TEAS PRESS

Все книги издательства TEAS PRESS


    Evini də sahmana sal, həyatını da

    Мари Кондо

    Səliqə-sahman üzrə tanınmış yapon məsləhətçisi, bu işin mahir bilicisi Mari Kondonun “Səliqə-sahmanın həyatımızı dəyişən möcüzəsi” kitabı bütün dünyada insanların həyatında və evlərində əsl inqilab yaratdı. İndi isə “Evini də sahmana sal, həyatını da” adlı bu master-klass vəsaitində müəllif “KonMari metodu”nu ətraflı şəkildə və illüstrasiyalarla təsvir edir, əşyaların kateqoriyalar üzrə saf-çürük edilməsi, köynəklərdən başlamış corablara qədər bütün paltarların qatlanması və onların, həmçinin digər əşyaların siyirmə və rəflərə yerləşdirilməsi üsullarını izah edir. Mari Kondo bu kitabında həm də tez-tez verilən sualları cavablandırır, o cümlədən “çox vacib”, lakin sevinc bəxş etməyən əşyalarla bağlı məsləhətlər verir. Bu hərtərəfli master-klass vəsaiti mətbəx avadanlıqları, təmizlik ləvazimatları, hobbi əşyaları və rəqəmsal fotoşəkillər də daxil olmaqla, hər şeylə bağlı dəyərli tövsiyələr sayəsində evinizi də sahmana salacaq, həyatınızı da…

    Qara yol

    Жан-Кристоф Гранже

    "…Dolabın içində qorxudan büzüşüb titrəyərkən, çətinliklə nəfəs alarkən anamın asqıdakı paltarları üzümə toxunaraq məni sanki oxşayırdı. Bu toxunuş mənə həmişə əzab verirdi. Bambuk yarpaqları da üzümə toxunanda özümü eləcə, dolabdakı kimi hiss edirəm. O paltarların yenidən üzümü oxşadığını duyuram…" Psixoloji triller janrında yazılmış bu detektiv əsərdə əsas qəhrəmanlardan biri – Jak Reverdi ziddiyyətli cani-şəxsiyyət obrazı kimi müxtəlif rakurslardan işıqlandırılır. Onun idmanın suya dalma növü üzrə çempion olduğu mərhələyə qədərki yaşantıları və böyük idmandan ayrılandan sonrakı taleyi qəfil alışıb-yanan, dərhal da sönən təsirli səhnələr fonunda qələmə alınmışdır. "Qaranlıq dolab"…"Tez gizlən, ata gəlir!"… Bunlar Jakın taleyindən qara xətt kimi keçərək həyata «vəsiqə almış» anlamlardır. Ruhuna hakim kəsilən, zehnini zəhərləyən və kabusa çevrilərək bütün həyatını izləyən bu məfhumlar, əfsus ki, onun qorxunc uşaqlığının, arzuolunmaz analı illərinin «yadigar»ıdır. Yazıçı qəhrəmanının xarakterinin açılmasına kömək kimi bir jurnalist-müxbirin – uşaqlığı, gəncliyi Reverdidən heç də «mülayim» və asan keçməyən Markın səy və bacarıqlarını, peşəsi uğrunda hansı risklərə getdiyini sadə faktlarla təsvir edir. Bu iki şəxsin sanki yaxınlaşan psixoloji durumu əsərin finalına doğru aydın səmada şimşək effekti yaradır. Onların oxşar sonluğu – əslində özlərinin heç təsəvvür də etmədiyi psixoloji uyğunluqlarının təsdiqi faktı narahat nəfəsi getdikcə daha çox duyulan «vulkan» partlayışının son nidası olur.

    Art və Xaos

    Qaraqan

    O qədər də tanınmayan balaca bir ölkənin həddən artıq məşhur rok ifaçısı Eyden Nyu-Yorka köçür. Ulduz statusundan, konsertlərdən və milyonların sevgisindən bezib böyük bir meqapolisin beton küçələrində heç kim olmaq… Eyden uzun illər axtardığı azadlığı yalnız hər şeyini itirəndən sonra tapır. “Sıradan biri” olmaqdan ləzzət ala-ala yaşayan musiqiçi Art və Xaosla üzləşir. Nədir Art və Xaos? Amerikalı gənclər Nyu-Yorkdan iki saatlıq məsafədə yerləşən “Art və Xaos” adlı bu qəribə hostelə toplaşıb nə edir? Ən əsası Xloe kimdir? Amerikalı qızla Eydenin arasında baş verənlər İncəsənətdir, yoxsa Xaos? ART və XAOS… Bu, İNCƏSƏNƏTin və HƏQİQƏTin, YALANın və DOĞRUnun mübarizəsidir. Burada Nyu-York həyatının xırdalıqları, Nyu-York gənclərinin ruhu, arzuları, azad seksual həyatı “Draft Beer” kimi filtrdən keçmədən, təmizlənmədən təqdim olunub. Mentalitet Nazirliyi isə xəbərdarlıq edir: Eydenlə Xloe arasında olan hisslər “Nə deyərləriniz?”in sağlamlığına ziyandır.

    Xəstə ruhlar

    Elxan Elatlı

    Bu mahalda baş verən faciələrin kökü 150 il əvvələ gedir. Rus pristavı o zaman nəsil şəcərəsinin bir ucu Səfəvilərə gedib çıxan Turkərənli Qaraxan ağanın barlı-bəhərli torpaqlarına bir erməni ailəsini köçürür. Özünü məzlum göstərən Karapet az sonra əsl niyyətini gercəkləşdirməyə, bu torpaqlara yiyələnmək üçün plan qurmağa başlayır. O, 14 yaşlı gözəl qızını min hiylə ilə Qaraxan ağanın oğlu Əbdül bəyin yatağına salmağa nail olur. Erməni qızı türk bəyindən hamilə qalır. Xan qızı olan halal arvadından hələ övladı olmayan Əbdül bəy ermənilərin pristava şikayət edəcəyindən qorxub uşağa yiyə durur. Onun əvvəlcə erməni qızından, sonra isə türk arvadından iki oğlu doğulur. Karapetin çuğulluğu və xəyanətləri uzə çıxanda Qaraxan ağa bu ailəni mahaldan qovur, erməni qızından olan Cəmil adlı nəvəsini isə özundə saxlayır. Amma bu uşaq hər halda erməni südü əmmişdi. O, sonralar ana qohumlarını Qaraxan ağanın yurduna gətirib burada yerləşdirəcək, törəmələri 1918-ci il soyqırımında ermənilərin tərəfini tutacaq, mahalda ta indiyədək bir-birinin ardınca qanlı cinayətlər baş verəcəkdi.

    Ailə sirləri

    Чингиз Абдуллаев

    "…Suzanna da böyük bacısının əlindən boğaza yığılıb. Marta onu həmişə əzib, ağzından vurub, ona acıqlanıb və gərəksiz yerə qəyyumluq edib. Suzannanın yerinə bir başqası olsaydı, bacısının himayəsindən çoxdan imtina edərdi. Amma Suzanna dözüb. Aydın məsələdir, onun öz böyük bacısını qətlə yetirməsinə bir səbəb ola bilərdi. Amma adamı bir məsələ çaşdırır. Qatil zəhəri ağ şərab qədəhinə atmayıb. Çünki başa düşüb ki, zəhərin qovuqcuqları onun cinayətini aşkara çıxara bilər. Məqam güdüb, qonaqlara köpüklənən şampan şərabı süzüləndə isə zəhəri qədəhə töküb…" Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin «„Ailə sirləri“» adlı romanında Qazaxıstandan Avropaya köçmüş qohumlar arasındakı düşmənçilikdən, onlardan birinin müəmmalı şəraitdə öldürülməsindən bəhs olunur. Gənc almaniyalı qadın Emma Vihert məşhur xəfiyyə Dronqonu Potsdama ‒ yaşlı qohumunun yubileyinə dəvət edir. Onlar çoxdan tanış idilər. Emma Dronqonun nadir qabiliyyətindən xəbərdar idi. Məhz buna görə də yubileydə beynəlxalq ekspertin iştirakında hamıdan çox Emma maraqlı idi. Necə deyərlər, hər ehtimala qarşı… Çünki qadın intuisiyası Emmaya deyirdi ki, banketdə nəsə bir hadisə baş verməlidir. Bəli, gənc qadın yanılmamışdı – tədbirin səbəbkarı olan Martanı ziyafətin ən vacib məqamında zəhərləyib öldürürlər. Dronqo vaxt itirmədən təhqiqata başlayır və dərhal başa düşür ki, qatil… səhvə yol verib… Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Altıncı yuxu

    Бернар Вербер

    Yuxu keçmişinizdəki və gələcəyinizdəki özünüzlə ünsiyyətə girməyə imkan yaradır. Şüursuzluğunuzun qapılarını sizin üzünüzə açır. Sizi öz şəxsiyyətinizlə üz-üzə qoyur. Burada real dünyanın fiziki qanunları işləmir, burada zaman bir xətt üzrə inkişaf etmir. Məhz buna görə də Bernar Verberin «„Altıncı yuxu“» romanı bu sualla başlayır: «„Yaxşı yatırsınız?“» Fransız yazıçısı Bernar Verber «„Altıncı yuxu“» romanında oxucunu yuxu dünyasına macəra dolu düşündürücü, maarifləndirici səyahətə, insan beynini qarış-qarış gəzməyə dəvət edir. Əsərin 28 yaşlı qəhrəmanı Jak Klayn yuxuda gələcəkdəki 48 yaşlı Jak Klaynla görüşür. Bütün əhvalatlar da elə bundan sonra başlayır. Jak Klayn insan həyatının hələ nəzarət altına alınmamış tərəfinə – yuxular, təxəyyüllər dünyasına nüfuz edərək, anasını, eyni zamanda bəşəriyyəti xilas etmək istəyir. Gerçək dünya ilə yuxu dünyası arasındakı sərhəddi aşmaq… «„Çünki sistemin necə təşkil olunduğunu başa düşmək üçün o sistemdən mütləq kənara çıxmalısan“» – deyir yazıçı. İndi isə… Təsəvvür edin ki, siz 20 il keçmişə qayıda və yuxuda gəncliyinizlə, 20 il əvvəlki özünüzlə görüşə bilərsiniz. Ona nə deyərdiniz?

    Seçilmiş əsərləri

    Узеир Гаджибеков

    Azərbaycan musiqi mədəniyyətinin sütunlarından olan Üzeyir Hacıbəyli (1885-1948) bütün həyatını milli mədəniyyətin inkişafına və milli şüurun yüksəldilməsinə həsr etmiş nəhəng tarixi şəxsiyyətdir. O, Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi və Azərbaycan opera məktəbinin qurucusu kimi böyük şöhrət qazanıb, bəstəkar, dirijor, musiqişünas, publisist, jurnalist, dramaturq, pedaqoq, ictimai xadim, alim və naşir kimi misilsiz işlər görüb. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, professor, Azərbaycan Konservatoriyasının rektoru, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri, 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı, Azərbaycan SSR EA İncəsənət İnstitutunun direktoru olan görkəmli ziyalı tarixə İslam dünyasında ilk operanın və bir əsrdə Azərbaycan xalqının yaratdığı hər iki himnin müəllifi kimi düşüb. “Leyli və Məcnun”, “Şeyx Sənan”, “O, olmasın bu olsun”, “Arşın mal alan”, “Rüstəm və Zöhrab”, “Şah Abbas və Xurşud Banu”, “Əsli və Kərəm”, “Koroğlu”, “Sənsiz”, “Sevgili canan” və digər əsərləri Azərbaycan mədəniyyətini bütün dünyada tanıdıb və müəllifinə cahanşümul şöhrət qazandırıb.