Ana ürəyi. Seymur Baycan

Читать онлайн.
Название Ana ürəyi
Автор произведения Seymur Baycan
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8067-3-0



Скачать книгу

təhqir etməkdə idi. Mən bütünlüklə özümü xəyal dünyama həsr etmək istəyirdim. Mən yalnız gələcəyin rəsmini çəkdikdə rahatlıq tapa bilirdim. İzdihamlı şəhərin tən ortasında, saysız-hesabsız tələbələrin arasında düçar olduğum tənhalığın ən şiddətli, ürəksıxan anlarında yalnız gələcəyin rəsmini çəkməklə bir az nəfəs ala bilirdim. Mən tez sakit bir yer axtarıb tapır, gözlərimi yumub öz xəyal dünyama girirdim. Sakit yer tapmadıqda isə elə adamların arasındaca gələcəyin rəsmini çəkirdim. Məni real dünyaya qayıtmağa məcbur edən təbii ehtiyaclarım idi. Nə etməli, mən mələk deyildim, insan idim. Təəssüf ki, mən yemək yeməli, su içməli idim. Təbii ehtiyaclarım məni insanlarla ünsiyyətə girmək məcburiyyəti qarşısında qoyurdu. Tualetə getdikdə isə özümü dərindən təhqir olunmuş hesab edirdim. Tualetə nifrət edirdim. Çünki ayaqyolu mənə mələk deyil, insan olduğumu gündə bir neçə dəfə birbaşa sübut edirdi. Mən öz təbii ehtiyacımı ödəyərkən başımı dik tutmağa, qasıq hissəmə baxmamağa çalışırdım. Cinsi orqanımı görmək istəmirdim. Cinsi orqanımı görmək xəyal dünyama rahatlıqla girməyə mane olurdu. Mən hətta çiməndə də bədənimin biədəb yerlərini görməməyin yolunu tapmışdım. Alt paltarımı əynimdən çıxarmırdım. Düzünü bilmək istəsəniz, mən mələk olmaq istəyirdim. “Dovşan” uşaq malları mağazasından özümə ağ, yumşaq mələk qanadları almışdım. Evdə tək olduqda mən bu qanadları geyinir və kitab oxuyurdum. Əsərlərdə oxuduqlarıma oxşayan şəxslərə heç bir yerdə rast gəlmədikdə, bir an olsun belə şübhə etmirdim ki, onlara hardasa, nə vaxtsa mütləq rast gələcəm. Vasvası bir adam təbabət haqqında kitab oxuyub mümkün olan bütün xəstəliklərin əlamətlərini özündə tapdığı kimi, mən də hər bir romanda təsvir olunan bütün müsbət xarakterlərin, qəhrəmanların mənə oxşadıqlarını düşünürdüm. Oxuduğum əsərlərin təsiri ilə mən özümü insanlara azadlıq bəxş edən sərkərdə, yetimləri, dulları, bakirə qızları, kasıbları zalımlardan qoruyan cəngavər, gözəl mənzərələr çəkən yaraşıqlı bir rəssam kimi təsəvvür edirdim. Belimdə yumşaq, ağ mələk qanadları kitab oxuyarkən mən özümü tamam unudur, bütünlüklə özümü əsərdə cərəyan edən hadisələrin içində hiss edirdim. Bu zaman mən sevimli qəhrəmanlarıma görə bərk həyəcan keçirir, ürəyim döyünür, tərləyirdim. Əsərin içinə girib sevimli qəhrəmanlarımı, əsərdəki müsbət insanları onları gözləyən bəlalardan, təhlükələrdən xəbərdar etmək istəyirdim. Ağ, yumşaq qanadlarımla kasıb, kədərli otağımdan ən ağlasığmaz yerlərə uçurdum. Orta əsrlərə qayıdıb gözəl saraylarda, ətirli bağlarda gəzirdim, yelkənli gəmilərdə üzürdüm, cəngavər yarışlarında iştirak edirdim. Mən daha çox cəngavərlərdən bəhs edən əsərləri, bir də nağılları sevirdim. Andersenin, Qrimm qardaşlarının nağıllarını o qədər oxumuşdum ki, hamısını əzbərləmişdim. Nağıllardakı dünya mənim xəyal dünyama çox bənzəyirdi. Mən nağıllardakı itləri, atları, ördəkləri, pişikləri özümə dost elan etmişdim. Onlar mənim üçün ən yaxın, ən doğma canlılar idilər. Yenə də deyirəm: nağıllar dünyasından ayrılıb real dünyaya qayıtmaq mənim üçün dəhşətli dərəcədə əzablı idi. Təhqir olunmaqdan daima qorxduğum üçün mən adamlarla əlaqə saxlamağı yadırğamışdım. Yaşıdlarımın təşkil etdikləri şənliklərdə, universitet tədbirlərində, bayramlarda heç cür iştirak edə bilmirdim. Bir neçə dəfə cəhd etdim. Alınmadı. Hamı üçün xoş bir gündə,hər kəsin sevindiyi, şənləndiyi anlarda öz varlığımın əhəmiyyətsizliyini xüsusən kəskin hiss edirdim. Bu böyük faciədir. Hami şənlənir, söhbət edir, sən isə heç kimə qoşula bilmirsən. Mən səs-küydən, bayramlardan, şənliklərdən qorxaraq evə qaçırdım. Otağıma girərək qanadlarımı belimə taxıb sevimli nağıllarımı oxumağa başlayırdım. Ünsiyyətə girə bilmədiyim, qorxduğum adamlardan uzaqlaşaraq nağıllar dünyasında rahatlıq tapırdım. Nağıllar dünyasındakı dostlarımla söhbət edirdim.

      –Siz çox gözəl danışırsınız. Elə bil kitab oxuyursunuz. Belə bəlağətli danışmayın. Qayıdaq geriyə. Siz universitetin kitabxanasında tanış oldunuz…

      –Bəli, mən kitabxanadan çıxanda, o, qapıdan içəri girirdi. İkimiz də tələsirdik, möhkəm toqquşduq. Qucaqlarımızdakı kitablar yerə töküldü. İkimiz də eyni vaxtda aşağı əyildik. Onun uzun, hamar, ipək kimi yumşaq…

      –Aydındır. Sonra nə baş verdi?

      –Sonra baş verənlər sanki yuxu idi. Kim öz yuxusunu başqasına danışa bilib? Hadisələri danışa bilərsən, hissləri, duyğuları isə ifadə etmək mümkünsüzdür. Sevginin elə qiyməti bundadır ki, hər kəsi- qatili də, diktatoru da, qəhrəmanı da, mənim kimi qorxaq, yaraşıqsız, çəkingən adamı da mükafatlandırır. Sevgi bir çiçəyə bənzəyir. Bu çiçək zibilxanada da, xaraba qalmış binanın damında da, gölməçə kənarında da bitə bilər. Mən onu çoxdan gözləyirdim. Taleyimin məni mükafatlandıracağına, bu dünyada məni sevən bir qadınla qarşılaşacağıma əmin idim. Yerə tökülən kitabların arasında “Gənc Verterin iztirabları” əsərini görməyim, onun uzun, hamar, ipək kimi yumşaq saçından bir neçə tükün mənim köynəyimin düyməsinə dolaşması əminliyimi artırdı. Biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss edirik. Tənha adamlar da belədir. Başqalarının tənhalığını hiss edirlər. Mən onun sifətinə baxdım. Bəli, o da mənim kimi tənha və romantik idi. Tale bizi görüşümüzdən əvvəl, hər birimizi ayrı-ayrılıqda kifayət qədər incitmişdi. İndi isə mükafat olaraq bizi görüşdürmüşdü. Özü də necə, xəyal dünyamıza uyğun olaraq. Kitabxanada, romantik bir abu-havada. Mən bizim toqquşmağımızı, kitabların yerə tökülməsini taleyin əmri hesab etdim. Ayağa qalxdıqda heç vaxt edə bilməyəcəyim bir hərəkət etdim. Mən özümü unudaraq onun tənhalıq, romantiklik yağan çöhrəsinə baxaraq dedim: “Bu sizsiniz, mən sizi çoxdan gözləyirdim”. Bu sözləri necə dediyimi hələ də anlaya bilmirəm. Bu sözləri demək mənim iradəm xaricində idi. Bu sözləri bir qızın çöhrəsinə baxaraq demək, mənim həyatda atdığım ən cəsarətli addım idi. Bəzən mən öz-özümə düşünürəm, doğurdanmı mən o sözləri söyləmişəm? Bəlkə heç belə bir şey olmayıb. Özümü dərindən tanıyan birisi kimi bəyan edim ki, elə bir sözü söyləməyim mümkünsüzdür. Amma doğrudan da, mən “Bu sizsiniz, mən sizi çoxdan gözləyirdim” sözlərini demişəm. Bunu sonralar o, dəfələrlə təsdiq edib. Biz ayaq üstə dayanmışdıq. Onun nəfəsi mənim sifətimi oxşayırdı. Nə fiziki, nə də ruhi olaraq, heç vaxt, heç bir qadını bu qədər yaxından və dərindən hiss etməmişdim. Nə isə baş verməli idi. Bütün bu olanlardan sonra biz səssiz-səmirsiz ayrıla bilməzdik. O, gözlərini yerə dikmişdi. Sonra mənə baxmaq istədisə də, bacarmadı. Üzünü yana çevirdi və titrək səslə dedi: “Mən də sizi gözləyirdim”.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой