Kainatin mələkləri. Эйнар Гудмундссон

Читать онлайн.
Название Kainatin mələkləri
Автор произведения Эйнар Гудмундссон
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

Co və Siqqini bir müddət görmədim. Onların zirzəmidəki evlərində maraqlı bir sükut hökm sürürdü. Siqqi çölə çıxarkən qaranlıqlar arasında itib yaxtaya doğru gedir, səssizcə otururdu. Onun məktəbi bitirəcək zamanı da gələcəkdi. Vaxt gələcək o, trol gəmisində dənizə açılacaq, balıq ovlayacaq, yeddi dənişi aşacaqdı. İndi onun bu arzusu yuxu deyil, zərurət idi. Lakin Siqqi yaxtasının olmasını arzulayırdı. O sürüşmə zonasına yıxılaraq uzandı.

      Bəs yaxta kimə məxsus idi? Çox sonra Siqqi bunu öyrənməyə çalışdı. Lakin söyləmək, iş görməkdən asandır. Nəhayət araşdırmalarından sonra məlum oldu ki, bu şəhərdə varlı bir ailəyə məxsusdur. Siqqinin yaxtanın aid olduğu ailədən biri ilə əlaqə saxlamaq üçün cəsarətini toplaması uzun müddət keçdi.

      O, ovcunun içini nəfəsi ilə isidərək öncə ofisin qapısında, daha sonra qarajı Bryggjusundun zirzəmisindən də böyük olan malikanənin pillələrində öskürməyə başladı.

      Siqqi yaxtanın satışa qoyulub-qoyulmadığını soruşduqda, yaşlı mühasib qeydiyyatda axtarış apararkən sahibi onun varlığından belə xəbərdar deyildi.

      Siqqinin təklifi nəzərə alındı, lakin ailə yekdil qərara gəldi ki, onlara məxsus olan yaxta satılmayacaq. Və yaxta yavaş-yavaş parçalanaraq dağılmağa başladı.

      ÜÇÜNCÜ HİSSƏ

      1

      Saat ikini vurdu. İndiyə qədər də niyə ayaqda durmağı bacarmadığımı anlamıram. Həyat adlı sürüşkən yolda niyə bəzi insanlar onu əsas yol kimi gedir, digərləri isə qaranlığın sonsuz zolaqlarında dolaşıb qalırlar.

      – Həyat sadəcə yeriyən bir kölgədir, – Maqbet deyir, – pis oyunçudur.

      Gəzir və səhnədə olduğu saatı tamaçaşılar üçün həyəcanlandırır.

      Və daha sonra ətrafı eşitmirsiniz.

      Bir axmaq qəzəb dolu bir səslə deyir – Bu bir nağıldır. Heç bir şey ifadə etmir.

* * *

      Sən ağıl xəstəsinə xidmət edə bilməzsənmi?

      Dərin kədəri yaddaşdan qoparmaq üçün?…

      İndiyə kimi Maqbetdən sitat gətirirəm. Çünki ağlımı itirəndən sonra mən gizləndiyim yerdən sürünüb çıxaraq evimizin səkisi ilə ayaqyalın qaçdığım zaman bu sualı öz-özümə tez-tez vermirdim.

      Sübh səhər idi. Dabanlarım rütubətli səkiyə toxundu. Küçə soyuq və qaranlıq idi. Yağışdan islanmış asfaltda avtomobillərin faraları parıldayırdı. Şəhərin ağaran işıqları okeanda əks olunurdu. Blesuqrof yaxınlığındakı çayın sahili boyunca şəhərətrafı ərazilərdən keçmək və işıqlar istiqamətində qaçaraq okeanın işığında qaranlığın burulğanında başıüstə qərq olmaq istəyirdim. Daşların arasına qar oturmuşdu. Çay qabarırdı.

      Bir azdan gözlərimi açanda həbsxana kamerasında idim. Əvvəlcə evdə olduğumu düşündüm. Ora necə gəldiyimi xatırlaya bilmədim. Sonra açıq yaşıl divarlar gördüm. Daş oturacaqda parça ilə örtülmüş zolaqlı döşək, üzərində “Reykyavik polis idarəsi” sözləri yazılmış plastik və yun yorğan vardı.

      Qapı dəmirdən idi, kimsə üzərinə svastika çəkmişdi; qapının üzərində kiçik gözlük də vardı, burada hər dəfə üzləri susqun, gözləri yuxuda gəzən ölülərə bənzər mühafizəçilər peyda olurdu.

      İçində olduğum polis maşını Klepp yolu ilə şütüyərək psixiatriya xəstəxanasına çatana qədər mən nə baş verdiyini anlamırdım. Bura arxadakı bütün körpüləri yandırmadan kimsənin gəlmədiyi yer idi.

      Ayağa qalxmaq istədim, amma özümü qandallı gördüm. Tezliklə qarşımda xəstəxananın qapıları göründü. İçəridən heç vaxt görmədiyim, ancaq çöldən düşündüyüm xəstəxana.

      2

      Məsələn, bir dəfə xatırlayıram.

      İyunun 17-də Milli bayram idi. Mən və qardaşlarım, Co və Siqqi, Daniel və Skulli birlikdə çimərliyə getdik. Bu o zaman idi ki, düzəltdiyimiz sal sonradan başımıza bəla açdı. Biz dalğaların coşaraq özündən sonra qum və köpük qoyduğu sahilboyu gəzirdik. Siqqi atasına məxsus ov tüfəngini də gətirmişdi. Qardaşları deməyənə qədər bizim bundan xəbərimiz yox idi. Onlar bu tüfənglə əvvəllər evlərinin arxasındakı bağda, daha sonra sahildə və çəmənlikdə məşq edirdilər.

      Biz çimərlikdə dolaşarkən Siqqi xəyalındakı içində mesaj olan şüşəni vurmağa cəhd etdi. Güllələr yalnız dalğaların arasından keçirdi. Lakin onlardan biri balıqçı Olinin yaşadığı daxmaya dəydi.

      Balıqçı sanki çarpayısı yanırmış kimi dəlicəsinə çölə çıxdı. Və biz dalğalı sahil boyunca qaçmağa başladıq.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Boyksaut – Gəncləri həyatda özünü yetişdirmək, yaşam uğrunda xarakter və fiziki inkişafını dəstəkləmək məqsədi daşıyan beynəlxalq hərəkatdır.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQEBAQEBAQECAQEBAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgL/wgARCAkEBdwDAREAAhEBAxEB/8QAHgAAAgMBAAMBAQAAAAAAAAAAAAMBAgQFBgcICQr/xAAcAQADAQEBAQEBAAAAAAAAAAAAAQIDBAUGBwj/2gAMAwEAAhADEAAAAfwy+v8AD4OXbYnbfPUrPGrCETqS1ctK49KZVXKgYIlgAFAwQSAAAAAAAAAAAAAAAAAAAAAAAADBhIAAAAAAAAAABFAEiAAlqaIRNK1pzzaTv6M+12c1R7jLoPLzSF1dct6fVLcDA4uMJc98rO1lpLowN3RKnuydqXkBA7MhHIYoVgllQzJaNqdLxi5EzkM1SvGbOZV8ut0p9Mz7TjoRHSla5Ko5Nzlp0KoNTfKd5qLgl1mGvFxBDBqCim95LKzGtXpqmNFYKHDSy2CAoEpy5yvdyjQo1ELKzp5XprrNsTkNIs2EQNKqFGpRUvnV0apnsTyobwl+cQdWX4dahYd6a6k3hWXm2WrSvBto4ui87ivH3p4JevnmePdceAd/V63z78+O+3flThorPW1zMqsunLaOLUAliBAAAAAAAAAAAAAAAAAAAAAAAAwYASAAAADBggQAAUDAABq1TLU0ijVtl5DPH0qyzbZ6LljNwnONtRNrpD7bb3SGIDQLqJ98NiObLGn0+Py4YxY7M7Ki5VLpF6UMDsTWqTGLFZZNqOXZlqWKlsB6W+eh856h8e65jfNmcQQ3DNMrUo3Oc49STUgearkAVCs7eDXXA6gmZFpKzeab1vJrRQmqoVcT1KWQPOaOnNKtdOzezPFVWmrzGtku6+etPnO1TTTNJeN9G7Pl6s4LvXnaaLiuhHMmr5R27p5+uuVlVgd97PPtQuXppzA9k4HQH622W9T7Jw18L0z5JHnEaevt78ct+zMp80ivWG2fAcW6OnwXDu53ndhJYmWQEZuaKZVTCyQAAAAAAAAAAAAAAAAAAAAAAAAoAGAAEggAAAsAEpsnRWqH6ZtqNu2evTPZefZ159JGoNTXkUm7PEEJvHnF2b159GBygKtVHtTgXcmpDmpQLKJyFNbpomeVSw1WFzrKqJqe1neVOBEzgHZtBO4rMzx6oaO8u7M6MbWlGe75lGpLNEYHWGmBZLQHTlWJ2KVqk0ay2qcZNxdBXh0viMyhlZmTrLYpc0VTG7CzogHCAW6wGiVTBWJoaZ3pqWfUnmhLnPVlvRagrnRtM56ZjTpOKtePn273zdZcmA2hDFPRWSL0yuu