Название | Tanıdığım Nazim Hikmət |
---|---|
Автор произведения | Orxan Qaravəli |
Жанр | |
Серия | Xatirə ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-995-255-742-8 |
“Xatirə Ədəbiyyatı” silsiləsindən 25-ci kitab
SƏN
Sən əsirliyim və hürrüyyətimsən,
çılpaq bir yaz gecəsi kimi yanan ətimsən,
sən məmləkətimsən…
Sən ala gözlərində yaşıl hərarət,
ən böyük, gözəl və müzəffər
və yetişdikcə yetməz olan həsrətimsən…
Nazim Hikmət
15 ocak 1902 – 3 haziran 1963
İçindəkilər
Ön söz–
Azərbaycanca nəşrinə ön söz
Giriş(Başı dik bir türkün hekayəsi) –
Birinci bölmə
Nazim Hikmət yetmiş beş yaşında................
Bir inqilabçının doğuluşu............................
“Bahriyeli” zabit..............................................
İkinci bölmə
Nazim: İstanbulda bir “şəbəkə” başçısı...........
Əlvida, İstanbul!.. Salam, Anadolu..................
Mustafa Kamalla tanışlıq.................................
Üçüncü bölmə
Ankaradan Boluya… Sonra Batum və Moskva.....
Anadolu inqilabından rus inqilabına.....................
Türkiyəyə ilk dönüş...............................................
Dördüncü bölüm
Türkiyəyə son gəliş..................................................
Otuz beş il qınayan şair...........................................
Beşinci bölüm
Müstəqil həyata doğru...........................................
Altıncı bölüm
Qaçışdan sonra.........................................................
Haşiyələr
Qaynaqlar
“TANIDIĞIM NAZİM HİKMƏT” KİTABIMIN AZRBAYCANCA NƏŞRİNƏ
ÖN SÖZ
Dostum, dəyərli yazar Azad Qaradərəlidən “Tadıdığım Nazim Hikmət” adlı kitabımın Azərbaycanda çap olunacağı xəbərini eşidəndə çox sevindim. Zamanla ayaqlaşa bilmədiyi üçün tarix səhnəsindən silinib gedən Osmanlı dövlətinin külləri üzərində Atatark dühasının yaratdığı Türkiyə Cümhuriyyəti məşhur şair və yazıçıların da vətəni olmuşdur. Bunlardan biri, heç şübhəsiz, böyük yurdsevər şair Nazim Hikmətdir. Onunla ilk və nə yazıq ki, son görüşüm 1960-cı ildə Moskvada oldu.
O taixdə gənc bir qəzetçi kmimi elmi bir konfransı izləmək üçün Sovetlər Birliyinin paytaxtı Moskvada idim. Nazim Hikmət isə canını qurtarmaq üçün çox sevdiyi arvadını və Mehmedini geridə buraxaraq yurd xaricinə getmək məcburiyyətində qalmışdı. On il idi ki, burdaydı. Böyük qardaş kimi, yaxud ata kimi baxdığım Nazimlə qaynayıb-qarışmış, on beş gün boyunca gecə-gündüz bir yerdə olmuşduq. Nazimin Moskvada ən yaxın adamı olan alim Əkbər Babayev də bizimlə idi. Nazim bir axşam “vətən həsrəti məndə heç əskilməz, – demişdi. – Bəzən elə dayanılmaz hala gəlir ki, qalxıb Azərbaycana gedirəm… Sonucda Azərbaycan mənim ikinci vətənim olmazmı?..”
Böyük şair və yurdsevər ilə dostluğum türk heyətindəki bəzi önəmli şəxsləri rahatsız etmişdi. Çünki onların gözündə qosqoca Nazim, nə yazıq ki, vətən xaini idi. Sonunda xətalarını anladılar. Amma nəyə yarar? Nazimsə onların hamısını böyük ilgi ilə qarşıladı və üzgünlüyünü bəyan etmədi.
Ən böyük əndişəsi öldüyündə Moskvada basdırılması idi. Bir şeirində “Anadoluda bir köy məzarlığına gömün məni” dediyini hamımız yaxşı bilirik. “Araqvi” adlı bir gürcü kafesində ürək tutmasından qucağıma yıxılarkən “öldüyümə yanmam, buralarda gömərlər, ona yanıram” deməsini heç unutmadım. Bir yerdə olduğumuz zamandan 50 ildən çox vaxt keçdi, amma Türkiyə onun ölkəsində dəfn olunmaq istəyini həyata keçirmədi. Əcaba, Azərbaycandakı sevənləri onun sümüklərinin Moskvadakı Novodoviçidən Bakıya gətirməyi düşünərlərmi? Sonucda türk Anadolusundan türk Azərbaycanının nə fərqi var?
Məhəbbət və hörmətlə
Orhan Karavəli
İstanbul, 17.07.2016
KİTABIN TÜRKİYƏDƏ ÇAP OLUNAN NƏŞRİNƏ
ÖN SÖZ
27 may 1960-cı ildə baş vermiş dövlət çevrilişindən bir neçə həftə keçmişdi. Ankaradan universitetimizə gələn xəbərə görə, xaricdə keçiriləcək konqreslərə bu il Türkiyədən kimsə qatılmayacaqdı. Bunun tək səbəbi isə avqust ayında Moskvada keçirilməsi gözlənilən “Millətlərarası Şərq elmləri konkresi” idi. Türkiyə bu toplantıda mənim rəhbərliyimlə on beş nəfərlik heyətlə təmsil olunacaqdı.
Hərəkətə keçərək çoxunu İstanbul Universiteti ədəbiyyat fakültəsi tarixi, sənət tarixi, eyni zamanda türk, ərəb və İran ədəbiyyatı mütəxəssislərindən ibarət heyət yaratdıq. Bu arada Ankara dil və tarix-coğrafiya fakültəsində türkologiya professoru olan keçmiş təhsil naziri Tahsin Banguoğlu da heyətə daxil edildi.Bizimlə birlikdə Moskvaya üç nəfər qabaqcıl xarici siyasət yazarı olan qəzetçi də gedəcəkdi”Ulus” qəzetindən Əhməd Şükrü Əsmər, “Milliyət” qəzetindən Ömər Şamil Coşar və “Vətən” qəzetindən bu kitabın müəllifi hörmətli Orhan Karavəli. Keçən zamanda professor Əsmər və Ömər Şamil Coşarı itirdik. O tarixdə Moskvada yaşadıqlarımızın qəzetçi şahidi olaraq yalnız bu kitabın yazarı hörmətli Orhan Karavəli qaldı.
Moskvada olduğumuz vaxtda gecə-gündüz demədən bütün zamanını Nazim Hikmətlə aralarında qurulan dostluğu sürdürməyə sərf edən Orxan Karavəlinin əlinizdə tutduğunuz yeni kitabı, böyük şairin anadan olmasının 100-cü ildönümündə sevərək oxuyacağınız sənədli nəsr kimidir.
Konqres zamanı dünyanın hər yerindən gəlmiş şərqşünaslar öz fikirlərini təbliğ edərək mübahisəyə yol açdılar. Toplantının bizim heyət üzvləri üçün ilginc olan xüsusiyyətlərindən biri də o tarixlərdə Moskvada yaşamaqda olan Nazim Hikmətin konqres iclaslarına qatılması idi. Hətta şairin ortalıqda görünməsi belə, bizim heyət üzvlərini əsəbləşdirirdi. Üzülərək bildirməliyəm ki, şair haqqında burada yazmağın mümkün olmadığı sözlər söyləyənlər də oldu. Düzdür, bunların sayı üç-dörd nəfəri keçmirdi, amma davranışları heyət rəhbəri olaraq mənim işimi çətinləşdirirdi. Yad bir ölkədə, dünyanın hər tərəfindən gəlmiş ünlü simalar önündə türk heyətinin bir qanqaraçılığı ilə üzləşməsi məni qorxudurdu.
Yaşı uyğun olanlar anlayazaqlar. O vaxtlarda Türkiyədə bir kampaniya başladılmış və hər kəs barmağındakı nişan üzüyünü xəzinəyə bağışlamışdı. Bunu Nazim Hikmət də hardansa duymuşdu ki, öz barmağındakı üzüyünü Ankaraya çatdırmaq üçün mənə vermək istədiyini söylədi. Onun bu gözlənilməz fikri bizim yoldaşları pis hala gətirdi və açıqca “alma, alma” deyərək bağırmağa başladılar. Çox çətin durumda qalmışdım. İstər-istəməz, “Nazim bəy, sizin bəhs etdiyiniz kampaniya artıq çoxdan başa çatıb, yurda dönəndə üzüyünüzü təhvil verməyə bir yer tapmaya bilərəm” deməyə məcbur oldum. Sovetin ev sahibləri konqres bitəndə bizi Orta Asiyaya dəvət edərək Səmərqənd, Buxara və Daşkənddə gəzdirdilər.
Moskvaya dönəndə görmək istədiyimiz başqa yerlər olub-olmadığını soruşdular. Hər kəs öz tərcihini bildirdi. Mən o zamanki adı Azərbaycan Sovet Sosialist Respublikasını seçərək paytaxt Bakıya getdim və əsasən universitetdə oldum. Buradakı müəllim heyəti ilə təmaslarım