Название | Canlı heykəl |
---|---|
Автор произведения | Sabit Əhmədov |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Hava tutulmuşdu, uzaqdan eşidilən şimşək səsləri bir azdan yağacaq leysanın xəbərçisi idi. Nicat köynəyinin yaxasını düymələyə-düymələyə darvazadan bayıra çıxdı. Rahib onu görüb maşınına əyləşdi, içəridən yandakı qapının şüşəsini endirib ona da maşına əyləşməsini qışqırdı. Nicatın ürəyinə elə qorxu düşmüşdü ki, bir anlıq qaçıb evə girmək xəyalına gəldi. Amma cəsarətini toplayaraq maşına əyləşdi. O, evdən çıxa-çıxa beynində Rahibə verəcəyi cavabları hazırlamışdı. Canına gələn qorxudan fikirləşdiyi sözlərin çoxunu unutmuşdu. İndi xatırlamağa çalışırdı. O, maşına minər-minməz Rahib təhdidedici tərzdə səslənərək soruşdu:
– Akifin dedikləri düzdürmü?
Nicat vaxt qazanmaq üçün nə edəcəyini bilmədi. Bu durumda işlədilə biləcək ən ucuz variantı – ona yaraşanı işlətdi: özünü bilməzliyə vurdu. Halbuki Rahibin səsini tanıyıb kimin gəldiyini bildiyi andan etibarən ondan soruşulacaqları təxmin etmişdi, hətta cavablarını da hazırlamışdı. Amma buna baxmayaraq birbaşa cavab vermədi. Aid olduğu insan tipinin xüsusiyyətlərini dana bilmədi. Axı o Nicat idi.
– Haaansı sööözləəər? – deyə kəkələdi.
– Akif mənə Vaqifin qumarda maşını ona uduzduğunu və sənin də o masada olduğunu dedi.
Nicat bu ani dəqiqləşdirmə izahatından sonra özünü, nəhayət, küncə qısılmış kimi hiss etdi. Ürkək səslə dedi:
– Hə, düzdü. Elə dediyi kimi də oldu. Hamı ona masadan qalxmağını dedi, amma o isə masadan qalxmaq istəmir, daha da hirslənirdi. O, özündə deyildi.
Rahib bunu eşidib lap özündən çıxmışdı.
– Özündə deyildi? Necə yəni özündə deyildi?
Doğrudur, Nicat olduqca qorxaq və lüzumsuz adam idi. Amma yetəri qədər də hiyləgər adam idi. “Özündə deyildi” ifadəsini tam zamanında körpü kimi istifadə etdi. Bu körpüdən Rahibi keçirib özünə qarşı olan təhdidi sovuşdurdu. Qaldı son həmlə. İndi bir gedişlə Rahibin kəskin nəzərlərini özündən yayındırıb onun bu qəzəbini özünə doğru yönəldəcəkdi.
– Rahib, mən sənin qardaşına qarşı bu qədər laqeyd olduğunu təsəvvür edə bilməzdim. Sən doğrudan məsələni bilmirsən? Demək olar ki, kənddəki bütün cavanlar Vaqifin narkotik istifadə etdiyini bilir. Bircə sən bilmirsən? Vaqifə ən yaxın olmalı adam ondan ən uzaq və ən xəbərsiz adam imiş. Son zamanlarda o artıq iynədən istifadə edir. Onun qollarının necə göyərdiyini görməyibsən? Bir yerdə dura bilmir. Elə tez-tez qollarını qaşıyır. Həm də ki, bu qədər arıqlayıb.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.