Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде

Читать онлайн.
Название Azərbaycan şairi Nizami
Автор произведения Мамед Эмин Расулзаде
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8452-1-4



Скачать книгу

qazanmışdır. Farsca qəsidənin ən namlı müməssili Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və başqaları kimi, İran klassikləri də, ya Səlcuqluların, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami, Teymurlulardan Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məhfilinə (məclisinə) mənsub olmuşdur.

      Səlcuqlularda və arxalarından gələn Atabəyliklərdə olduğu kimi, Çingizlilərdə, Xarəzmşahlılarda, Teymurlularda dəxi, farsca idarə, elm və ədəbiyyat dili olmuş, türk xaqan və sultanları fars ədəbiyyatının hamisi kəsilmişlər, sadə, hamiliklə qalmamış içlərindən bir çoxları bizzat (şəxsən) farsca şeirlər belə yazmışlar.43

      Ədəbiyyatdan başqa nəqqaşlıq sahəsində dəxi, İrana millətlərarası şöhrətini təmin edənlər türk sülalələridir. İran miniatürçülüyünün ən parlaq dövrü Teymurlularla Şeybanlılar zamanına rastlar. İran adına bağlanan bu sənət bilxassə, Mavəraünnəhr ilə Xorasanda gəlişmişdir. Miniatürçülüyün ən məşhur ustadı Kəmaləddin Behzad Hüseyn Bayqaranın sarayında yetişmişdir.

      Səfəvilər dövründə İsfahanın məşhur binalarını süsləyən parlaq sənət Teymurlular dövründəki nəqqaşlığın bir davamı olmuşdur.44

      Təbrizdəki Göy məscidin təzyinatındakı (bəzəyindəki) üslub, rəng və ahəng etibarı ilə Teymur dövrü memarlığının Səmərqənddəki üslubunun eynidir.45

      Bağdad xəlifələrini dini birər simvol halına gətirərək siyasi iqtidarı öz əllərinə alan türk sultanlarının idarədə ərəbcədən başqa bir dil qullandırmaları anlaşıla bilir bir olaydır, fəqət, bu dil nədən türkcə deyil də farsca olur? Çünki Asiya çöllərinin dərinliklərindən axıb gələn və Yaxın Doğuda səltənətlər quran türklər köçəri idilər (Yağıların illər boyu qəlibləyib beyinlərə yeritdikləri bu düşüncə düzgün deyildir. Köçəri olmayan avropalılar niyə əsərdə deyildiyi kimi, latın, sonra fransız, indi də ingilis dilində yazıb-yaratmışlar? XX yüzildə Azərbaycanda, eləcə də bütün Türküstanda aparılan elmi araşdırmalar, türklərin həm də iri şəhərlər, kəndlər tikib oturaq həyat sürdüklərini, böyük mədəniyyətlər yaratdıqlarını aydınlatmışdır. Bugünkü dünyanın formalaşmasında bəlkə də ən çox payı olan böyük türk millətini Orta çağda Anadoluya gəlmiş Səlcuq tayfası ilə eyniləşdirmək baxışı yağıların son 200 ildə formalaşdırdığı gerçək tarixdən uzaq, elmsiz, siyasi saxtakarlıqdır. Bilim araşdırmaları türklərin Anadoluda da miladdan bir neçə min il qabaq yaşadıqlarını deyir. Türk xaqanının saray qulluqçularından olan Səlcuqun qohum-əqrəbası da Azərbaycana, Anadoluya qan, dil və din qohumlarının yanına gəliblər. İqtisadi-siyasi həyat tərzi – uklad olan köçərilik bir şeydir, türk ellərinin təbii- coğrafi amillərin insanların həyatına etkisini ən aza endirmək için yaşadığı «Aran-Yaylaq» ictimai-iqtisadi ukladı başqa. Kitabın yazıldığı çağda düzgün elmi araşdırmalar az olduğundan Məhəmməd Əmin bəy də bu yanlışı demişdir). Köçərilərin qonduqları məmləkətlərdə yerli mədəniyyətlərə uymaları isə olağan bir şeydir. Necə ki, eyni olay Çində hakimiyyət sürmüş türk sülalələrinin tarixində də görülmüşdür.

      Eyni olay Bəni Üməyyə (Əməvilər) zamanında Şamda, onlardan sonra xilafət mərkəzini əski İran mədəniyyətinin ocağı olan bir sahədəki Bağdada köçürən Bəni Abbasilər zamanında, İraqda, ərəblər üzərində də təsirini yapmışdır: islam cəmiyyət və idarəsi çöllülükdən çıxaraq şəhərləşdiyi nisbətində, əski mədəniyyətlə ilgili ünsürlərlə yunanlı və iranlı müəssisələrin təsiri altında qalaraq gəlişmişdir.

      Min ildən bəri islam Doğusundakı siyasi hakimiyyət ümumiyyətlə türklərə aid olmaqla bərabər, bu hakimiyyətdəki istiqrar Türküstan çöllərindən ara-sıra gələn axınlar üzündən zaman-zaman çox mühüm sarsıntılara uğramış, məmləkət rəqib qüvvət və sülalələrin mücadiləsinə səhnə olmuşdur.

      Biri o birinin yerinə keçərək buralarda hökumətlər quran türk sülalələri ümumiyyətlə köçəri əşirət rəisləri tərəfindən təsis olunurdu. Ərəblərdən əvvəl qoca İran imperatorluğunun hökm sürmüş olduğu bu yerlərdə isə şəhər həyatı İranın əski mədəni gələnəklərinin etkisini daşıyırdı. Bu gələnəyə qonan köçəri hökmdarlar istər-istəməz şəhərliləri və mədəniləşmiş digər ünsürləri idarə etmək üzrə, yerli münəvvərlərin bilgi və təcrübələrinə möhtacdılar. Bu yerli seçkinlər [elita] isə feodal [dehqan] şatolarında qorunan fars dili və kültürü ilə təmasda idilər.

      İdari və siyasi mülahizələrlə yerli mirzələrə dayanan türk hökmdarları Abbasilərdə olduğu kimi, sadə, yerli mədəniyyətin ictimai və daha çox siyasi müəssisələrinin təsirinə düşməklə qalmırlar, eyni zamanda bunlar özlərinə ərəbcədən daha qolay gələn farscanı da tuturlar, buna rəsmi və ədəbi həyatda önəmli bir payə (yer, rütbə) verirlərdi. Bilxassə, bu türklər islamiyyəti və islam kültürünü daha ziyadə Xorasandakı müsəlmanlaşmış fars ünsürünün və Mavəraünnəhrdə yerləşmiş İran mədəniyyətinin etkisi və klavuzluğu ilə qəbul etmiş bulunurdular.46

      Bağdad xəlifəsinin siyasi iqtidarı öz əlində tutduğu dövrlərdə İran təsiri farscanı dinin və Quranın dili olan ərəbcənin yerinə keçirdəcək qədər irəliləmək imkanını bulmamışdı. Siyasətcə ərəb mərkəziyyətçiliyilə mücadilə və rəqabət halında bulunan türk sultanları isə çox təbii olaraq güvəndikləri yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli «Əcəm» adətlərilə bərabər qullandıqları ədəbi dili [farscanı] dəxi, həm özləri qəbul edir, həm də onun yayılmasında amil olurlar.

      Bu surətlə, türk hakimiyyəti altında yeni farsca doğulur, fars kültür və ədəbiyyatı canlanır, türk sarayları da yeni doğulan bu «cocuğun» dadılığını (uşağabaxan) yapırlar.

      Yüzillər keçdikdən, türk köçəriləri yerləşdikdən və əsgəri ocaq həyatından çıxaraq şəhərliləşdikdən sonradır ki, türk çadırı ilə obalarında yaşayan milli kültür kimi, türk dilinin dəxi, saraylarla divanlarda yaşadılması düşünülür.

      İslamiyyətin amansız bir düşməni kimi saldıran moğollar ilk dövrlərində ərəbcə ilə bərabər farscanı dəxi, mən edərək (yasaqlayaraq) onun yerinə moğolca ilə uyğur türkcəsini qoyurlar. İlxanlılardan Qazan xanın dövründə moğollar islamiyyəti qəbul edincə, hər nə qədər farsca təkrar əhliyət haqqı qazanırsa da onunla bərabər türkcə dəxi, irəliləyir və durumunu sağlamlaşdırır.

      Teymur fütuhatından sonra və Teymurluların təşəbbüsü ilə saraylar türkləşməyə başlayır. Nəticədə türk münəvvərlərilə idarə edən sinifdə farsların klassik ədəbiyyatına bənzər klassik türk ədəbiyyatını özləyən bir ehtiyac doğur.

      Üsarəsini (şirəsini) kökləri türk xalqları içində yaşayan milli müəssisələrdən alan ictimai digər amillərlə də qüvvətlənən bu ehtiyacın getdikcə əhəmiyyət bulan təkamülü nəticəsində nəhayət doğuda, Hüseyn Bayqaranın sarayı ilə vəziri Əlişir Nəvainin məclislərində, batıda da Azərbaycanda hökm sürən Ağqoyunlu



<p>43</p>

Farsca yazmış türk şairlərdən bəzilərinin adları bu yazımızda keçmişdir. Farsca şeir yazan türk hökmdarlarının dəxi, tarixdə önəmli müməssilləri vardır. İsimlərilə ləqəblərində belə əski İran gələnəyini təqlid edən Səlcuq hökmdarları arasında böylələri çoxdur. Osmanlı sultanlarından dəxi, farsca şeir yazanlar olmuşdur. Yavuz Sultan Səlimin məsələn, farsca yazılı qoca bir «Divan»ı vardır. Bu «Divan» 1904-cü ildə Kayzer II Vilhelmin buyuruğu ilə professor Paul Hom tərəfindən Berlində «Dövlət Basım Evi»ndə parlaq surətdə basdınlaraq Sultan Əbdülhəmidə hədiyyə edilmişdir.

Ziya Paşa mərhum, məruf «Xərabat»ında Yavuzun farsca şairliyini bu beytlərlə anladır:

 Etmiş o şahənşah-i müzəffər, Mülk-i süxəni dəxi müsəxxər. Əksər sözü farisidir anın, Məqbul-ü müsəlləmi cahanın. Yox, Rum aranır isə sərasər, Ol şivədə farisi demiş ər.Olmaqla şəh-i cəhan-i məna Divanı durur cahanda hala.
<p>44</p>

Rene Grousset. «Les civilisations de L’orient», s. 325.

<p>45</p>

Rene Grousset. «Les civilisations de L’orient», s. 288.

<p>46</p>

Z.V.Toqan. «İslam ensiklopediyası». «Azərbaycan» maddəsi və M.F.Köprülü. «Türk ədəbiyyatında ilk mütəsəvviflər». İstanbul, 1919, s.25.