış olan “Teodora” və “Tobolda” romanlarından fərqli olaraq bu romanı heç vaxt çap etdirməyə cəhd göstərməyib. Əsərin adını da nəşriyyat qoyub, çünki əlyazmada əsərin adı olmayıb. “Dələduz” öz strukturu etibarilə yazarın başqa əsərlərindən ciddi şəkildə fərqlənir. Roman zahirən tamamlanmış kimi görünsə də, bunun son nöqtəsi qoyulmuş bir mətn olduğunu söyləmək çətindir. “Dələduz” R.Walser nəsrinin özünəməxsus fraqmentarlığının manifesti hesab olunur.

    Nağıllar harada yaşayır

    Zachris Topelius

    Kitabda müəllifin nağılları toplanmışdır.