Parma monastırı. Стендаль

Читать онлайн.
Название Parma monastırı
Автор произведения Стендаль
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952244137



Скачать книгу

məsləhət Fabrisionun xoşuna gəlmədi. Ancaq üz vurmadı. Bir qədər getdikdən sonra qadın dedi:

      – Hə, dostum, burada ayrılmalıyıq. Lakin məsləhət görürəm ki, mənimlə birlikdə 6-cı yüngül atıcı alaya gedək. Orada sənə daha asan olar. Yoxsa təkcə qılıncla axırın heç də yaxşı olmayacaq.

      – Dünyadan xəbərsiz olduğumu özüm də bilirəm. Amma mən vuruşmaq istəyirəm, ona görə də bax o ağ tüstü gələn tərəfə gedəcəyəm.

      – Qulaq as, elə ki döyüş meydanına yaxınlaşdın, atdan en, yerdən silah, patrondaşı götür, əsgərlərin yanında uzan və onların etdiklərini təkrarla. Allah bilir, sən heç patronun başını dişləyib aça da bilmirsən!

      – Amma mən döyüşmək istəyirəm!

      – Döyüş də. Bunun üçün 6-cı alay da pis deyil, işi də hamıya yetəcək qədərdir.

      – Sizin o alaya nə vaxt çatarıq?

      – Ən geci on beş dəqiqəyə.

      Fabrisio ürəyində fikirləşdi: «Bu qadınla getsəm, məni casus kimi qəbul etməzlər və döyüş meydanına buraxarlar».

      Elə bu vaxt top gurultusu şiddətləndi.

      – Bax silah səsləri gəlir, – atına qamçı çəkən markitant qadın dedi.

      Topların gurultusu getdikcə daha yaxından eşidilirdi. Tezliklə onlar balaca bir meşəyə girdilər. Qadın dörd fransız əsgərinin onlara sarı çapdığını gördü. Tez arabadan tullanıb çalada gizləndi. Fabrisio isə qılıncını qınından çıxarıb arabanın yanına gəldi. Əsgərlər ona məhəl qoymayıb sola doğru qaçdılar. Yüyürərək arabaya yaxınlaşan qadın dedi:

      – Bizimkilərdir. Atını dördnala çapa bilsəydin, meşənin o başında kiminsə olub-olmadığını yoxlayardın.

      Qadının bu tapşırığı Fabrisionun ürəyincə oldu: ağacdan budaq qırıb yabısını qamçıladı. At yerindən götürüldü, amma bircə dəqiqə keçməmiş yavaş-yavaş yeriməyə başladı. Markitant qadın işi belə görüb arabaya qoşulmuş atını dördnala çapdı. Çox keçmədən isə gəncin yabısını arxada qoydu.

      – Gözlə! – Fabrisio onun dalınca çığırdı.

      Tezliklə hər ikisi meşədən çıxdı. Hər tərəfdən top və tüfəng səsləri eşidilirdi.

      – Bircə polkumuzun harada olduğunu bilsəydim, – qadın dedi. – Çəmənliklə gedə bilmərik. Bura bax, düşmənlə üz-üzə gəlsən, onu qılıncla öldür, amma doğrama.

      Bu vaxt o, bayaqkı dörd əsgəri gördü. Onlardan biri atın üstündə idi.

      – Bu da sənə düzəməlli at! – qadın Fabrisioya dedi.

      Sonra atlıya səsləndi:

      – Yaxınlaş, bir stəkan araq gillət!

      Əsgərlər arabaya tərəf gəldilər.

      – Bura bax, atına beş frank verək? – qadın atlıdan soruşdu.

      Əsgər razılaşdı və atdan endi. Fabrisio sevincək yabıdan düşüb yeni aldığı atın belinə qalxdı.

      Öz ixtiyarına buraxılan at yerindən götürüldü və tezliklə generalları müşayiət edən mühafizə dəstəsinə çatdı. O, yanaşı çapdığı qusarların söhbətindən generallardan birinin məşhur marşal Ney olduğunu anladı. Mühafizə dəstəsi dünənki leysandan sonra su ilə dolmuş enli arxı keçmək üçün dayandı. Fabrisio sevincindən hər şeyi unutmuşdu. O, axır ki, Bonapart ordusuna qoşulmağı bacarmışdı.

      Birdən gəncin atı qızışıb özünü suya atdı, palçıq göyə sıçradı. Generallardan birinin üstü su oldu və o, bərkdən söyməyə başladı.

      – Heyvan oğlu heyvan!

      Fabrisio bu təhqirdən alınsa da, dillənmədi və atın belində arxın o tayına keçdi. İndi toplar daha bərk guruldayırdı. Üstünə su sıçratdığı general onun qulağının dibində qışqırdı:

      – Bu at səndə haradandır?

      Fabrisio həyəcandan italyanca cavab verdi:

      – İndicə almışam.

      – Eşitmirəm, – general çığırdı.

      Elə bu vaxt topların gurultusu daha da gücləndi. Fabrisio necə qorxdusa, generala cavab verə bilmədi. Bir qədər sonra mühafizə dəstəsi şumlanmış sahə ilə çapmağa başladı. Tarla cəsədlərlə dolu idi. Mühafizə dəstəsi dayandı. Əsgəri vəzifələrdən xəbərsiz olan Fabrisio isə cəsədlərə baxa-baxa hələ də çapırdı.

      – Ay uşaq, dayan! – arxadan kimsə onu səslədi.

      Fabrisio dayandı və yalnız indi generallardan iyirmi addım irəlidə olduğunun fərqinə vardı. Atının başını geri döndərdi ki, ən arxada yerini tutsun. Elə bu vaxt generallardan birinin digərinin qulağına nəsə dediyini sezdi. Marağını boğa bilməyən gənc fransızca yanındakından soruşdu:

      – Yoldaşının qulağına söz deyən o general kimdir?

      – Marşal Neydir, axmaq! Bəyəm tanımırsan? Bu günə qədər harada xidmət etmisən?

      Fabrisio bu dəfə təhqirdən qətiyyən incimədi və qəhrəman marşala heyran-heyran baxdı.

      Qəfildən hamı dördnala çapdı. Generallar və mühafizə dəstəsi əkin sahəsindən beş fut[18] aralıda ensiz yola çıxdı. Marşal dayandı və müşahidə borusu ilə irəli baxdı. Bu dəfə Fabrisio ona doyunca tamaşa edə bildi. Birdən o, düşmən tərəfdən dörd atlının sürətlə onlara tərəf çapdığını gördü. «Aha, bizə hücuma keçdilər», – deyə düşündü, amma atlılardan ikisi marşala yaxınlaşıb ona nəsə dedi. Generallardan biri atını düşmənə tərəf çapdı; mühafizə dəstəsindən iki qusar və indicə qarşı tərəfdən gələn dörd atlı da onun dalınca getdi.

      Fabrisio onunla yanaşı gedən gənc vaxmistrdən[19] soruşdu:

      – Cənab, mən ilk dəfədir ki, döyüşdə iştirak edirəm. Bu, əsl döyüşdür?

      – Onun kimi bir şeydir. Siz kimsiniz?

      – Kapitanlardan birinin qaynıyam.

      – Həmin kapitanın adı yoxdur?

      Fabrisio həyəcanlandı, belə bir sualla qarşılaşacağı ağlına gəlməmişdi. Xoşbəxtlikdən marşal və mühafizə dəstəsi yenidən sürətlə çapmağa başladı və vaxmistr sualını təkrarlamağa imkan tapmadı. «Hansı fransız soyadını desəm yaxşıdır?» – Fabrisio düşündü. Birdən yadına Parisdə qaldığı mehmanxana sahibinin soyadı düşdü. Vaxmistrə yaxınlaşıb qışqırdı:

      – Kapitan Menye!

      Vaxmistr topların gurultusundan yaxşı eşidə bilmədi:

      – Nə, kapitan Telye? Ah, qardaşım, onu öldürdülər.

      «Əla! – Fabrisio öz-özünə dedi. – Yadından çıxarma: kapitan Telye», – o özünə kədərli görkəm verməli olduğunu anladı və məyus səslə dedi:

      – Aman Allah!

      Mühafizə dəstəsi düzəndən çəmənliyə çıxıb yenidən dördnala çapdı və növbəti dəfə



<p>18</p>

Fut – ingilis ölçü sistemində 30 sm 48 mm-ə bərabər uzunluq vahidi

<p>19</p>

Vaxmistr – XX əsrin əvvəlinədək bir sıra Avropa ölkələri, o cümlədən Rusiya ordusunun süvari qoşunlarında kiçik zabit rütbəsi və vəzifəsi