Abdulla Şaiq

Список книг автора Abdulla Şaiq



    Kiçik qəhrəman

    Abdulla Şaiq

    Abdulla Şaiqin zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş bu kitabda onun ən yaxşı təmsilləri və hekayələri toplanıb. Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmış şairin əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Abdulla Şaiqin bu mirasının qədrini bilin!

    Gözəl Bahar

    Abdulla Şaiq

    Abdulla Şaiqin zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş bu kitabda onun uşaqlara həsr etdiyi pyesləri toplanıb. Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmış şairin əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Abdulla Şaiqin bu mirasının qədrini bilin!

    Tıq-tıq xanım

    Abdulla Şaiq

    Abdulla Şaiqin zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş bu kitabda onun şeirləri, mənzum hekayələri və poemaları toplanıb. Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmış şairin əsərləri həm pedaqoqlar, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Abdulla Şaiqin bu mirasının qədrini bilin!

    Məktub yetişmədi

    Abdulla Şaiq

    Uşaqlara hədiyyə A.Səhhət və A.Şaiqin şeirləri

    Abdulla Şaiq

    Bu kitabda Azərbaycan uşaq ədəbiyyatının ilk kamil nümayəndələrindən olan Abdulla Şaiq və Abbas Səhhətin uşaqlara həsr olunmuş şeirləri toplanmaşdır. Abdulla Şaiqin şeirlərinin başlıca mövzusu heyvanlar aləmi idi. Burada birinci növbədə ev quşları və ev heyvanları (“Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Yetim cücə”, “Təpəl kəlim”, “Dovşan”, “Bir quş, “Quzu” və b.) şairin qələmində yeni-yeni obrazlara uşaqların əyləncəsinə çevrilirdi. Şairin heyvanlar aləminə tez-tez müraciət etməsi təbii idi. Belə ki, balacalar adətən heyvanların məişətinə daha çox maraq göstərir, onlarla əylənməyi, təmasda olmağı, onları öz oyunlarına cəlb etməyi sevirlər. Kənd məişətinə yaxşı bələd olan Abdulla Şaiq ev heyvanlarının hər birini öz təbiətinə, fərdi davranış və əlamətlərinə görə təsvir etmişdir. A.Səhhətin də yaradıcılığında uşaq əsərləri öz təbiiliyi və səmimiliyi ilə əks olunmuşdur. Lirik şeirləri, mənzum hekayələri, nəğmələri, təmsilləri, pyesləri, Rus və Qərb ədəbiyyatından elədiyi tərcümələr A.Səhhətin uşaq ədəbiyyatına dərin bələd olmasını göstərirdi. “Ata və oğul”, “Ana və bala”, “Ana və uşaq”, “İki uşaq”, “Məktəb şagirdi”, “Tənbəl” şeirlərində A.Səhhət ən əvvəl uşaqları məktəbə, təhsilə, elm və maarifə çağırırdı. Bunu uşaqların təbii həvəsinin nəticəsi kimi ifadə edir.

    Xatirələrim

    Abdulla Şaiq

    XX əsr Azərbaycan ədəbiyyatının və maarifinin görkəmli nümayəndələrindən biri olan Abdulla Şaiqin “Xatirələrim”i “Xan” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən təqdim etdiyi növbəti kitabdır. Kitabda görkəmli maarifçi ziyalının uşaqlığı, böyüyüb formalaşdığı Tiflis mühiti, Mirzə Fətəli Axundovla atasının münasibətləri, Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi ziyalılarla ünsiyyəti, Xorasandakı, Bakıdakı həyatı və s. öz əksini tapıb. Kitab XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan ziddiyyətli, təzadlı şəraiti, erməni-müsəlman hadisələrini də şairin xatirələri fonunda görməyinizə şərait yaradacaq.