Название | Hekayələr |
---|---|
Автор произведения | Джек Лондон |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Cek London (Con Qriffit Çeyni)
1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Onun heç bir yaşı tamam olmamış anası, Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsi-nə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.
Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaş-malı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğun-dan buranı tərk etməli olur. Qadağan olunmasına baxmaya-raq, San-Fransisko limanında dəniz iblizləri ovu ilə də məş-ğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizi-nə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəssüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.
London yaradıcılığa “Yaponiya sahillərində tayfun” adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Belə ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandı-rır. Bir az sonra qələmə aldığı “Qurd oğlu” (Boston, 1900), “Əcdadların Harayı” (Çikaqo, 1901) “Şaxtanın övladları” (Nyu-York, 1902), “İnsana inam” (Nyu-York, 1904), “Ayüzlü” (Nyu-York, 1906), “İtirilmiş sima” (Nyu-York, 1910) hekayə-lərdən ibarət topluları və “Qarlar qızı” (1902), “Dəniz cana-varı” (1904), “Martin İden” romanları yazıçıya böyük şöhrət gətirir.
Cek London 1916-ci il noyabr ayının 22-də Kaliforniya-nın Qlen-Ellen şəhərciyində vəfat edir.
Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çə-kir və ölümünə səbəb olaraq da, onun həddindən artıq miq-darda ağrıkəsici qəbul etməsi göstərilir.
Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkil-mişdir.
QURD OĞLU
Kişi ona yaxın qadınları qiymətləndirməyi çox nadir hallarda bacarır – ən azından, onları tamamilə iti-rənə qədər. Qadından aldığı istilik bu müddətdə onun şüuruna qətiyyən çatmır, lakin qadın onu tərk edən zaman kişinin həyatında getdikcə böyüyən bir boşluq yaranır və onun bütün varlığına qeyri-müəyyən, özünün də anlamadığı, sözlərlə izah edə bilmədiyi bir aclıq hakim kəsilir.
Əgər dost-tanışları da həyat təcrübəsində ondan irəli gedə bilməyiblərsə, şübhə ilə başlarını bulayacaq, ciddi müalicə məsləhət görəcəklər.
Mənəvi aclıq isə hey artmağa davam edəcək, kişi gün-dəlik həyati şeylərə qarşı marağını itirəcək və tədricən daha əsəbi və qaşqabaqlı olacaq.
Lakin, nəhayət, gözəl günlərin birində daxilindəki bu əzablı boşluq artıq dözülməz dərəcəyə çatanda, o, nə istədiyi-ni anlamağa başlayar.
Belə bir iş Yukonda yaşayan bir adamın başına yay vaxtı gələrsə, o, qayığını səfərə hazırlayar, yox əgər qış vaxtı olar-sa itlərini kirşəyə qoşaraq cənuba tərəf istiqamət götürər.
Əgər o, şimalın vurğunudursa, bir neçə aydan sonra bü-tün əzab və əziyyətləri bu soyuq diyara qarşı olan məhəbbə-ti onunla yarıbayarı bölməyə razı olan arvadı ilə qayıdıb gə-lər. Bu da əsl kişi eqoizminə əyani bir sübutdur! Burda istər-istəməz o qədim zamanlarda – hələ Klondayka qızıl axtaran-lar və çeçokalar gəlməmişdən, buraların ancaq əla balıq ovu yeri kimi tanındığı vaxtda Biryuki Makkenzinin başına gələn macəranı yada salmalı olursan.
Elə birinci baxışdan təyin etmək olur ki, Biryuki Mak-kenzi yeni torpaqları fəth edən pionerlərdəndir. Onun sifə-tində 25 il sərt təbiət qüvvələrinə qarşı apardığı çılğın mü-barizənin silinməz izləri var idi. Ən çətini isə Qütb dairəsi-nin qübbəsi altında qızıl axtarışına sərf etdiyi axırıncı iki il idi. Onun bütün mənəviyyatına daxili bir boşluq hissi təsir etmə-yə başlayanda, heç də təəccüblənmədi. Çünki həyat təcrübə-sində həmin xəstəliyə düçar olmuş çox adama rast gəlmişdi. Lakin bu xəstəlik onu ruhdan salmaq əvəzinə, daha ciddi işlə-məyə məcbur etdi.
Bütün yayı ağcaqanadlarla mübarizə aparmış və Yukon-dan Qırxıncı Milə qədər ağac ötürərək, Styuart çayının sahi-lində islanmışdı. Nəhayət ki, özünə əla bir daxma tikmişdi.
Bu elə möhkəm və rahat yaşayış yeri idi ki, onu Biryuk-la bölüşdürmək istəyən xeyli ovçu tapıldı. Lakin o, bir neçə təəccüblü dərəcədə qısa və təsirli sözlə onların bütün ümidlə-rini puça çıxartdı və yaxın faktoriyaların birindən ikiqat ye-mək ehtiyatı aldı.
Deyildiyi kimi, Makkenzi həyat təcrübəsi görmüş bir adam idi. Adətən, bir şey istəsəydi, ona yetməyə çalışardı, bu-nunla belə, bəzən vərdiş və həyat tərzindən qırağa çıxmağa da cəhd edərdi.
Ağır əmək və çətinlik Biryuki üçün yenilik deyildi. Lakin 600 mil buzlu yollarla itlərini qoşub kirşə sürmək, 2000 mil okeanla üzmək və nəhayət, 1000 mil qədər yol gedərək, əvvəl yaşadığı yerə çatıb arvad almaq onun üçün heç də xoşagələn iş deyildi. Həyat oduqca qısadır.
Buna görə də, o, itləri qoşaraq, kirşəsinə ilk baxışdan qeyri-adi görünən şeyləri yüklədi və Qərb yamaclarından Tanana çayının başlanğıc götürdüyü dağlar silsiləsinə tərəf yol aldı.
O, yolda yorulmaq və aclıq bilməz, itləri isə Yukonda ən dözümlü və sürətli qoşqu sayılırdı. 3 həftədən sonra o Tana-nanın yuxarı sırasına Stisk qəbiləsinin yaşadığı yerə gəlib çıxdı. Bütün qəbilə onu görərkən heyrətə gəldi. Tanananın yuxarı cərgələrində yaşayan stisklər barədə çox pis xəbərlər gəzirdi. Onlar dəfələrlə adi bir şey – iti balta və ya sınıq bir tü-fəngdən ötrü ağ adamları öldürmüşdülər. Ancaq Biryuki Makkenzi onların yanına tək gəlmişdi və onun hərəkətlərində bir sakitlik, soyuqqanlılıq, sərbəstlik və həyasızlıq hiss olu-nurdu. Belə müxtəlif növlü silahdan istifadə etmək üçün vəh-şilərin patalogiyasını çox dərindən bilmək və böyük məharət tələb olunurdu. Lakin Makkenzi belə şeylərə böyük usta idi. O, yaxşı bilirdi ki, nə vaxt güzəştə getmək, nə vaxt inad gös-tərmək, sövdələşmək lazımdır.
İlk növbədə qəbilə başçısı Tlinq-Tinnexə olan hörmətini nümayiş etdirmək üçün ona bir neçə funt qara çay və tütün bağışladı və bununla da onun etimadını qazandı. Sonra isə qəbilənin bütün kişiləri və qadınları ilə tanış oldu və onları potlaça dəvət etdi. Qarın içində eni 25, uzunu 100 fut olan ovalvari bir meydança tapdanıb düzəldildi. Meydanın orta-sında böyük bir tonqal qalandı, qırağına isə küknar budaq-ları döşəndi. Bütün qəbilə viqvamlardan bayıra töküldü və yüzə qədər ağız qonağın şərəfinə hindus mahnısı oxumağa başladı. Son iki il ərzində onlar Biryuki Makkenziyə bir neçə yüz sözü və ifadəni öyrətdilər. Makkenzi elə də çətinlik çək-mədən, boğaz səslərini və yapon dilinə yaxın olan qəliz söz-ləri yadda saxlaya bildi.
Beləliklə, istiarə və təşbehlərə xəsislik etmədən bütün-lüklə ibtidai poeziya ilə dolu olan bir dildə hinduların qar-şısında çıxış etməyə başladı. Tlinq-Tinnex və şaman ona hə-min üslubda cavab verirdilər. Sonra bütün kişilərə kiçik hə-diyyələr bağışladı və onlarla birlikdə mahnı oxuyub müxtəlif oyunlarda, xüsusən də, ən çox sevdikləri “52 çubuq” oyu-nunda iştirak etdi.
Beləliklə, onlar Makkenzinin tütününü çəkir və çox razı idilər. Ancaq qəbilə cavanları özlərini başqa cür aparırdılar. Burda lovğalıq da, meydan oxumaq çağırışı da hiss olunur-du. İşin nə yerdə olduğunu başa düşmək asan idi. Gənc qız-ların gülüşməsinə, dişsiz qarıların kobud işarələrinə fikir vermək kifayət idi. Onlar ağ adamların – Qurd oğullarının o qədər də çox olmadıqlarını bilirdilər. Lakin bu çox olmayan-lar da onlara lazımi dərs verə bilirdilər. Biryuki Makkenzi ilk baxışdan özünü nə qədər qayğısız göstərsə də, bunların heç biri nəzərdən qaçmırdı. Doğrusunu desək, gecə yatacaq kisə-sinə girəndən sonra, o bir neçə dəfə qəlyanını dolduraraq ke-çəcək əməliyyatı bir daha dəqiqlik və ciddiyyətlə fikrindən keçirdi. Bütün qızlardan ancaq biri, qəbilə başçısının qızı Za-rinska onun diqqətini cəlb edə bilmişdi.