Alatoran yayınları

Все книги издательства Alatoran yayınları


    İblislə savaşanlar

    Стефан Цвейг

    Kitabda XIX əsr Alman mədəniyyətinin böyük şəxsiyyəti Niçşenin sarsıntılarla dolu həyatından bəhs olunur. Kitabda xüsusi olaraq oxucular üçün Niçşe adlı bioqrafik oçerki təqdim edilib.

    Nilsin vəhşi qazlarla səyahəti

    Selma Lagerlof

    Nilsin Vəhşi Qazlarla Qəribə Səyahəti – Selma Laqerleyf Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir və iş elə gətirir ki, vəhşi qazlarla səyahətə çıxmalı olur. Onlarla cürbəcür macəralar baş verir, əsərin qəhrəmanı Nils müxtəlif təhlükələrlə qarşılaşır, lakin hər dəfə onun köməyinə dostları çatır. Bütün bu sınaqlar Nilsi cəsarətli və düz olmağı, təmizliyə və öz sözünün üstündə dayanmağı öyrədir.

    Keçmişdən gələn səslər

    Болеслав Прус

    Boleslav Prus (1847-1912) polyak ədəbiyyatının görkəmli xadimlərindən biridir. Yoxsullaşmış şaxtaçı ailəsində doğulub. Valideynlərini tez itirdiyindən 1863-1864-cü illər üsyanının iştirakçısı olan qardaşının himayəsində böyüyüb. 1863-cü ildə gimnaziyada oxuyan Prus üsyançılara qoşulub, döyüşdə yaralanıb, sonra da çar qoşunları tərəfindən həbs edilib. 1866-1868-ci illərdə Varşavadakı Baş məktəbin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Evlərdə dərs verib və zavodda işləyib. Ədəbi fəaliyyətə 1872-ci ildə başlayıb. Varşava qəzetlərində felyetonlarla çıxış edib və ilk yazıları oxucuların rəğbətini qazanıb. Bədii yaradıcılığa yumoristik hekayələrlə başlayan Prus sonralar ictimai novellaya keçib. O, polyak ədəbiyyatında ilk dəfə fəhlə mövzusunda əsər yazıb. Boleslav Prus “Forpost” povestinin, “Kukla” və “Firon” kimi geniş yayılmış romanların və başqa əsərlərin müəllifidir. “Keçmişdən gələn səslər” kitabında B.Prusun ən yaxşı hekayələri seçilərək toplanmışdır.

    Kataloniyanı Xatırlarkən

    Джордж Оруэлл

    Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir. Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruell 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən “Kataloniyaya məhəbbətlə” kitabını qələmə almışdır.

    Uşağı necə sevməli

    Yanuş Korçak

    Yanuş Korçak (1878-1942) – yəhudi əsilli polyak yazarı, pedaqoq, həkim, ictimai xadim olmuşdur. 1911-ci ildən Korçak həkimlik sənətini buraxaraq özünü yetim uşaqlara həsr edib, xeyriyyəçilər taparaq yəhudi uşaqlar üçün “Yetimlər Evi” yaradıb və ömrünün axırınadək ona rəhbərlik edib. Eyni zamanda yazıçılıqla məşğul olub, “Uşaqları necə sevməli” adlı kitab yazıb. “Yetimlər Evi”ndə uşaqların özünüidarəetməsi sahəsində novator ideyalarını tətbiq edib, pedaqogikanın uşaqlar haqqında elm deyil, insan haqqında elm olduğunu irəli sürüb. Y.Korçakın uşaqlar üçün yazdığı çoxsaylı əsərləri, tərbiyə haqqında yazdığı 20 kitabı, məqalə və gündəlikləri uşaq psixologiyasının dərinliklərini öyrənməkdən ötrü qiymətli mənbədir, bu əsərlər yazıçını dünyanın ən böyük pedaqoqları sırasına qoyur. Təsadüfi deyil ki, 1978-ci il UNESCO səviyyəsnidə Yanuş Korçak ili elan olunub. Korçakın qəhrəmanlığı və əzabkeşliyi əfsanəyə çevrilib, haqqında çoxlu əsərlər yazılıb və filmlər çəkilib, Polşada və Yerusəlimdə abidələri ucaldılıb. 1942-ci ildə hitlerçilər “Yetim Evini” köçürmək əmrini verəndə, Yanuş Korçak 200 uşaqla birlikdə yük vaqonlarına doldurulub qaz kamerasına göndərilir. Son anda Korçakın azad olunmaq əmri gəlir. Lakin, Y.Korçak uşaqlardan ayrılmaq istəmir, könüllü olaraq onlarla birlikdə ölümü seçir.

    Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları

    Multatuli

    Eduard Daues Dekker (12 mart 1820 – 19 fevral 1887) daha çox “Multatuli” (latın dilindən tərcümədə “mən çox əziyyət çəkmişəm”) ləqəbi ilə yazan Niderlandlı yazardır. Yazara məşhurluğu daha çox onun 1860-cı ildə satirik üslubda yazdığı “Maks Havelaar” gətirmişdir. “Maks Havelaar”la Niderlandın Şərqi Hindistandakı (bu günün İndoneziyası) müstəmləkə siyasəti, yeri əhaliyə zülmləri, torpaqlarını zəbt edib onları səfil duruma salmaları, usta bir qələmlə təsvir edilib. Multatuli Niderlandın ən böyük yazarlarından biri hesab edilir. 1838-ci ildə İndoneziyaya yola düşən Multatuli orada bir çox hökümət vəzifələrində çalışmışdır. 1856-cı ildə Lebakın komendant köməkçisi postundan özü könüllü istefa verərək Avropaya qayıtmışdır. İstefasına səbəb yerli əhalinin zülmə məruz qalması, mal-qarasının talanması, ödənişsiz işlərə cəlb edilməsi ilə bağlı hazırlayıb Niderland hökümətinə təqdim etdiyi raporta istədiyi reaksiyanı görməməsi olmuşdur. Niderlandın müstəmləkə siyasəti ilə bağlı şahidlik etdiyi qanunsuzluqları və qalmaqallı olayları geniş ictimaiyyətə çatdırmaqda qərarlı olan Multatuli Avropaya döndükdən sonra da gördüyü, vəzifədə olarkən şahidlik etdiyi iyrənc qanunsuzluqlarla bağlı qəzetlərdə və jurnallarda məqalələrlə çıxış etmişdir. Maks Havelaar İndoneziyanın Yava adasında çalışan niderlandlı dövlət qulluqçusudur. O, Niderlandın müstəmləkəsi olan İndoneziyada baş alıb gedən zülmlərə, qəsblərə, talanlara qarşı mübarizə aparıb haqqı bərqərar etmək üçün alışıb-yanır. Müəllif müstəmləkə siyasətini bütün çılpaqlığı ilə, iyrəncliyi ilə açaraq oxucuya çatdırır. Əksər ədəbi tənqidçilər əsəri avtobioqrafik hesab edir və kitabdakı hadisələrin XIX əsrin ikinci yarısı Niderlandın müstəmləkəsi olan İndoneziyadakı zülm və ədalətsiz olaylarından götürüldüyünü bildirir. İkiüzlü məmurlara, onların yerli, satılmış, öz xalqına zülm edən əlaltılarına qarşı bu şəxsin mübarizəsi nə ilə nəticələnəcək? Ədalət zəfər çalacaqmı?

    Bibilər

    Cyriel Buysse

    “Bibilər” Belçikalı böyük yazıçı Cyriel Buyssenin (1859 -1932) dahiyanə əsəridir. Romanda hadisələr XX əsrin əvvəllərində cərəyan edir və kiçik mülkədar Dufour’un faciəvi taleyindən söhbət açılır. Klemens bibi, Estel bibi və Viktoriya bibi çoxlu var-dövlət sahibi olduqlarına görə ailədə hökmranlıq edirlər və özlərinin əxlaq dəyərləriylə ata Dufoura və oğlu Maksa təzyiq göstərirlər. Qızları Klara, Adriana və Esme də bibilərin əsarəti altındadır və gələcəkdə onlar kimi əfi ilan olmanın bir addımlığındadırlar. Romanda Cyriel Buyssenin flamand cəmiyyətinə qarşı güclü ittihamının şahidi olacaqsınız. Ustalıqla qələmə alınmış dialoqlar, yazıçının incə yumor hissi və lirik təsvirlər “Bibilər” romanını bu günədək sevilərək oxunan əsərlər sırasına çıxarmışdır. Yazıçının pula görə əyilən, yaltaqlanan insanları gülüş hədəfinə çevirməsi bu günün özünədək aktuallığını qoruyub saxlayır. Xüsusən Azərbaycan oxucuları burada öz cəmiyyətimizə xas olan tanış səhnələrlə qarşılaşacaqlar.

    Mənim mübarizəm - 8

    Seymur Baycan

    "Mənim mübarizəm – 8" kitabında müəllifin məqalələri, müsahibələri və hekayələri yer alıb.

    Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922

    Fərhad Cabbarov

    Əsərdə XX əsrin ilk rübündə Bakı nefti uğrunda gedən beynəlxalq mübarizə, xarici dövlətlərin maraqları, Bakı neft sənayesinin iqtisadi və sosial problemləri araşdırılır. Zəngin arxiv materiallarına istinad etməklə 1918-ci ildə neft sənayesinin milliləşdirilməsi, region uğrunda hərbi-siyasi rəqabət və onun Bakı nefti uğrunda mübarizə ilə əlaqəsi, 1920-ci il aprel işğalından sonra neft sənayesində vəziyyət, Bakı neft rayonunda konsessiya siyasəti və digər məsələlər ətraflı işıqlandırılmışdır. Əsər tarixçilər, politoloqlar, beynəlxalq münasibətlər sahəsində mütəxəssislər üçün nəzərdə tutulub.

    Qafqazlardan Volqaya

    Фритьоф Нансен

    Kitab Nansenin Qafqazdakı ekspedisiyası haqqında məlumatı ehtiva edir və kəşfiyyat tarixinə marağı olan hər kəs üçün hərtərəfli tövsiyə olunan maraqlı əsərdir.