Название | Nilsin vəhşi qazlarla səyahəti |
---|---|
Автор произведения | Selma Lagerlof |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Yuxarıdan hər şeyin belə dama-dama görsənməyinə oğlan uğunub güldü.
Amma vəhşi qazlar onun belə gülməyini görəndə sanki onu məzəmmət edirmişlər kimi hamısı bir ağızdan : Məhsuldar və yaxşı torpaqlardır, məhsuldar və yaxşı torpaqlardır dedilər.
Oğlan artıq ciddiləşmişdi. Nəyə gülürsən? O özünə dedi. Hansı gününə gülürsən? Sən ki, bir insanın qarşıla biləcəyi ən böyük bədbəxtliklə qarşılaşmısan. Və bir anlıq o çox ciddi bir sima aldı. Amma çox keçmədən yenidən uğunub getdi.
İndi o artıq həm hündürlüyə həm də sürətə bir qədər alışmışdı və belədə erkək qazın lələyindən bərk-bərk yapışarkən başqa şeylər barədə də düşünə bilirdi. O şimala doğru uçan neçə-neçə quş dəstəsinə göz qoydu. Səma köç edən quş dəstələri ilə dolu idi. Dəstələr bir-birinin yanından keçərkən qışqırır, salamlaşırdılar.
– Hə, siz onda bugün gəlmisiniz. Onlardan biri soruşdu. Hə, bu gün qazlardan biri cavab verdi. Səncə bu yaz necə keçir?
– Ağaclarda bir dənə də olsun yarpaq yoxdur, göllərin suyu isi buz kimi soyuqdur.
Qazlar yarıçılpaq ev quşları görən kimi çığır-bağır salır onları da yuxarı, özləri ilə uçmağa səsləyirdilər. sonra isə soruşurdular:
– Buranın adı nədir? Qazlar soruşdu
Bu zaman isə xoruzlar başlarını yuxarı qaldırıb cavab verdilər:
– Buranın adı bu il Lilleqardedir. Keçən il də bura belə adlanırdı. Keçən il də bura belə adlanırdı.
Evlərin əksəri Skonedəki adətə görə sahiblərinin adları ilə adlanırdı. Amma bu “Per Matssonsun evidir”, Bu Ola Bussonun evidir” deməkdənsə xoruzlar bu evləri öz dillərinə uyğun çağırmağa üstünlük verirdilər. kasıb kotteclərə aid olan balaca fermalarda yaşayanlar isə cavab verirdilər:
– Bu yerin adı Qeyskasdır. Ən kasıb daxmalara məxsus olanlar isə qışqırırdılar:
– Bu yerin adı “yeməyə bir şey yoxdur”, “yeməyə bir şey yoxdur”, “yeməyə bir şey yoxdur”
Ərazisi böyük, gözəgəlimli fermalar xoruzlardan yüksək səslənən yaxşı adlar qazanmışdılar: “ Xöşbəxt çəmənlik” “Yumurta sahili” yaxud da “Pul vadisi” kimi…
Amma varlı malikanələrin xoruzları özlərini çox yuxarıdan aparırdılar. Onlar yaşadıqları yerin adını elə ucadan çığıraraq deyirdilər ki, sanki səslərinin günəşə kimi gedib çıxmasını arzulayırdılar: Bura Herr Diybekin malikanəsidir. Keçən il də bura belə adlanıb, ondan əvvəlki il də.
Bir az irəlidə isə bir xoruz boynunu göylərə dikib banlayırdı: Bura Svanholmdur! -Əlbəttə ki, bütün dünya bunun belə olduğunu bilir.
Oğlan fikir verib başa düşdü ki, qazlar yalnız düz istiqamətdə uçmurlar, onlar ölkənin cənub rayonları üzərində ziqzaqvari, gah o tərəfə gah bu tərəfə uçuşlar həyata keçirirlər. Onlar sanki yenidən Skonedə olmaqdan çox məmnun idilər və buradakı hər bir yaşayış məntəqəsinə öz hörmətlərini çatdırmaq arzusunda idilər.
Onlar bir yerə gəlib çıxdılar, burada yöndəmsiz tikilmiş çoxsaylı binalar, uzun-uzun bacalar, ətrafda isə çoxsaylı balaca evlər vardı. Bura “Yurdberqa şəkər təmizləmə” fabrikidir. Xoruzlar qışqırdı. Qazın üstündə oturan oğlan bu sözü eşidib əsməyə başladı. O gərək bu yeri tanıyardı, bura axı onun evindən elə də çox uzaqda yerləşmirdi.
O burada keçən il nəzarətçi kimi işləmişdi. Amma yuxarıdan baxanda hər şey başqa cür görsənir. Ona görə bu məkan ona fərqli görsənirdi.
Bir düşün. Sadəcə düşün! Keçən il balaca Mats və Osa onun dostları olmuşdur. Həqiqətən də oğlan onlardan xəbər tutsa çox xöşbəxt və sevincli olardı. Görəsən onlr haradasa buralarda idimi? Təsəvvür elə, onlar oğlanın onların başı üzərindən uçub getdiyinin fərqində olsaydılar nə edərdilər?
Tezliklə Yurnerqa gözdən itdi və onlar indi Svedala və Skaber gölünə doğru uçurdular, sonra geri qayıdıb Börinq manastırının üzərindən və Hokeberqdən keçəcəkdilər. Bu gün oğlan Skoneni əvvəlki illərdə heç görmədiyini qədər görmüşdü. Bu gün bir dəfədən daha artıq keçmişdilər buradan.
Vəhşi qazlar aşağıda ev qazları görəndə bu onlar üçün çox əyləncəli olurdu. Sonra onlar həddən artıq aşağı sürətlə uçur və qışqırırdılar:
– Gəlirsiz bizimlə? Gəlirsiz bizimlə?
Amma ev qazları bu təklifə belə cavab verirdilər:
– Bu ölkədə hələ qış bitməyib. Siz çox tez çıxmısınız. Uçun gedin geriyə. Uçun gedin geriyə.
Vəhşi qazlar daha da yaxşı eşidilmək üçün bir az daha alçaqdan uçaraq yenə çağırdılar: gəlin bizə qoşulun, biz də sizə üzməyi və uçmağı öyrədəcəyik.
Bu sözlərin müqabilində ev qazları dəliyə dönür və vəhşi qazlara heç bir cavab vermirdi.
Vəhşi qazlar asta-asta yerə doğru yaxınlaşıb elə uçmağa başladılar, adama elə gəlirdi ki, bu dəqiqə onlar torpağa toxunacaqlar, amma birdən-birə də ildırım sürətiylə qanad çalıb yenidən yüksəklərdən uçmağa davam etdilər. sanki onlar nədənsə qorxdular. Oh, oh, oh, onla qışqırdılar. Bu varlıqlar qaz deyillər ki. onlar yalnız qoyunlardır. Onlar yalnız qoyunlardır.
Aşağıdakı heyvanlar isə əsəbdən özlərinə yer tapa bilmirdilər. Onlar uçan vəhşi qazlara tərs-tərs baxıb dedilər:
– Sizi görüm ovçu gülləsinə tuş gələsiniz! Dəstəniz qırılsın, dəstəniz qırılsın!
Oğlan bütün bu sataşmaları, söz mübarizəsini eşidəndə güldü. Sonra başına gələn hadisə yadına düşdü və onu ağlamaq tutdu. Amma növbəti anda o artıq yenidən gülürdü.
Əvvəl o ömründə heç bir dəfə belə sürətlə uçmamışdı. Amma digər tərəfdən də o hər zaman sürətli və ucadan uçma arzusunda olmuşdu. Və əlbəttə ki, onun heç ağlının ucundan da keçməzdi ki, yuxarıda belə təravətli və gözəl hava ola bilər. Yerdən göylərə belə gözəl qatran və torpaq iyinin ucalmasını da o təsəvvür etmirdi. Göylərdə uçmaq, bu qədər hündürdən yeri müşahidə etmək onun xəyal edə biləcəyi bir gerçəklik deyildi. Bu şəkildə uçmaq yüngüllük, dərdi-səri unutmaq, pis düşüncələrdən uzaq olmaq demək idi…
İKINCI BÖLÜM
KEBNEKAYSEDƏN OLAN AKKA
Vəhşi qazlarla ölkənin cənub torpaqları üzərində dövrə vurmağa ona icazə verdikləri üçün böyük