Название | Kopenhagen trilogiyası |
---|---|
Автор произведения | Тове Дитлевсен |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Stauninq səhnəyə qalxdığında ürəyim sürətlə döyünməyə başlayır və əminəm ki, eyni hal atamla da baş verir. Stauninq adətən necə danışırsa, indi də elə danışırdı və ən yaxşı halda mən onun danışdıqlarının yarısını başa düşürdüm. Amma mən onun ürəyimə sərinlik səpən sakit, qaranlıq səsindən həzz alırdım. Onun səsi məni əmin edirdi ki, stauninq var olduğu sürədə heç bir pis şey baş verə bilməz bizimlə. O, səkkiz saatlıq iş saatlarının təqdim edilməsi ilə bağlı danışırdı. Hərçənd bu uzun müddət öncə baş verib. O, heç bir iş yerində dözməli olmadığımız həmkarlar ittifaqları, cinayətkar dairələr haqqında. Mən tez özümə, Allaha və Stauninqə söz verirəm ki, onun haqqında danışdığı cinayətkar ünsürlərdən olmayacam. O, yalnız partiyanı dağıdan, parçalayan komunistlər haqqında danışdığında səsi şimşək kimi çaxır, amma tez də sakitləşir və sakit, incə tonla işsizliyin- bu məsələdə onu təkcə anam günahlandırmır- izahına başlayır. Amma o deyir ki, bu bəlaya səbəb sadəcə ümumdünya fəlakətidir və mənə görə bu izah xoş və inandırıcıdır. Hər kəsin yıxıldığı, kölgələrini çəkdiyi, işıqları söndürdüyü dərin matəm içində olan bir dünya təsəvvür edirəm. Eyni zamanda bir ulduz da olmayan boz, təsəlliedilməz səmadan yağış sırhaşırla yağır. İndi isə, Stauninq nəhayət ki deyir, mən istərdim bizim möhtəşəm işimizə dəstək verən zəhmetkeş, yorulmaz sənaye işçilərimizə mükafatlar təqdim edim. Mükafatçılar sırasında atamın da olmasına görə qızarıram və onun oturduğu yerə çəpəki bir nəzər salıram. Əsəbi şəkildə bığlarını çeynəyib sanki onun sevincini bölüşdüyümü bilirmiş kimi mənə sarı baxır. İş yeri məsələsi ilə bağlı dava hələ də onunla Edvin arasında soyuqluq yaratmaqdadır. Edvinin elə görkəmi var sanki yuxusu gəlir, bu dəqiqə yatacaq. Sonra Stauninq hər bir adı ucadan və aydın şəkildə çəkir, hər bir kişinin əlini möhkəm sıxıb onlara kitab təqdim edir. Növbə atama çatanda hər şey göz önümdə üzməyə başlayır. Ona verilən kitabın adı “ Şeriyyat və vasitələr” adlanır və Stauninq ilk səhifədə onun adını bir də bir neçə kəlmə yazıb. Evə döndüyümüzdə laiq görüldüyü şərəfə görə hələ də sevinc içində olan atam deyir: Sən böyüyəndə icazə verəcəm oxuyarsan, bilirəm şer xoşla-yansan. Anam və Edvin bizimlə deyil. Onlar daha sonra rəqs partisinə gedəcəklər, bu isə atamı elə də maraqlandırmır və mən sadəcə hələ uşağam. Sonra anam o kitabı rəfin ən hündür gözündə elə bir yerə qoydu ki, şüşə qapı bağlı olduğunda onu görmək mümkün deyildi. “Hər mübarək bazar günü ayağını yorduğun üçün sənə verilən gözəl bir hədiyyə” Anam üz-gözünü turşudaraq dedi. Sonra o, yenə də iş yerindəki pis şəraitdən və az məvacib almaqdan danışmağa başladı. Aman Allahım! Anama heç xoşbəxtliyini də hüzur içində yaşamağa imkan vermirlər.
XII BÖLÜM
Zaman keçdikcə mənim uşaqlığım da bibərə oxşamağa başlayırdı, uzunsovlaşır, yastılaşırdı. Bağlı və yivsiz idi, ehtimal yox idi ki, mən böyüyənə kimi o orada qalacaq. Başqa insanlar da onu görə bilirdi. Aqnete xala hər dəfə bizi ziyarət etdiyində deyərdi: – “Aman Allahım! Sən necə də böyüyürsən!” – “Hə”, – anam cavab verər və yazıqlıq dolu baxışlarla mənə baxardı. – “Bircə bir az kökəlsəydi.” Haqlı idi, kağız oyuncaq kimi yastı idim və bütün paltarlar çiyinlərimdən asılqandan asılan kimi asılırdılar. Mənim uşaqlıq dövrüm 14 yaşım olana kimi davam etməli idi əslində, amma birdən onu daha tez yekunlaşdırsam, onda nə olar? Heç zaman bu önəmli suallardan hansınasa cavab almaq mümkün olmur. Rutun tam, çatlarsız, aramla gedən uşaqlıq dövrünə paxıllıqla baxırdım. Onun uşaqlıq dövrü sanki onu ötüb keçəcək, sanki ondan sonra kiməsə miras qala bilər və ondan sonra da onun uşaqlığından kimsə istifadə edə bilər. Rutun özünün bundan xəbəri yox idi. Oğlanlar küçədə onun üstümə qışqıranda ki, “bacı orada hava necədir?” yazıqların üstünə elə qışqırıb-bozarıb söyürdü ki, qorxu içində əkilirdilər. Mən zərif idim, utancaq idim və o, hər zaman məni müdafiə edirdi. Amma artıq tək Rut mənə kifayət etmirdi. Xanım Mollerup da həmçinin, çünki onun qayğısına qalmalı olduğu çoxlu uşağı vardı və mən onlardan yalnız biri idim. Mən bir nəfərin, yalnız bir nəfərin xəyallarını qururdum ki, şeirlərimi ona göstərə bilərdim, o da oxuyub onları tərifləyərdi. Ölüm haqqında çox düşünməyə başlamışam və onun haqqında dost olaraq düşünürəm. Öz-özümə ölmək istədiyimi deyirəm və anam şəhərə gedən kimi çörək bıçağını götürüb aortamı tapmaq ümidi ilə qoluma çəkdim. Bütün bu zaman ərzində yalnız bir səhnəni düşünürdüm: ümidsiz anam gəlir, bağıra-bağıra çökür mənim meyidim üzərinə və hönkürtü ilə ağlayır. Nəticədə qolumda bir neçə kəsik əmələ gəldi, hələ həmin kəsiklərin bəzi zəif izləri qalıb. Bu qeyri-müəyyən əsən dünyamda yeganə təsəllim aşağıdakı yazdığım şeirlərim idi:
Bir zamanlar cavan idim, par-par yanardım,
Gülüş, əyləncə həyatım idi.
Mən bərq vuran qızılgül kimi idim.
İndi isə mən yaşlıyam və unudulmuşam.
Onda 12 yaşım vardı. Bundan başqa yazdığım şerlərin hamısı Edvinin dediyi kimi “yalanla dolu idi”. Onların əksəri sevgi haqqında idi və əgər onlara inansaydın, mən maraqlı fəthlərlə dolu olan axmaq bir həyat sürürdüm. Əmin idim ki, valideynlərim nə zamansa belə bir şer parçasını görsəydi, məni birbaşa uşaqlar üçün islah əmək koloniyasına göndərərdi.
Mənim dostum, hiss etdiyim sevinc idi,
Bizim dodaqlarımız qovuşanda,
Mən bilirdim biz məhz bu an üçün doğulmuşuq.
Amma yenə də…
Mənim dumanlı, gənc xəyallarım yox oldu.
Həyata qapım hələ də açıq qalıb.
Həyat gözəldir, mənim dostum,
Sən məni ehtirasla xristiana çevirdin.
Mən sevgi şeirlərimi aydakı kişiyə, Ruta, ya da ümumiyyətlə heç kimə yazırdım. Mənə elə gəlirdi ki, mənim şeirlərim uşaqlıq dövrümün çılpaq qalan hissələrini sürtülmüş dəriyə vurulan yamaq kimi