Mənim mübarizəm - 8. Seymur Baycan

Читать онлайн.
Название Mənim mübarizəm - 8
Автор произведения Seymur Baycan
Жанр
Серия Mənim Mübarizəm
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

güya Allah qoymasa məni dəhşət sevirdi. Məni buna inandırmışdı. Köynəyimi geyinəndə düymələri axıra kimi bağlayırdım, onda tullanırdı dəli kimi üstümə, deyirdi ki, axı sən hardan bilirsən bu köynəyin düymələrin axıra qədər bağlamaq lazımdı, axı sən hardan bilirsən köynəyin düymələrin axıra qədər bağlamaq sənə bu qədər yaraşır. “Ocaqxanada” hekayəmdə bu sözdən istifadə etmişəm. Orda obrazlardan biri bu sözü deyir .

      Birdə o qız həmişə deyirdi ki, sən geyinəndə tamam dəyişirsən, tamam başqa adam olursan…

      Onun sevgisinin həqiqi sevgi olduğuna inanmamaq şansım yox idi. Mən hesab edirdim ki, həqiqi sevgi, təmənnasız sevgi bu kimi xüsusi hallarla möhürlənməlidi. Hesab edirdim ki, Qafqaz Müsəlmanlar İdarəsi kolbasa-sosiska məhsullarına halallıq serfitikatı verdiyi kimi, bu kimi xüsusi hallar da sevgiyə həqiqilik serfitikatı verir. Səni sevirəm, səndən ötrü darıxıram, sən olmasan cırılaram, partlayaram, sənsiz boğazımdan su keçməz, sən olmasan özümü öldürərəm, özümü doğrayaram kimi ümumi sözləri hər kəs deyə bilər. Amma etiraf edək ki, “sən hardan bilirsən bu köynəyin düymələrin axıra qədər bağlamaq lazımdı” sözü xüsusi haldı. Balabanovun həyatından bəhs edən yarım-sənədli film var. Filmdə Balabanovun arvadı danışır. Balabanovun ona vurulma anın nəql edir. Balabanov bu qadına ona görə vurulub ki, nəsə tədbir imiş, tədbirdə olan qadınların hamısı şalvar geyib, bircə bu yupkada olub. Vəssalam, Balabanov yupka geyindiyinə görə yapışıb bu qadının yaxasından. Göndərərəm o filmi sənə. Mən o söhbəti eşidəndə Balabanovu başa düşdüm. Həmin gün bütün qadınların şalvarda, bircə bu qadının yupkada olması Balabanov üçün xüsusi bir hal, xüsusi bir işarə olub. Sədəcə, Balabanovun bəxti gətirib, xüsusi hal doğurdan da onun üçün axıra qədər xüsusi hal olaraq da qalıb. Sənin xüsusi hal kimi qəbul etdiyin sözlərin, səhnələrin doğruluğuna inanmaq, bunun sona qədər belə olduğunu görmək və bu təəssüratlarla da ölmək nə böyük xoşbəxtlikdi.

      Mən doğurdan elə bilirdim, elə hesab edirdim ki, xüsusi halla qarşılaşmışam. Buna görə özümü seçilmiş adam hesab edirdim. Hətta özümdən çıxıb, qızışıb bu barədə bir yazı da qaralamışdım. Ki, hamı elə bilir sevib, sevilib, amma həqiqi sevgi milyonda bir adamın qarşısına çıxır. Mən dastanlara da inanmışdım. Yadıma gəlir ki, sevgi dastanların təzədən, tamam başqa gözlə oxumuşdum. Dəyəsən, Aşıq Qərib dastanındadı… Qərib saz çalır, tufan dayanır. Elə yazıda da bu səhnə haqqında yazmışdım. Yazmışdım ki, eşq şərbətini içmiş haqq aşığı saz çalsa, tufan dayanar. Həqiqi sevgini belə bir qüdrətli gücə, hətta tufanı dayandırmağa da qadir hesab edirdim. Elə bilirdim, çox nadir sevgi qarşıma çıxıb. Bir nəfər də o vaxt o axmaq yazıma belə şərh yazmışdı: axı hardan bilirsən, səninki nadir sevgidi, camaatınki ümumi? O, adam haqlı çıxdı. Məni yandıran budu. Heç bir mənəvi dəyəri olmayan adamların haqlı çıxmağı, adama kinayə ilə “gördün?” sözlərini deməkləri… Lakin hər kəsin haqqı verilməlidi. O vaxtlar o qızın sevgisinin həqiqiliyinə inanmağım mənə çox güc verirdi. Sağ olsun! Onda yazılarıma görə çox söyülürdüm, çox təhqir olunurdum. Təhqirləri, söyüşləri vecimə də almırdım. Həqiqi hesab etdiyim sevginin fonunda o təhqirlər, o söyüşlər məni zərrə qədər də narahat etmirdi. Ürəyimdə deyirdim, nə qədər istəyirsiniz söyün, nə qədər istəyirsiniz təhqir edin. Onların söyüşləri gözümə it hürüşməsi kimi görünürdü.

      Mən yazıçıları da xüsusi hallara görə qiymətləndirirəm. Şervud Andersonun “Məcara” hekayəsində bir yer var:

      (Alisa düşündü ki, yağış onun bütün yaralarını sağaldacaq. O düşündü ki, yağış ona nəsə çox möcüzəli bir təsir göstərəcək. Alisa hələ illər boyunca özünü belə gümrah, gənc və rahat hiss etməmişdi. O, dayanmadan qaçmaq, səsi gəldikcə çığırmaq və özü kimi tənha bir insanı tapıb bağrına basmaq, qucaqlamaq istəyirdi. Bu an yol kənarında bir kişi asta-asta evinə sarı gedirdi. Alisa düşünmədən qaçmağa başladı.

      – Onun kim olduğu vacib deyil. Əsas odur ki, o, təkdir. İndi gedib ona çatacam, – Alisa öz-özünə dedi və daha nələr baş verəcəyini düşünmədən astadan çağırmağa başladı:

      – Gözləyin, gözləyin. Getməyin, kimsinizsə, məni gözləyin.

      Yol kənarında hələ də getməkdə olan həmin adam bir anlıq duruxdu və indicə qulağına dəyən səsi eşitmək üçün diqqətlə dinləməyə başladı. Bu adam qoca bir kişi idi və həddindən artıq zəif eşidirdi.

      – Elə bil nəsə səs eşitdim. Yoxsa mənə elə gəldi? – qoca mızıldandı.)

      Bax bu kimi hallar mənim üçün nəsrdə, ədəbiyyatda xüsusi hallardı. Yoxsa aşağı-yuxarı əlinə qələm alan adamların hamısı nələrsə yazır, nələrsə qurub-quraşdırır. Biri zəif, biri orta, biri yüksək səviyyədə. Amma bu kimi xüsusi halları yazan yazıçıların yeri mənim üçün başqadı. Alisanın yağışın ona möcüzəli təsir göstərəcəyini də elə-belə, adi təsvir kimi qəbul etmək lazım deyil. Mənə elə gəlir Anderson özü nəyinsə ona möcüzəli təsir göstərəcəyinə inanıb. Bu səhnə Andersonun özünə aid səhnədi. Sadəcə onun hissləri yaradıcılıq mətbəxində formasını dəyişərək tamam başqa cürə təzahür edib.

      Mən möcüzəyə inanmıram. Həyata tam məntiqli, rasional, mistikadan uzaq baxışım var. Bununla belə bəzən gecə yatanda fikirləşirəm ki, bəlkə də sabah yuxudan oyananda özümü başqa vəziyyətdə görəcəm. Amma yuxudan qalxanda görürəm ki, heç nə dəyişməyib, dünən necə idimsə, bu gün də eləyəm. Hələ bir az da vəziyyət pisləşib.

      Hə, “həyatda ən qorxduğum şey sənin gözündən düşməkdi” sözün deyən, mənim üçün əziz olan qız günlərin bir günü ərə getdi. Özünə görə bu addımı atmağa məcbur olduğunu əsaslandırdı. Özünə görə arqumentləri vardı. Mənə “Seymur, məni bağışla” dedi. Necə bağışlayım? Sən dur denən ki, “Seymur sən əlçatmazsan, Seymur sən heç kimə bənzəmirsən”, sonra da gədənin birinə ərə get. Adamlar sözləri məsuliyyətsizcəsinə sağa-sola səpələyirlər. Daha düşünmürlər ki, qarşısındakı insandı. Dəmirdən, plasmasdan düzəlməyib. Ətdən, qandan ibarətdi. Düşünmürlər ki, birdən qarşısındakı insan onun dediyi sözə inanar. Adama qaz verirlər, adamı inandırırlar, sonra da fəralilik edirlər, hələ bir bu azmış kimi, bağışlanmaqların da istəyirlər.

      Əlbəttə, heç kimin heç kimə borcu yoxdu. Amma sən “Seymur sən əlçatmazsan, Seymur sən heç kimə bənzəmirsən” sözün deyib, məni buna inandırıb, sonra aradan çıxırsansa, gədənin birinə ərə gedirsənsə, bunu bağışlaya bilmərəm. Loru dildə desəm, mənə atıblar.

      Bəzi məsələlərdə ifrat dərəcədə maksimalistəm. Düşünürəm ki, brend köynəyin, şalvarın, tumanın saxtasın geyinib, qırmızı, qara kürünün imitasiyasın yemək olar, bu heç də faciə deyil, amma həyatda elə şeylər var ki, onun mütləq və mütləq əsli olmalıdı. Ya hər şey, ya da heç nə. Ömər Xəyyam demişkən, hər adamla yaşamaqdansa tək, hər əlinə keçəni qarnına doldurmaqdansa, ac qalmaq yaxşıdı!

      Görünür nəsil artırmaq instinkti həqiqətən qadınları çox vaxt alçalmağa vadar edir. Dahilərdən birinin “qadının rütbəsi olmur” sözü bu mənada çox dəqiq deyilibdi. Ədası yerə-göyə sığmayan qadınların nəsil artırmaq instinktinin