“Azərbaycan nağılları” silsiləsində xalqımızın qədim dünyagörüşü, ümumiləşdirilmiş qəhrəman obrazları, ibrətamiz əhvalatlar, xeyirlə şərin əbədi-əzəli mübarizəsi və s. kimi mövzulara rast gələ bilərsiniz. Bu kitabda "Günəşin nağılı", "Göyərçin və qarışqanın nağılı", "Hiyləgər keçinin nağılı", "Tülkü, tülkü, tünbəki" və "Hatəm və qoyun dərisinə girmiş qurdun nağılı" yer alıb.
“Azərbaycan nağılları” silsiləsində xalqımızın qədim dünyagörüşü, ümumiləşdirilmiş qəhrəman obrazları, ibrətamiz əhvalatlar, xeyirlə şərin əbədi-əzəli mübarizəsi və s. kimi mövzulara rast gələ bilərsiniz. Bu kitabda "Göyçək Fatmanın nağılı", "Pəri xanımın nağılı" və "Ağıllı qocanın nağılı" yer alıb.
“Azərbaycan nağılları” silsiləsində xalqımızın qədim dünyagörüşü, ümumiləşdirilmiş qəhrəman obrazları, ibrətamiz əhvalatlar, xeyirlə şərin əbədi-əzəli mübarizəsi və s. kimi mövzulara rast gələ bilərsiniz. Bu kitabda "Daşdəmirin nağılı" yer alıb.
“Azərbaycan dastanları”nın bu cildinə müasir dastanlardan şair Nəbi Kəlbəcərlinin “Dilsuz və Xəzangül”ü, Aşıq Əli Köçəsgərlinin “Şahzadə Bəhrəm”i ilə “Fərhad və Şirin”i, şair Novruzun “Sam şahzadə”si, Aşıq Şəmşirin “Şəmşir və Sənubər”i ilə yanaşı, kökünü əsasən xalq dastanlarından alan, folklora xas qədim ənənəni – şifahi yolla yaranma, təkmilləşmə xüsusiyyətlərini yaşadıb-qoruyan “Şahzadə Seyfəlmülük və Bədiəlcamal”, “Mahmudla Nigar”, “Arzı – Qənbər”, “Aşıq Alı” kimi dastan nümunələri daxil edilmişdir. Mövzusu əsasən qəhrəmanlıq, sevgi, vətənpərvərlik olan həmin dastanlar el şairləri və telli saz ustadları tərəfindən yaradılmış olub məclislərdə özünə geniş yer tapmış, sazın, sözün müşayiəti ilə ifa olunaraq maraqla dinlənilmişdir. Bəlli bir qismi fərdi yaradıcılıq məhsulu olaraq meydana çıxan XX əsrin yadigarı bu dastanlar öz səviyyəsi, epizodlarının zənginliyi, süjet xətlərinin rəngarəngliyi, macəralarının maraqlı olması ilə klassik dastanlara nisbətən zəif təsir bağışlasa da, məzmunlarının dolğunluğu baxımından onlardan aşağıda dayansa da, klassik dastan irsinin davamı kimi diqqəti cəlb etməkdədir.
Azərbaycan xalq dastanlarının bu cildində əsrlərin sınağından çıxaraq xalqımızın mənəvi aləminin, bədii təfəkkürünün, estetik zövqünün zənginləşməsində müstəsna rol oynamış, mövzuca rəngarəng dastan nümunələri toplanmışdır. Onlardan türk xalqları folklorunda şərəfli yer tutan “Aşıq Qərib”, “Əmrah”, “Şah İsmayıl”, “Səlim şah”, “İrvahım” və b. buna misal ola bilər. Cərəyan edən hadisələrin təbii, inandırıcı və səmimi olmağı ilə seçilən, qədim və çoxvariantlı “Aşıq Qərib” dastanında iki gəncin qarşılıqlı sevgisi, bir-birinə qovuşmaq arzusu böyük ilhamla tərənnüm olunur. Qəhrəmanlıqla məhəbbət motivlərini özündə birləşdirən, qəhrəmanın öz arzusuna yalnız sözün gücü ilə deyil, qılınc gücüylə yetdiyi “Şah İsmayıl” dastanı qədim inam və etiqadlarla səsləşən nağıl elementlərinin zənginliyi ilə diqqəti çəkir. Cilddə gedən digər nümunələrdən – “Səlim şah”, “İrvahım” dastanlarında ailə-əxlaq məsələləri əks etdirilir, hadisələr ailə-məişət çərçivəsində cərəyan edir. Ana dilinin sehrkar gözəlliyi, milli xarakterin ruhu və dərin mahiyyəti təqdim olunan nümunələrdə aydın ifadəsini tapır.
Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. Təqdim olunan cildə daxil edilmiş, xalq içərisində sevilib geniş yayılan “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Məhəmməd və Güləndəm”, “Leyli və Məcnun” və s. dastanlar bu qəbildəndir. Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. Təqdim olunan cildə daxil edilmiş, xalq içərisində sevilib geniş yayılan “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Məhəmməd və Güləndəm”, “Leyli və Məcnun” və s. dastanlar bu qəbildəndir.
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırılır. Təqdim olunan kitab elin bu şifahi söz sənəti incilərindən – haqq aşığı Qurbani haqqında rəmzi-məcazi səciyyəli “Qurbani”, astral məzmunlu “Tahir və Zöhrə”, Dədə Qorqud dünyası ilə çox yaxından səsləşən “Novruz”, ailə-məişət mövzulu “Alı xan”, eləcə də qəhrəmanlıq dastanlarından məhəbbət dastanlarına keçid təsiri bağışlayan “Lətif şah”, “Şahzadə Əbülfəz” kimi çox sevilən, xalqın duyğu və düşüncələrini, istək və arzularını bütün əlvan yönləriylə tərənnüm edən dastanlar daxil edilmişdir. Geniş yayılan bu dastanlarda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər.
Bu kitabda dahi mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi” poeması uşaqlar üçün sadələşdirilmiş şəkildə, nəsrlə təqdim olunub. Sən bu kitabı oxumaqla həm böyük ədib Nizami Gəncəvinin yaradıcılığı ilə tanış olacaq, həm də həyati məsələlərdə düzgün qərar vermək, həmişə doğrunun, haqlının yanında durmaq kimi əxlaqi keyfiyyətləri mənimsəyəcək, özündə ədalətin gec-tez qələbə çalacağına birmənalı inam formalaşdıracaqsan.