Название | Bir cavanın dəftəri |
---|---|
Автор произведения | Yusif Vəzir Çəmənzəminli |
Жанр | |
Серия | Xatirə ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-995-255-774-9 |
– Pişiyin tükü niyə pakdır, itinki murdar? – dedilər. Gənc molla məsələnin çətinliyini duyaraq qızardı, dili belə dolaşdı. Pişik haqqında rəvayət olunan hədisi söyləsə də, məclisi qane edə bilmədi. Axırda köhnə mollalardan biri məğrur bir şəkil alaraq dedi:
– Həzərat, molla olmağı asan bir iş bilməyin. Bu cavanın molla olmasına hələ çox qalıb. Gərək bu, müctəhidlər tərəfindən cild-cild yazılmış kitabları oxusun, püxtə mollalar məclisində olub, mübahisələrdə bişib çıxsın. Onda o xalis molla ola bilər… İndi verilən məsələ barədə ağalara ərz edim. Mötəbər risalələrdə belə yazırlar: allahü-təbarəkə və taala Adəmi yaradanda, məlumunuzdur ki, şeytaniləin tüğyan etdi, büxl və həsəd büruzə verdi. Hətta xaliqi-üləmyəzəlin[4] hüzurunda cürət edib, adəmin heykəlinə tüpürdü. Şeytaniləinin tüpürcəyi gedib Adəmin qarnının üstə bənd oldu. Allah-taala buyurdu, o tüpürcəyi Adəmin qarnının üstündən qazıyıb atdılar. Onun yerində göbək əmələ gəldi və atılan torpaqdan da it vücuda gəldi… İt şeytanın tüpürcəyinə qa-rışmış torpaqdan nəşvü-nüma olduğu[5] üçün murdar heyvan sayılır. Mötəbər kitablarda belə yazılmışdır…
Molla böyük bir qürurla sözlərini bitirib, məclisi başdan-ayağa süzdü və hər tərəfdən “Afərin!” sədası eşitdi.
Mən özümü saxlaya bilmədim.
– Axund, – dedim, – nə vaxta qədər bu yazıq camaatı boş nağıllarla bəsləyəcəksiniz?..
Bunuca deməyə müvəffəq oldum – müridlərin mırıltısı sözlərimə xitam verdi. Vəhşi gözlər parıldadı, bardaş quranlar qalxıb dizi üstə oturdu, dizi üstə oturanlar qalxıb bardaş qurdu. Məclisdə tühaf hərəkətlər görüldü. Tapançaya belə əl atan oldu. Bu əsnada, “Həzərat, aram!” – deyə mollanın səsi eşidildi:
– Bu cavan rus məktəbində oxuyur, dini-mübinə lazımınca vaqif deyil, cahildir. Günah bunda deyil, bunu kafir məktəbinə yollayan valideynindədir.
Mən yenə etiraz etdim. Başqa xalqların tərəqqi etməsindən, bizim geridə qalmamızdan bəhs edərək, məclisin bir hissəsini öz tərəfimə çevirə bildim.
Bu vəqə əvvəl şəhərdə bir qələyan[6] törətdi, sonra xalqın qulağı doldu. İndi artıq mənim məclislərdəki etirazlarım təbii kimi görünür. Yalnız anam mənimlə razılaşmaq istəmir.
– Camaat avamdır, səni öldürər, – deyir. Mən anamın ehtiyat etməsinə için-için gülürəm. Ölüm nə deməkdir? Gənclik vulkanından qopan bir qığılcım!
24 mayis. Bu gün gəzməyə getmişdik. Bərk yorulmuşam. Axşam saat doqquz. Yuxu gözümdən tökülür… Gecəniz xeyrə qalsın!
25 mayis. Dünənki gəzmək pis keçmədi. Şəhərin[7] ətrafında görmədiyim bir çox yerləri gördüm. Ləzzəti damağımdan getmir. Qəribə burasıdır ki, burada doğulub, iyirmi il də yaşamışam, hələ bu gözəl çeşmələrə, bağlara, kahalara rast gəlməmişdim. Çıxmaq istədikdə həmişə anam demiş:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
Примечания
1
Mayıs – may
2
“Camaat” mənasında işlənmişdir.
3
Ruhanilərin təhsil aldığı ali mədrəsə.
4
Ləmyəzəl – ölməz, daimi.
5
Əmələ gəldiyi.
6
Həyəcan, çaxnaşma.
7
Söhbət Şuşadan gedir.
3
Ruhanilərin təhsil aldığı ali mədrəsə.
4
Ləmyəzəl – ölməz, daimi.
5
Əmələ gəldiyi.
6
Həyəcan, çaxnaşma.
7
Söhbət Şuşadan gedir.