Yanuş Korçak , əslində Henrik Qoldşmit, həmçinin Qoca Həkim və ya Cənab Həkim kimi tanınan – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim və Polşa Ordusunun zabiti olmuşdur. Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. “Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi” – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi. Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk “Qısa xülasə” adlı jurnalını yaratmışdır. Uşaq psixologiyası və inkişafı, həmçinin tərbiyə diaqnostikası sahəsində araşdırmalarının təşəbbüsçülərindən biri di.
Yanuş Korçak (1878-1942) – yəhudi əsilli polyak yazarı, pedaqoq, həkim, ictimai xadim olmuşdur. 1911-ci ildən Korçak həkimlik sənətini buraxaraq özünü yetim uşaqlara həsr edib, xeyriyyəçilər taparaq yəhudi uşaqlar üçün “Yetimlər Evi” yaradıb və ömrünün axırınadək ona rəhbərlik edib. Eyni zamanda yazıçılıqla məşğul olub, “Uşaqları necə sevməli” adlı kitab yazıb. “Yetimlər Evi”ndə uşaqların özünüidarəetməsi sahəsində novator ideyalarını tətbiq edib, pedaqogikanın uşaqlar haqqında elm deyil, insan haqqında elm olduğunu irəli sürüb. Y.Korçakın uşaqlar üçün yazdığı çoxsaylı əsərləri, tərbiyə haqqında yazdığı 20 kitabı, məqalə və gündəlikləri uşaq psixologiyasının dərinliklərini öyrənməkdən ötrü qiymətli mənbədir, bu əsərlər yazıçını dünyanın ən böyük pedaqoqları sırasına qoyur. Təsadüfi deyil ki, 1978-ci il UNESCO səviyyəsnidə Yanuş Korçak ili elan olunub. Korçakın qəhrəmanlığı və əzabkeşliyi əfsanəyə çevrilib, haqqında çoxlu əsərlər yazılıb və filmlər çəkilib, Polşada və Yerusəlimdə abidələri ucaldılıb. 1942-ci ildə hitlerçilər “Yetim Evini” köçürmək əmrini verəndə, Yanuş Korçak 200 uşaqla birlikdə yük vaqonlarına doldurulub qaz kamerasına göndərilir. Son anda Korçakın azad olunmaq əmri gəlir. Lakin, Y.Korçak uşaqlardan ayrılmaq istəmir, könüllü olaraq onlarla birlikdə ölümü seçir.