Название | Nilsin vəhşi qazlarla səyahəti |
---|---|
Автор произведения | Selma Lagerlof |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Xoşbəxtlikdən qadın hələ qanad kəsmə prosesinə başlamamışdı. Qazdan hələ cəmi iki lələk düşmüşdü ki, əl bayda balaca oğlan qapının astanasında göründü. Qadın həyatı boyu belə bir valıq görməmişdi. O bunun Qoa-Nisse ( Şimal xalqlarının ədəbiyyatında adı keçən balaca şaxta baba obrazı) olduğuna inana bilmirdi. Qorxu içində o qayçını əlindən yerə saldı, erkək qazı tutmağı unudub əllərini bir-birinə sıxdı.
Azad olduğunu başa düşən kimi, erkək qaz qapıya sarı götürüldü. O dayanmağa vaxt itirmədi, eləcə qapının astanasından oğlanı götürüb var gücü ilə eşiyə qaçdı.pilləkənlərdə olan kimi qanad açıb göylərə qalxdı. Eyni zamanda boynunu zərif şəkildə geriyə çevirib oğlanın yerini rahatladı: onu tüklü, yumşaq belində yerləşdirdi.
Və beləcə onlar uçub getdilər- bütün Vittskövle sakinləri isə aşağıdan gözlərini bərəldib onları seyr etdilər.
ÖVID MANASTIR PARKINDA
Həmin gün, qazlar tülkü ilə oynadıqlar müddətdə oğlan tərk edilmiş dələ yuvasında uzanıb gözləyirdi. O axşama yaxın oyananda çox həyəcanlandı.– hmm, indi yəqin ki, tezliklə məni evə göndərəcəklər. O zaman isə gec ya tez atamın, anamın qarşısına çıxmalı olacam. O düşündü. Amma sonra başını qaldırıb Vomb gölündə çimən vəhşi qazlara baxdı və gördü ki, onların heç biri oğlanın geriyə, evə qayıtması haqqında bir söz demir.
– Yəqin ağ erkək qazın bu gecə məni də götürüb evə uçmaq üçün çox yorğun olduğu düşüncəsindədirlər.
Növbəti gün səhər erkəndən, günəş doğmamışdan bir xeyli qabaq qazlar artıq oyanmışdı. İndi oğlan artıq əmin idi ki, onu evə aparacaqlar, amma çox maraqlıdır ki, vəhşi qazlar həm ona həm də ağ erkək qaza səhər gəzintisində onlara qoşulmağa icazə verdilər. Oğlan bu təxirəsəlamanın səbəbini başa düşə bilməsə də, düşündü ki, yəqin vəhşi qazlar ağ ev qazını bu qədər uzun səyahətə, geriyə göndərməzdən qabaq yaxşıca yedirtmək istəyirlər. Nə olur olsun, o ata-anasını görmək keçən hər bir dəqiqədən zövq alırdı. Hər necə olsa da keçən zaman onu ata-anası ilə görüşə yaxınlaşdırırdı.
Vəhşi qazlar Övid monastırının malikanəsinin üzəri ilə səyahət edirdilər, bu monastrı gölün şərqində, gözəl bir parkda yerləşirdi və öz möhtşəm qəsri ilə çox füsunkar bir görüntüsü var idi. Onun yaxşı planlaşdırılmış həyəti alçaq çəpərlər və paviliyonlarla əhatələnmişdi, gözəl, qədim bağı isə qapalı çardaqlarla, şırnaqlarla, fontanlarla, möhtəşəm ağacları ilə, ucları kəsilib budanmış kolları ilə, biçilmiş yamyaşıl çəmənlikləri ilə, əsrarəngiz yaz gülləri ilə könül oxşayırdı.
Qazlar monastrın üzərindən səhərin erkən saatlarında uçduqlarından orada bir insan gözə dəymirdi. Onlar bundan tam əmin olduqdan sonra ehtiyatla it daxmasının qarşısında yerə enib qışqırdılar:
– Bu necə balaca bir daxmadır? Bu necə balaca bir daxmadır?
Bir göz qırpımında içəridə yatan it hiddətlə bayıra çıxdı, əsəbi şəkildə bir-iki ağız havaya hürdü.
– Siz buna daxma deyirsiz? Ay axmaqlar. Görmürsüz ki, bu möhtəşəm böyük bir qəsrdir? O gözəl terrasları, bu qədər zövqlə seçilmiş pəncərələri, qapıları görmürsüz? Mənim sizə daha sözüm yoxdur! Hav hav hav.
Kanservatoriyaları, yerə döşənmiş daşları, bu bağı görmürsüz? Mərmərdən hazırlanmış heykəlləri görmürsüz? Siz buranı daxma adlandırdınız, hə? Daxmaların fıstıq, qoz, palıd ağaclarından bağları olur? Yoxsa daxmanın şərab üçün üzum bağları olur? Daxmalarda ov üçün ərazi olur? Hav hav hav!
Siz bunu daxma adlandırdınız? Belə daxma görmüsünüz siz? Ətrafındakı tikililəri, işçilərin yaşadıqları evləri də nəzərə alsaq az qala bir kəndə bənzəyir. Yəqin öz himayədarları və öz kilsəsi olan çox daxma tanıyırsız. Daxmanın yiyəsi qonşu kəndləri, insanları idarə edir özü də. Elə? Hav hav hav. Siz buranı daxma adlandırdınız? Bu daxma Skonedəki ən varlı mülklərdən sayılır ay dilənçilər! Bildinizmi? Siz qanad çalıb havada uçarkən bu daxmadan gələn əmrlərlə idarə edilməyən bir qarış torpaq belə görə bilmərsiniz bu ərazilərdə. Hav hav hav!
Vəhşi qazlar irəli-geri uçduğu müddətcə bütün bu sözləri it havya hürərək onlara ünvanlamışdı. Onlar it sakitləşənə kimi onu dinlədilər. Amma sonra qazlar qışqırıb soruşdular:
– Niyə birdən belə dəliyə döndün ki? Biz bu qəsrə demədik ki ay axmaq it! Biz sənin yaşadığın yerə daxma dedik!
Bu zarafatı eşidən oğlan güldü, sonra isə ağlına nə gəldisə ciddi bir sima aldı.-bir düşün! Sən bu vəhşi qazlara qoşulub bütün ölkə boyu səyahət etsən nə qədər əyləncəli əhvalat eşidə bilərsən, düz Laplandiyaya kimi! O öz-özünə dedi. Və elə bu anda, işlərinin yaxşı getmədiyi, bəxtinin gətirmədiyi dövrdə bu əyləncəli səyahət lap yerinə düşərdi.
Qazlar malikanənin şərqində yerləşən geniş sahənin üzərindən uçurdular. Onlar ot kökləri yemək üçün endilər, burada bir neçə saat keçirdilər. Bu arada isə oğlan sahələrlə sərhəd olan böyük parkı gəzintiyə çıxdı. O fıstıq ağacını daşladı sonra bir neçə yerə düşmüş fıstıq yedi. Parkı gəzdikcə qazlarla bu uzun səyahət ona çox şirnikləndirici gəlirdi. O qazlarla ölkə üzərindən səyahətini gözləri önündə canlandırmağa başladı:
bu necə də möhtəşəm bir səyahət olardı. Vəhşi qazlara qoşulmaq, onlar kimi donmaq, ac qalmaq. O əvvəllər işləmək üçün həm donmağa həm də də ac qalmağa hazır idi. Bunu ata-anasına da bir neçə dəfə demişdi.
Oğlan parkda gəzişərkən boz rəhbər qaz ona yaxınlaşdı və yeməli bir şey tapıb-tapmadığını soruşdu. Oğlan cavab verdi ki, xeyr hələ yeməli bir şey tapmayıb. Bu zaman rəhbər qaz ona kömək etdi. O qoz tapa bilmədi, xeyr, amma əvəzində itburnu kolunda ilişib qalmış bir neçə qurumuş çiçək tapdı. Oğlan onları böyük iştaha ilə yedi. Amma birdən anası oğlunun çiy balıq və qışdan qalma qurumuş çiçəklərlə qidalandığını bilsəydi… görəsən o buna necə reaksiya verərdi?
Qazlar yeyib doyandan sonra yenidən gölə doğru istiqamət aldılar. Orada isə onlar demək olar ki, axşam yeməyinə kimi oyunlar oynadılar, əyləndilər.
Vəhşi qazlar ağ ev qazı Morteni müxtəlif cür idman yarışlarında gücünü sınamağa məcbur edirdilər. Onlar üzgüçülük, qaçış və uçma yarışlarında onun gücünü sınadılar. Düzdür, ağ ev qazı elə də pis nəticələr göstərmirdi, özünə görə güclü idi, amma hiyləgər vəhşi qazlar onu bütün yarışlarda məğlub etməyi bacardılar. Bütün bu zaman kəsiyində isə oğlan ağ ev qazının belində oturub onu ruhlandırırdı. Oğlan bu yarışlarla tamaşa edir, ən azı iştirakçılar qədər əylənirdi. Onlar gülür, qışqırır, qaqqıldaşırdılar. Malikanə sakinlərinin bu səs-küyü eşitməməsi diqqətçəkən idi.
Vəhşi qazlar oyunlardan bezəndən sonra buzun üzərinə uçub istirahət etməyə başladılar. Onlar günortadan sonrakı vaxtlarını səhərki kimi keçirdilər.