Qafqazlardan Volqaya. Фритьоф Нансен

Читать онлайн.
Название Qafqazlardan Volqaya
Автор произведения Фритьоф Нансен
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

kökü, ola bilsin, bir qədər dumanlıdır. Qafqazlıların dili qəribə təcrid vəziyyətindədir və hələ ki, filoloqlar burada danışılan dillərlə hər hansı dünya dili arasında qohumluq əlaqələri aşkar edə bilməmişlər. Ola bilsin, bəzi alimlər bu dillərin kiçik Asiyada qədim zamanlarda danışılan dillərlə hansısa bağlılığını iddia etsin. Eyni zamanda etruskların və baskişlərin dili ilə müəyyən yaxınlıq da təklif edilən versiyalar sırasındadır. Dillər Şimali Qafqaz və Cənubi Qafqaz olmaqla iki yerə bölünüb. Şimali Qafqaz dillərinə Gürcüstanda və Kartveliyada danışılır, Cənubi Qafqaz dillərinə isə Abxaziyada, Çerkeziyada, Çeçenistanda rast gəlinir. Şimali Qafqazda eyni zamanda ləzgi dilində də danışılır.

      Gürcülər Kür və Rion çaylarının vadisində, Qafqaz dağlarının cənub yamaclarında, eyni zamanda yüksək dağlıq ərazilərdə (Elbrus və Svanetiya dağlarında) yaşayır. Abxazlar Qara dəniz sahillərinə tərəf olan yerlərdə sıra dağların cənub yamaclarında yaşayır. Çərkəzlər və Kabardinlər Vladiqafqazdan şimalda, Terek çayı boyunca Qafqaz dağlarının şimal yamaclarında yaşayır. Ruslara qarşı qəhrəmancasına vuruşan və nəhayət ki, 1864-cü ildə məğlub edilən çərkəzlərin böyük hissəsi kiçik Asiyaya, türklərin yanına köç etmişlər. Orada onların bəziləri sərgərdan gəzərək insanları soyan dəstələr yaratmışlar. Çeçen tayfalarından çoxu (çeçenlər, içkerlər, inquşlar və onlardan törəyən daha kiçik tayfalar – xistlər, qarabulaqlar, miçikolar və s) əsasən, Dağıstan dağlarının şimal qərbində, Çeçenistanda və İçkeriyada, Arqun çayının və onun çoxsaylı qollarının vadilərində yaşayır. Və Qroznı, Terek kimi uzaq şimal-qərbdə, qərb tərəfdən Vladiqafqazda da onların tayfalarının nümayəndələri məskunlaşıb. Ləzgi tayfasının bir çox qolu var və onların içində ən tanınmışı avarlardır. Onlara Dağıstanda rast gəlmək mümkündür. Hind-Avropa insanına gəldikdə isə osetinlər xüsusi qeyd edilməlidir, onlar, əsasən, Arqava və Terek çaylarının yuxarı axarlarında, eyni zamanda Vladiqafqazdan şimalda və şimal-qərbdə məskunlaşıblar. Tatlar da həmçinin Hindo-Avropa mənşəli insandır, onlar Xəzər dənizi boyunca, Bakıdan şimalda yaşayır. Türkdilli tayfaların içərisində Dağıstanın Xəzər dənizi sahillərində yaşayan gümükləri, onlardan şimalda, Terek çayının deltasında məskunlaşmış noqailəri qeyd etmək olar. Bəzi türk tayfaları həmçinin – tauluslar və karaçaylar kimi – Elbrus dağının qərbində və Svanetiyanın şimalında yaşayır.

      İKİNCİ HİSSƏ

      SƏFƏRIN ILK HISSƏSI

      Biz Tiflisi iyulun 6-sı, bazar ertəsi səhər saat dörddə tərk etdik. Bütün işləri dostumuz Napoleon düzüb-qoşmuşdu və özü də maşında bizimlə gəlirdi. Gözləntilərimiz yüksək idi. Biz Qafqazlardan keçən bu möhtəşəm yol haqqında o qədər şey eşitmişdik ki! Ruslar bu yolu hələ 1783-84-cü illərdə istifadə etməyə başlamışdılar, elə o vaxt Vladiqafqazın (tərcüməsi Qafqazın hakimi) da əsasını qoymuşdular. Keçən əsrin əvvəllərində yol tikilib qurtardıqdan sonra böyük zəhmət hesabına şahzadə Baryatinskin – Şamilə qalib gələn şəxs – vəsaiti hesabına yenidən tikilmiş və 1861-ci ildən bugünkü formasını almışdır. İlk yolumuz Kür çayı boyunca şimal istiqamətində idi. Sonra vadi ərazisindəki dar yolla sürdük, yanımızda yeni, nəhəng su elektrik stansiyası vardı, onu keçdik. Burada indi 18 min at gücü enerji istehsal edilir. Sonra bu rəqəm 30000-ə çatdırılacaq. Hündürlükdə, dağ dikdirinin o biri tərəfində kilsə yerləşirdi. Buranın yerləşiminə və formasına görə qartal gözünə çox oxşarlığı vardı. Əlçatmaz dağlıq ərazilərdə gürcülərin monastrlar tikmə üsulu – elə bu monastr da daxil – həqiqətən də, diqqətəlayiqdir. Fransız Çardinin (1672) verdiyi izahat beləydi ki, bu monastrlara qulluq göstərməyə, onları təmir etməyə gərək yoxdur, çünki buralara çox nadir hallarda kimsə dırmaşa bilir. Çətin ki, bu izahat həqiqəti əks etdirsin. Çünki fars dini konfiksiyalarının iddialarına görə, yüksəkliklərdə, uca dağlarda biz Uca yaradana daha yaxın oluruq. Amma ən böyük ehtimal burada öncə çəkilən təhlükəsizliklə bağlı məsələlər olub. Belə yüksəkliklərdə, keçilməz, sıldırım dağlarda adam üçün həm özünü, həm də monastrı yadelli işğalçılardan qorumaq, müdafiə etmək daha rahat olur. Bu monastr da başqa bir çox monastrlar kimi bir zamanlar müdafiə üçün nəzərdə tutulan keşikçi qülləsi olan hündür, möhkəm divarlarla əhatə olunub. Yol Kür çayı boyunca davam edirdi, çay dərənin dibindən cənuba doğru kəskin bir dönüş edir, sonra isə yenidən şimal, şimal-qərb istiqamətindən axırdı. Sonra yolumuz körpüdən keçir və şərqə doğru burulur, çayın sol sahili boyunca Gürcüstanın keçmiş paytaxtı olan Mtsxeti yerləşir. Burada şimaldan axan Arqava çayı Kür çayı ilə qovuşur. Burada kral qüllələri ilə möhtəşəm bir kasedral var. Sonra biz yenidən Arqava vadisi ilə şimala doğru səfərimizi davam etdiririk, qədim qalanın qalıqlarının və keşikçi qülləsinin yanından ötüb keçirik. Burada biz müqəddəs və tarixi torpaqdayıq, bu torpaq qədim zamanların xatirələrini insanların beyninə doldurub. Biz eyni zamanda havada dövr edən melonxoliyanı, poeziyanı, xalqın musiqisini də duya bilirdik. Gürcüstan, daha dəqiqi, onun mərkəzi hissəsi Kartliya və Kaxetiya həqiqətən də arasıkəsilməz şəcərə və təxminən 2 min il tarixlə dünyanın ən qədim krallıqlarındandır. Keçən əsrin əvvəllərində Rusiyaya ilhaq edilənə kimi bu kral ailəsinin hakimiyyəti davam etmişdir. Keşikçi qülləsinin yaxınlığında Bürünc dövrünə aid daş tabutlarda basdırılan insanların qəbirləri aşkar olunmuşdu. Bu qəbirlər gürcülərdən, Kartvelianlardan – onlar bu ərazilərə sonradan gəliblər və qısa başlıdırlar -tamam fərqli olan, uzunsov başa sahib qədim insanlara məxsusdur.

      Yol bol sulu, üzərində saysız-hesabsız şəlalələr olan çay boyunca davam edir. Belə çaylar, şəlalələr bizdə, Norveçdə arfada ifa edən su prinsessaları ilə assosiasiya edilirsə, burada sizi rusalkalar tovlayıb çağırır, sonra isə ölənə kimi qıdıqlayırdı.

      Yol hazırda yavaş-yavaş dikdirə çıxırdı və Araqva vadisindən sola burulurdu, burada landşaft daha az quraq idi, yaşıl zəmilər gözə dəyirdi. Şərqdə boz, lüt dağlar vardı və qalın meşələr dağlarla bu vadinin ortasına düşürdü. Biz Bazaltetskoe adlanan kiçik şoran ərazidən keçdik və açığı, təəccübləndik. Bu yer bizə xatırlatdı ki, hətta dağın cənub yamaclarında belə duzlaq, şoran ərazilərə rast gəlmək olar. Burada buxarlanma çox, yağıntının miqdarı isə çox az idi. Duşet şəhərinin yanından keçdik. Arqava əyalətinin hakiminin iqamətgahı məhz burada olmuşdu – qədim zamanlarda o çox güclü idi və tez-tez Gürcüstan çarları ilə müharibə edirdi. Həmin zamandan qalanın qalıqları hələ də qalır. Yaxınlıqda Samt Kvirik və Samt Avlita kilsələri var. Bu kilsələr dağ döşündə, qocaman, müqəddəs ağacların altında, min metr hündürlükdə yerləşir. Belə müqəddəs ağaclara və qoruqlara Qafqazda tez-tez rast gəlmək olar və çox güman ki, belə yerlər qədim zamanlarda qurbangah və ziyarətgah kimi istifadə edilib. Biz məhsuldar torpaqlarla səfərimizə davam edirdik və ətrafımızdakı dağlar getdikcə meşələrlə daha çox örtülürdü. Ağ Arqava vadisi boyu maşınımızı sürüb qədim qalasının dağlarda yerləşən dağıntıları ilə Ananur şəhərini geridə buraxdıq. Bu qaladan içində bir neçə kilsəsi olan qalın divarlar yadigar qalıb. Yəqin ki, orta əsrlərdə bura sahib olanlar həm də bütün vadiyə nəzarət edən tayfalar olub. 1795-ci ildə farslarla son döyüşdən sonra gürcü çarı 11-ci Herakluis qaçıb məhz bura pənah gətirib. Onda Tiflis farslar tərəfindən tutulub yerlə-yeksan