Hekayələr və Təmsillər. Qasım bəy Zakir

Читать онлайн.
Название Hekayələr və Təmsillər
Автор произведения Qasım bəy Zakir
Жанр
Серия Uşaq ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

s>Qasım bəy Zakir

      TƏMSİLLƏR,

      HEKAYƏLƏR

      uşaqlar üçün

      DƏVƏSİ İTƏN KƏS

      Günlərin bir günü qoca bir kişinin dəvəsi itir. O, kədər-li, qəmli gəzməkdənsə, günlərini şad və sevincli keçirirdi. Dəvəsinin itməsinə baxmayaraq, onun xoşbəxtliyi hər kəsi tə-əccübləndirirdi. Özünü ağıllı hesab edən bir adam dəvəsi itmiş kişiylə rastlaşır. Ondan itmiş dəvə üçün kədərlənmək əvəzinə, nəyə görə fərəhli olduğunu soruşur və onu bu hərəkətinə görə cahil adlandırır.

      Kişi bu sözün qarşılığında deyir: – Mən nə dəliyəm, nə də arsız, sadəcə olaraq, Allaha ümidim var. Əgər dəvəmi tap-sam, çox xoşbəxt olaram. Amma dəvəm tapılmasa, bu mənim üçün ən böyük faciədir.

      Kişini dinlədikdən sonra özünü ağıllı hesab edən adam: "Sənin nə qədər sərsəri, lazımsız adam olduğunu başa düş-düm", – deyib ondan uzaqlaşmaq istəyəndə dəvəsi itmiş kişi ona deyir:

      – Ağıllı insanın ürəyinə şeytan yol tapmamalıdır. Qəmi olan nə özünü pərişan edib, düşməni şad etməli, nə də sevincli olub başqalarının rişxənd dolu sözlərini eşitməlidir. Bütün gün çöldə, dərə-təpədə itirdiyi mülkü axtarmaq quldurların işidir. Evdə oturub malını itirdiyinə görə ağlamaqsa, qadınlara məx-sus bir xüsusiyyətdir.

      Bir az danışdıqdan sonra dəvəsi itmiş şəxs özünü ağıllı hesab edən şəxsə yenidən üzünü tutaraq deyir: – "Məgər şair-lərimizin daha əvvəldən bu məzmunda yazdıqları şeiri oxu-ma-mısanmı? Dünyanın əzab-əziyyətindən, rahatlığından nə qəm-ginləşmək, nə də şad olmaq lazımdır. Çünki bu, dünya-nın adətidir: bir günün xoş, bir günün isə naxoş keçər".

      TESTLƏR

      1. Dəvəsi itmiş kişinin fikrincə şeytan hansı insanın ürəyinə yol tapmamalıdır?

      A) Savadlı

      B) Dəliqanlı

      C) Ağıllı

      2. Özünü ağıllı hesab edən adam dəvəsi itmiş kişini nə üçün cahil adlandırır?

      A) İtmiş dəvə üçün kədərlənmək əvəzinə fərəhli olduğuna görə

      B) Dəvəsini axtarmadığına görə

      C) Allaha inanmadığına görə

      3. Dəvəsini itirmiş kişinin fikrincə evdə oturub malını itirdiyinə görə ağlamaq kimə məxsus xüsusiyyətdir?

      A) Tacirlərə

      B) Qadınlara

      C) Tənbəllərə

      4. Dəvəsini itirmiş kişinin ümidi kimə idi?

      A) İnsana

      B) Ağıllı kişiyə

      C) Allaha

      5. Bütün günü çöldə, dərə-təpədə gəzərək, itirdiyi mülkü axtarmaq dəvəsi itmiş kişinin fikrincə kimlərin işidir?

      A) Quldurların

      B) Varlıların

      C) Kasıbların

      SUALLAR

      1. Sənin fikrincə dəvəsini itirmiş kişi dəvəsini axtarmamaqda haqlı idimi?

      _____________________________________________________

      _____________________________________________________

      2. Özünü ağıllı hesab edən şəxs dəvəsini itirmiş kişini cahil adlandırmaqda haqlı idimi?

      _____________________________________________________

      _____________________________________________________

      3. Sənə görə şeytan hansı insanların qəlbinə yol tapır?

      _____________________________________________________

      _____________________________________________________

      Şirin bala, nağılda ən çox bəyəndiyin qəhrəmanın rəsmini dördbucaqlının daxilinə çək.

      

Nağıl ağacının budaqlarına öz fikirlərini yaz.

      Bəyəndiyin obraz:

      Mənfi obraz:

      Nağılda xoşuna gələn cümlə:

      Halına acıdığın obraz:

      Nağılın ideyası:

      Hadisələrin baş verdiyi məkan:

      Müsbət obraz:

      Əsərin janrı:

      Nağılın mövzusu:

      Nağılın baş qəhrəmanı:

      TÜLKÜ və QURD

      Bir gün tülkü yemək tapmaq ümidi ilə ətrafı seyr edərək gəzirdi. Obasından bir az uzaqlaşdıqdan sonra kənara atılmış bir quyruq görür. Tülkü quyruğa diqqətlə baxdı və onun ətrafında qurulan tələni gördü. O, yeməyə yaxınlaşmayıb kənara çəkildi və yoluna davam etdi. Tülkü gəzərkən bir qurda rast gəlir. O, qurda yaxınlıqda yemək olduğunu deyir və onu məcbur özü ilə aparır. Bir az getdikdən sonra onlar quyruğu görürlər. Qurd tülkünün yeməyi tapdığı halda onu yemədiyinə və ona təklif etməsinə təəccüb edirdi. Tülkü qurdun şübhələnməməsi üçün ona qəza orucu olduğunu və onu yerinə yetirmək üçün quyruğu yemədiyini deyir. Neçə gün idi ki, qurd naharsız idi. Bu səbəbdən o, tez yeməyə yaxınlaşır və elə bu vaxt tələ bağlanır. Qurd nə qədər tullan-mağa çalışsa da, tələdən qurtula bilmir. Tülkü isə quyruğu sevinə-sevinə yeməyə başlayır. Qurd tülkünün quyruğu yedi-yini görüb ondan soruşur: – "Sən bayaq oruc olduğunu deyir-din, bəs indi o yeməyi necə yeyirsən?" Tülkü isə yeni ay gördüyü üçün bayram etdiyini, məhz bu səbəbdən quyruğu yediyini deyir. Tülkünün bu hiyləsinə qurd inanır və onun bayramının nə vaxt olacağını soruşur. Tülkü də qurda deyir: "Sənin bayramın tələnin sahibi gələndə olacaq".

      Kimin ağlı varsa, bu məsəli yaddan çıxarmaz. Çünki unutsa, qurd kimi tələyə düşər. Tülkü kimilərə isə təkcə həm öz payını, həm də sənin payını yemək düşər. Bu səbəbdən yoxlamadan, əmin olmadan heç bir işi görmək olmaz. Necə deyərlər ehtiyat igidin yaraşığıdır.

      TESTLƏR

      1. Meşədə ac-yalavac gəzən tülkü quyruq taparkən onu niyə yemir?

      A) Zəhərli olduğu üçün

      B) Quyruq yemədiyi üçün

      C) Yanında tələ olduğu üçün

      2. Tülkü nə üçün qurdu quyruğun yanına gətirdi?

      A) Qurdu tələyə salıb quyruğu ələ keçirmək üçün

      B) Qurdla dost olduğu üçün

      C) Qurdu məhv etmək üçün

      3. Qurdun şübhələndiyini görən tülkü ona nə kələk gəlir?

      A) Qəza orucu tutmuşam deyir

      B) Mən quyruq yemirəm deyir

      C) Yarısını mən yemişəm, bunu da sənə saxlamışam deyir

      4. Tələyə düşən qurd tülküdən nə soruşur?

      A) Bilirdin ki, burada tələ var?

      B) Mənim bayramım nə vaxt olacaq?

      C) Sən bayaq oruc olduğunu deyirdin, bəs indi o yeməyi necə yeyirsən?

      5.