Üç mədəniyyət. Ахмед-бек Агаев

Читать онлайн.
Название Üç mədəniyyət
Автор произведения Ахмед-бек Агаев
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8450-4-4



Скачать книгу

öz yalan riyakarlığı ilə davam elədikcə bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyət əziyyətə məhkumdur» («Kommunist» qəzeti, 19 iyun 1921). Məktubda N. Nərimanovdan Azərbaycana gəlmək üçün şərait yaratmağı xahiş edən Əhməd bəy az sonra bu fikrindən daşınmış, Türkiyədə qalıb işləməyi üstün tutmuşdur.

      O, Mətbuat Baş Müvəkkili kimi yüksək vəzifə tutmuş, Atatürk ideyalarını dəstəkləyən «Hakimiyyəti-milliyyə» qəzetinin baş redaktoru olmuş, Anadolu agentliyinə rəhbərlik etmişdir. Əhməd bəy həmçinin Böyük Millət Məclisinə üzv seçilmiş, bununla yanaşı Ankara Universitetində mühazirələr oxumuşdur.

      Ötən əsrin 20-30-cu illəri Əhməd Ağaoğlu üçün yaradıcılıq baxımından daha zəngin və uğurlu olmuşdur. Bu dövrdə onun «Üç mədəniyyət», «Hindistan və İngiltərə», «Sərbəst insanlar ölkəsində», «Dövlət və fərd», «Türk təşkilati-əsasiyyəsi», «Türk hüquq tarixi», «Mən nəyəm?» və başqa əsərləri nəşr olunmuşdur. Həmçinin ədibin ölümündən sonra onun «İran və inqilabı», «Könülsüz olmaz», «İxtilalmı, inqilabmı?», «Sərbəst firqə xatirələri», «İslamlıqda qadın», «Mütareke və sürgün xatirələri» və başqa kitabları nəşr edilərək oxuculara çatdırılmışdır.

      Əhməd Ağaoğlunun publisistik yaradıcılığında əhəmiyyətli yer tutan «Hindistan və İngiltərə» əsərində ingilis müstəmləkəçilərinin Hindistandakı işğalçılıq siyasəti ifşa edilir. Bir növ memuar səpkisində yazılmış «Sərbəst firqə xatirələri» əsərində isə ədib 1930-cu ildə Atatürkün göstərişi ilə yaradılmış Sərbəst Cümhuriyyət fırqəsi qalmaqalı ilə bağlı əhvalatları qələmə almışdır.

      Əhməd Ağaoğlunun bədii nəsrində «Sərbəst insanlar ölkəsində» əsərinin xüsusi yeri vardır. Müəllif siyasi-fəlsəfi esse səpkisində işlənmiş əsərin nəşrinə yazdığı ön sözdə qeyd edir ki, «Əsərimə nasıl bir şəkil vermək xüsusunda bir çox tərəddüd zamanları keçirdim: nəhayət onu bir hekayə şəklində yazmağı qərar verdim. Əsarətdən qurtulmuş bir Türk fərdini hürr və sərbəst bir ölkəyə gətirdim: bu ölkənin rəhbərləri – Türk Cümhuriyyətini quran dahinin əməl və arzularının təhəqqüqü üçün çalışmaqdadırlar. Türk fərdi – iştə mənim «Pir» dediyim bu rəhbərlər ilə görüşür. Onların bir cümhuriyyətdə hürr və sərbəst vətəndaşların nasıl olmaları lazım gəldiyi haqqındakı fikirlərini öyrənir, eyni zamanda da məmləkətimizin istiqbalda hürriyyət və fəzilət sayəsində nasıl inkişaf edərək bir nur və mədəniyyət müəssisələrini təsvir etməklə göstərir».

      «Sərbəst insanlar ölkəsində» əsərində Ağaoğlu utopiya, xəyal şəklində azad, hürr, insanların bərabər və xoşbəxt yaşadığı, qanunların ədalətli olduğu dövlət, cəmiyyət haqqında fikirlərini, arzularını bədii şəkildə ifadə etməyə çalışmışdır. Əsər müəllifin siyasi görüşləri ilə sıx bağlıdır. Buna görə də o, Ağaoğlunun sosial-siyasi baxışlarını öyrənmək üçün mənbə rolunu oynamaqdadır.

      Müəllif yazır: «Mən bir əsir idim, hürr olmaq istədim. Zəncirlərimi qırdım, qalanın divarını dəldim və açığa çıxaraq dərin bir nəfəs aldım. İndi önümdə geniş bir çöl vardı. Nərəyə gedəcəyimi, nasıl davranacağımı bilmirdim. Tərəddüdlə bir neçə addım atdım. Kəndimi iki yolun ayrıcında buldum və buraya dikilən bir dirək üzərində bu yazını oxudum:

      Sol tərəfə gedən yol hürriyyət yoludur.

      Sağ tərəfə gedən yol köləlik yoludur.

      Sol tərəfi aldım. Sabaha qədər yürüdüm. Şəfəq sökülərkən kəndimi bir qalanın önündə buldum. Qalanın qapısı üzərinə altun xətt ilə yazılı bir lövhəni oxudum:

      «Sərbəst insanlar ölkəsi!»

      Qeyd edək ki, əsərin ayrı-ayn fəsillərində yazıçı mənəvi təkamülün mərhələlərini, nəhayət, sərbəst insanlar ölkəsinə qəbul mərasimini təsvir edir. Əhməd Ağaoğlunun xəyalən yaratmış olduğu «sərbəst insanlar ölkəsində» oxucu «…kamil ictimai münasibətlər, mehriban ünsiyyət, əməkdaşlıq şəraitində yaşayan azad insanların konstitusiyası, vətəndaşlıq fəaliyyəti, maarif, ticarət, əkinçilik, nəqliyyat, sənaye sahəsindəki nailiyyətləri haqqında canlı, fərəh və iftixar dolu faktlar, mühakimələr, lövhələr və aforizmlərlə tanış olur» (Əziz Mirəhmədov). Əhməd Ağa-oğlunun fikrincə, xoşbəxt cəmiyyətin sütunları azadlıq və hürriyyətdən yapılmalıdır. Cəmiyyətin xoşbəxtliyinin mühüm amillərindən biri isə tüfeyliliyə, işsizliyə qarşı mübarizənin olması, «gözünü dövlətin xəzinəsinə dikənlərin», «süni qazanc yolu» ilə sərvətə yiyələnmək istəyənlərin rədd edilməsidir.

      «Sərbəst insanlar ölkəsində» əsərində müəllif bir səyyah kimi təsvir etdiyi hadisələrin fonunda cəmiyyətin mənəvi təkamülünə mühüm dəyər verir. Xalqın savadlanma-sını, maariflənməsini, cəmiyyətin azadlığı, xoşbəxtliyi üçün vacib şərtlərdən hesab edən yazıçı bu yolda ədəbiyyatın üzərinə böyük missiya düşdüyünü göstərməklə, həmçinin Şərq ədəbiyyatının «… içində bulunduğu mühitə, insan və təbiət mühitinə yabançı qaldığını» qeyd etməkdən çəkinmir. Müəllifin fikrincə, sağlıqlarında mədh olunmaqla ən uca mərtəbəyə yüksələnlər, ölümlərindən sonra həcv edilməklə ən aşağı dərəcəyə endirilirlər.

      Əsərin sonunda Ağaoğlu təsvir etdiyi qəhrəmanının timsalında öz sosial baxışlarını belə izah edir: «…Mən bu qanunların xaricində və onların xilafına olan min bir qüvvətin zəbunu və məhkumu idim. Fikir köləliyi, hiss köləliyi, hərəkət köləliyi mənim qədərimdi. Düşünən, duyan, yaşayan mən deyildim, başqası idi. Mən yalnız başqasını təqlid etmək, ona itaət etməklə mükəlləf idim. Mən mən deyildim, onun kölgəsi, qaraltısı, həyuləsi idim. Xülasə, mən yoxdum, bir əfsanə idim.

      Fəqət bu diyara gəlincə, mənliyim mənə gəldi, varlığımı duymağa başladım. İlk kərə burada anladım ki, insan həqiqətən kainatın ziynəti və sərtacıdır».

      Bir növ avtobioqrafik səciyyə daşıyan «Mən nəyəm?» (Əsər Azərbaycan nəşrində «Mən kiməm?» şəklində verilmişdir) adlı bədii-fəlsəfi essedə Ağaoğlu içi (altruizmi) ilə çölü (eqoizmi) arasındakı təzadların qaynağını açmağa çalışır. Müəllifə görə, «hesablanmış və müvazinətli eqoizmlə altruizm yaşayışın forması və genişlənməsi üçün təbiətin bəxş etdiyi əsaslardır».

      İnsan təbiətində ikiliyin yanaşı mövcudluğunu öz xarakteri, daxili məni timsalında dəyərləndirməyə çalışan Ağaoğlu sadə, anlaşıqlı şəkildə fikirlərini oxuculara təlqin etməyə çalışır. Aydınlıq üçün əsərdən gətirdiyimiz bir məqama diqqət yetirək: «Sizi inandırıram ki, mən içimdə çox səmimi və qızğın millətpərvərəm. Türkün yüksəlməsi üçün çalışmaq, onun izzəti-nəfsini, şərəfini, haqqını, hürriyyətini müdafiə üçün özümü təhlükəyə atmaq fikrini sevinclə qəbul edirəm. Hələ fəqir və ac türk gördümmü, heç dayana bilmirəm. İstəyirəm ki, varımı-yoxumu ona verim. Lakin bu məlun çölüm yoxdurmu? Mənə meydan vermir, daim qabağımı kəsir, əngəl törədir. Məsələn, keçən gün evimizin balkonundan baxırdım. Küçədə birini