Odərlər. Шамиль Садиг

Читать онлайн.
Название Odərlər
Автор произведения Шамиль Садиг
Жанр
Серия Çağdaş ədəbiyyat
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

hiss edən nalyığan bütün nalları bir kisəyə yığıb köhnə “Moskviç” markalı maşınına qoydu. Nalbəndə xeyli təşəkkür edib maşınını işə salanda nal-bəndin astadan pıçıldadığı zərbi-məsəli eşitdi:

      – “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar”.

      Bu hadisədən bir neçə gün keçdi. Nalyığan yenə nal-bəndin yanına gəldi. Əlində gətirdiyi nalı nalbəndə göstə-rib ona yalnız bu naldan lazım olduğunu söylədi. Dünya-görmüş qoca bu nalı görən kimi, nəsə baş verdiyini anla-dı. Amma anladığını hələ ki, büruzə verə bilməzdi. İşin axırı onun üçün maraqlı idi. Ona görə də üzünü nalyığa-na tutub dedi:

      – Oğul, dərdin nədirsə açıq de, mən sənə hər cür kö-mək edərəm. Niyə məhz bu nalı soruşursan? Bunu düz desən, sənə kömək edərəm.

      – Dayı, bəlkə, bunun niyəsini soruşmayasan, amma mənə kömək etsən, elə bil, xalqa kömək edirsən. Axı sən bu el-obanın ağsaqqalı sayılırsan.

      Qoca yenə həmin zərbi-məsəli özünəməxsus tərzdə pıçıldadı. Amma bu dəfə üç misranı qəlbində, “bir igid bir eli qurtarar” misrasını isə ucadan dedi. Sonra da bu nalı yalnız Lahıcdakı Ata kişinin düzəltdiyini bildirdi. Onun nalları da möhkəm olur, mıxları da. Ona görə də onun yanına daha çox seçilmiş adamlar gəlir. Seçilmişlər pullular deyil ha, bala, doğrudan da seçilmiş hesab edil-məsə, Ata kişi onun atına bu naldan vurmaz. Onun yanı-na get, bəlkə, sənə kömək etdi. Nalyığan maşınını işə sal-maq istəyəndə nalbənd qoymadı. Dedi ki, Lahıcın yolu çox pisdir, həm də maşın yolu uzun olar. Əgər at minə bi-lirsənsə, mən öz Qarabağ atımı verim, onunla get. Nalyı-ğan nalbəndin bu mərdanə hərəkətinin səbəbini tam anla-masa da, el-obasında belə qeyrətli kişilərin hələ də qalma-sına sevindi. Dünyanın şər xislətli insanların əlində ol-masına baxmayaraq, yaxşı adamlar hələ də vardı. Ağsaq-qal, sözünün, əməlinin yerini bilən kişilər haqqında xal-qın işlətdiyi “Köhnə kişilərdəndir” ifadəsi, elə bil, Dəmir-çi-oğlunun boyuna biçilmişdi. Tanımadığı bir adama öz atını təklif etmək, özü də az tapılan cinsdən olan Qarabağ atını vermək hər kişinin işi deyildi.

      Bu düşüncələrdən onu ayıran nalbəndin bir qəşəng atı gətirməsi oldu: – Oğul, Qarabağ atları dağlıq ərazilər-də daha mükəmməl olurlar. Bu atların çaparaq yerişi var. Yorğa və çevik olurlar.

      Nalyığan atı gördükdə türk ruhu sanki cövlan etdi, hündür, çevik, addımları səlis, bədən quruluşu möhkəm olan bu atın belində yalmanına yata-yata Orta Asiyanın yovşanlı çöllərindən, Cıdır düzünə, Cıdır düzündən Ana-dolu çöllərinə qədər çapmaq, sonra da Krıma çapıb Avro-paya tərəf şahə qalxaraq qarşısındakıların qorxudan bə-rəlmiş gözlərini görmək arzusu ürəyindən keçdi. Atın yaxşı inkişaf etmiş alın və burun sümükləri, qabarıq göz-ləri, gödək və hündür duruşlu sürahi boynu nalyığanı sehrləmişdi. Qarabağ cinsli atlara xarakterik olan orta bo-ya, yorğa duruşa, balaca başa, düz belə, enli döşə və göv-dəyə, quru ayaqlara məxsus olan bu atın sarı-qızılı rəngi göz qamaşdırırdı. Çox qeyri-adi bir rəng idi… Deyilənə görə, kürən, qızılı kəhər, qızılı-qonur rəngli atlar bu rən-gin törəməsi idi. Nalyığan özünü nağıllar aləmində hiss etdi… Uca dağların, sərin bulaqların, geniş səmanın altın-da və bu atın qarşısında ovsunlanmışdı. Özünü saxlaya bilmədi, öz atı ilə haqlı olaraq qürur duyan Dəmirçioğlu-na tərəf getdi. Qeyri-iradi olaraq yumşaq, parıltılı, ipək ki-mi nazik dərisinə əlini sürtdü. Atın dərisi əlinin altında günəş şüası kimi sürüşdü.

      – Oğul, bu at Qarabağ atlarının qədim nəsli olan “Əl-yetməz” – “Ceyran” ayğırlarındandır.

      Nalyığan Dəmirçioğluna qulaq asmırdı, elə bil, ac-gözlüklə tünd-şabalıdı rəngdə olan yalını və quyruğunun tüklərinin ucunu süzürdü.

      – Adı “Şah”dır. Mənim əlimdən yüyəni alsan, ta ki, mənə təqdim edənəcən at sənin ən sadiq dostundur. Lahı-ca gedən kimi nalbənd Ata kişini soruş, hamı tanıyır, yeri-ni deyərlər, – dedi. Uzun danışmağı sevməyən qoca nal-bənd gözləri ilə onu yola saldı, əlləri ilə çörək ağacını gö-türdü, dili ilə də “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar” şeirini yeni, özünəməxsus tərzdə mahnı kimi zümzümə etdi.

* * *

      Nalyığan Lahıca çatan kimi, Ata kişini soruşub onun yanına getdi. Salam verdi. Nalı göstərib ona bu naldan la-zım olduğunu dedikdə Ata kişi nalı ondan aldı və ikiqat əyilərək balaca taxta qapıdan içəri keçdi. Ata kişi o qədər cüssəli kişi idi ki, sanki nalları kimi o da seçilmişlərdən idi. Bir azdan həmin balaca qapıdan iki ortayaşlı kişi çıxdı və nalyığanı içəri dəvət etdi. Zil qaranlıq olan bu otaqdan başqa bir otağa apardılar. Nalyığan içəri keçən kimi qapı bağlandı və tamamilə qaranlıq oldu. Bir-iki dəfə “Ata ki-şi” – deyə səsləsə də, cavab gəlmədi.

      Sakitcə nə baş verəcəyini gözləyən nalyığan geriyə çəkilib arxasını söykəyəcək bir divar tapdı və orada da-yandı. Nalbəndin onu tanıdığını və tələyə saldığını dü-şündü. Hətta ona tapşırılan bu işi tam olaraq yerinə yetirə bilmədiyi üçün özünü qınadı. Bu dəm Ata kişinin qalın və amiranə səsi eşidildi: – Sakitcə axşamı gözlə, hər şey ax-şam aydın olacaq, bir də əmin ol ki, bir at bir igidi qurta-rar, – deyib boylandığı kiçik bacanı bağladı.

      Nalyığan sakitcə oturdu və gözlədi. Birdən göz-gözü görməyən bu qaranlıq otağın düz ortasında səs eşidildi, ardınca alovlanan məşəlin dilimləri rəqs etməyə başladı. Əlində məşəl tutmuş bir nəfər gəlib onu çıxdığı pilləkənlə aşağıya dəvət etdi. Əvvəlcə Nalyığan cəld bu əli məşəlli adamı zərərsizləşdirməyi düşünsə də, harda olduğunu, hara aparıldığını aydınlaşdırmaq istəyirdi.

      Onu digər bir otağa saldı və qapını bağladı. Otağın ortasında bir od yanırdı. Qədim məbədləri xatırladan bu atəşgahın işıqlanmış divarları ona rahatlıq verdi, sanki ru-hunun dincəldiyini hiss etdi. Otağın ortası gümbəz for-masında idi, kənarlarında isə yaxşı görünməsə də, uldu-zun bir guşəsini xatırladan kiçik eyvanı sezmək olurdu. Nalyığan alovlanan məşələ doğru getdi. Onun qarşısında durub alovun ətrafına dolanaraq otağı seyr etdi.

      Bu dəm həmin eyvanlardan biri açıldı və əlində mə-şəl olan üzü örtülü bir nəfər içəri girdi. Əlindəki məşəli qarşısında yerə taxıb, odla üz-üzə oturdu. Onun geyimi-nin rəngini tam aydın etmək mümkün deyildi. Alovun işığı elə düşürdü ki, bu rəng qırmızıya da çalırdı, sarıya da. Amma hər iki rəngdən ibarət olan qızılı rəngə daha çox yaxın idi.

      Ağır qapı yenə açıldı. Bu qapı guşənin bir tərəfinə düşürdü. Qapıdan içəri bir nəfər də girdi. Əlindəki məşəl onun simasını işıqlandırdı, amma niqabla örtülmüş üzü görünmürdü. Və o da eyni ağır hərəkətləri təkrarlayaraq əvvəlki məşəlli adamla üz-üzə oturdu. Bu cür məkanları və hadisələri filmlərdə görən Nalyığan təəccübünü gizlə-də bilmir, baş verənləri anlamaq istəyirdi. Üçüncü bir nə-fər də gəldi. O da əlində məşəl tutmuşdu. Və onun sahib olduğu guşə ikinci ilə hardasa yan-yana