TEAS PRESS

Все книги издательства TEAS PRESS


    Biletsiz sərnişin

    Ханимана Алибейли

    Xanımana Əlibəylinin yaradıcılığından uşaqlar üçün seçilmiş bu kitabda onun şeirləri və tapmacaları toplanıb. Şairənin öz kiçik sevimlilərinin qavrayış tərzinə uyğun əlvan bədii təsvir və ifadə vasitələri ilə təqdim etdiyi əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır. Onun kiçik yaşlı qəhrəmanları böyük mənəvi dəyərlərin daşıyıcılarıdır.

    Cəbhə xatirələri

    Исмаил Шихлы

    İsmayıl Şıxlının zəngin yaradıcılığından yeniyetmə və gənclər üçün seçilmiş bu əsərlər toplusunda onun cəbhə xatirələrinə yer verilib. Müəllim ailəsində dünyaya göz açmış və özü də uzun illər müəllimliklə məşğul olmuş yazıçının əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır.

    Könlüm Qarabağdadır

    Теймур Эльчин

    Kitabda Azərbaycan uşaq ədəbiyyatının klassiklərindən olan Teymur Elçinin uşaqların müxtəlif yaş dövrləri üçün nəzərdə tutulmuş əsərləri toplanılmışdır. Uşaq şeirləri, cizgi filmi üçün yazılmış ssenari, poema, nəğmə, tapmaca, yanıltmac və başqa bu kimi janrları əhatə edən örnəklər burada konkret başlıqlar altında sistemləşdirilmiş, folklordan müxtəlif istiqamətlərdə bəhrələnmə yolu ilə yaradılan nümunələrə xüsusilə diqqət yetirilmişdir.

    Saqqallı uşaq

    Cəlil Məmmədquluzadə

    Kitabda dahi yazıçı, publisist Cəlil Məmmədquluzadənin zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş satirik hekayələri toplanıb. Yazıçının uşaq dünyasına yol tapmış əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Cəlil Məmmədquluzadənin bu mirasının qədrini bilin!

    Məktəbə dəvət

    Рашид-бек Исмаил оглы Эфендиев

    Rəşid bəy Əfəndizadənin «Məktəbə dəvət» kitabında maarifçi ədibin şeirləri, təmsilləri, hekayələri və pyesləri toplanıb. XX əsrin əvvəllərində Azərbaycanda təhsilə yenilik gətirmiş və Qərb maarifpərvərlərinin əsərlərindən bəhrələnərək yeni tədris üsulunun əsasını qoymuş pedaqoq bütün ömrünü savadlı nəslin yetişdirilməsinə, cəhalət və savadsızlıqla mübarizəyə həsr edib. R.Əfəndizadə Azərbaycan Cümhuriyyəti dövründə təhsil sahəsində islahatlar keçirilməsində yaxından iştirak etmişdi. Sonradan, sovet işğalından sonra o, doğulduğu Şəki şəhərinə qayıdaraq yenə də pedaqoji fəaliyyətlə məşğul olub, ömrünün sonuna qədər əhalinin maariflənməsinə, uşaqların təhsil almasına xidmət göstərib. Onun bütün şeirlərində, pyeslərində cahillik ifşa olunur, elmin əhəmiyyəti təbliğ edilir. Öz əsərlərində zəhmətkeşliyə, bilik dalınca getməyə, Vətənə xidmətə səsləyən ədibin ən böyük arzusu dini təhsilin dünyəvi təhsillə əvəz olunması, mollaxanaların əvəzinə bəşər elmini tədris edən, dünya ilə ayaqlaşaqn kütləvi məktəblərin fəaliyyət göstərməsi idi.

    Kiçik qəhrəman

    Abdulla Şaiq

    Abdulla Şaiqin zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş bu kitabda onun ən yaxşı təmsilləri və hekayələri toplanıb. Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmış şairin əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Abdulla Şaiqin bu mirasının qədrini bilin!

    Gözəl Bahar

    Abdulla Şaiq

    Abdulla Şaiqin zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş bu kitabda onun uşaqlara həsr etdiyi pyesləri toplanıb. Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmış şairin əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Abdulla Şaiqin bu mirasının qədrini bilin!

    Ac həriflər

    Абдурагим-бек Ахвердов

    Əbdürrəhim bəy Haqverdiyevin zəngin yaradıcılığından yeniyetmə və gənclər üçün seçilmiş bu əsərlər toplusunda onun ən yaxşı dram əsərlərinə yer verilib. Bəy ailəsində dünyaya göz açmış görkəmli pedaqoqun əsərləri həm müəllimlər, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Əbdürrəhim bəy Haqverdiyevin bu mirasının qədrini bilin!

    Tıq-tıq xanım

    Abdulla Şaiq

    Abdulla Şaiqin zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş bu kitabda onun şeirləri, mənzum hekayələri və poemaları toplanıb. Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmış şairin əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Abdulla Şaiqin bu mirasının qədrini bilin!

    Yay səhəri

    Аббас Сиххат

    Abbas Səhhətin zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş bu əsərlər toplusunda onun ən yaxşı şeirləri, təmsilləri, hekayələri və pyeslərinə yer verilib. Cavan yaşlarından ömrünün sonuna qədər müəllimlik etmiş, dərsliklər yazmış ədibin əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Abbas Səhhətin bu mirasının qədrini bilin!