Üzeyir Hacıbəyli xatirələrdə. Коллектив авторов

Читать онлайн.
Название Üzeyir Hacıbəyli xatirələrdə
Автор произведения Коллектив авторов
Жанр
Серия Xatirə ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 978-995-255-741-1



Скачать книгу

bəstəkarlıqdan dərsi D.Şostakoviç deyirdi. Üzeyir bəyin hər gəlişində mən, onun qaldığı “Moskva” mehmanxanasına gedirdim. Üzeyir bəy mənim yaradıcılıq müvəffəqiyyətlərimlə, dərslərimlə maraqlanardı. Növbəti görüşlərin birində o, mənə yenicə nəşrdən çıxmış “Azərbaycan xalq musiqisinin əsasları” kitabını hədiyyə etdi.

      Beşinci görüşüm 1947-ci ildə oldu. Moskva konservatoriyasını bitirdikdən sonra mən Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim kimi işləməyə göndərildim. Bununla bağlı konservatoriyanın rektoru Üzeyir bəylə görüşməli idim. Lakin Ü.Hacıbəyov işə çıxmırdı, xəstə idi. R.Xəlilov, onun katibi, mənə dedi ki, Üzeyir bəy sabah səni saat 12-də evində gözləyir. Mən getdim, qapını Məleykə xanım açdı, çox qonaqpərvərliklə evə dəvət etdi. Üzeyir bəy kabinetində yazı masasının arxasında oturmuşdu. Çox solğun görünürdü, lakin xəstəliyini bildirməməyə çalışırdı. O, məni konservatoriyanı bitirməyim münasibətilə təbrik etdi və dedi:

      – Artıq sənin bəstəkarlıq fənnindən müəllim kimi dərs deməyin üçün sərəncam vermişəm. İllər necə də tez keçir. 1926-cı ili xatırla, anan səni mənim yanıma gətirəndə 9 yaşın vardı. Artıq 1947-ci ildir: sən yetkin bəstəkarsan, Moskva Konservatoriyasının yetişdirməsisən. Mən peyğəmbər deyiləm, lakin haqqında söylədiyim sözlərim həyata keçdi. Şostakoviç kimi dahi bəstəkar və insanın sinfində oxumusan. Qabaqda səni bəstəkarlıq və müəllimlik işləri gözləyir. Çalış ki, öz bilik, bacarıq və qabiliyyətini bir yerə toplayaraq, yeni Azərbaycan bəstəkarları nəslini yetişdirəsən.

      Üzeyir bəylə görüşlərim həyatımda çox böyük rol oynayıb. Bircə onu qeyd etmək istəyirəm ki, mən onu bəstəkar, müəllim və dahi insan kimi bütün ömrüm boyu hafizəmdə saxlayacağam.

      KAZIM KAZIMZADƏ

      Xalq rəssamı

      Üzeyir Hacibəyovla bir görüş

      1945-ci ilin gərgin günlərindən biri idi. Saat 3 radələrində Sabit Rəhmanla görüşdük. Hər dəfə olduğu kimi, yenə də bir az zarafatlaşdıq, bir-birimizə məzəli hadisələr danışıb, güldük. Birdən Sabit ciddiləşdi və dedi:

      – Bilirsən ki, bu gün axşam saat 8-də Üzeyir bəylə onun evində görüşməlisən? Onunla not yazacaqsınız. Özünlə tuş, qələm, karandaş və başqa lazımi şeylər apar.

      Mənə elə gəldi ki, bu Sabitin növbəti zarafatlarından biridir. O, hiss elədi ki, mən ona inanmamışam. Bir də təkrar etdi:

      – Zarafat eləmirəm, o, sənə notüstü mətni təmiz, aydın və hər sözü yerli-yerində yazmağı göstərəcək.

      Evə gəlib hazırlaşdım; özümə lazımi şeyləri götürdüm. Saat 8-də Üzeyir Hacıbəyovun Monolitin 4-cü mərtəbəsində yerləşən mənzilinə qalxdım. İlk dəfə idi ki, Üzeyir bəyin evində olurdum. Zəngi çaldım. Qapını Məleykə xanım açdı və məni Üzeyir bəy olan otağa ötürdü. Otağa daxil oldum. Salam verdim. Üzeyir bəy xoş sima ilə məni qarşıladı. Yer göstərdi. Oturdum.

      – Sənə Sabit dedimi nə yazacağıq? – deyə, soruşdu. Lazımi əşyaları özünlə götürmüsənmi?

      – Bəli.

      – Onda bir stəkan çay içək, sonra işə başlarıq.

      Bu əsnada Məleykə xanım çay gətirdi. Çayın yanında ləbləbi, kişmiş və başqa çərəzlər var idi. Üzeyir bəy səliqə ilə geyinmişdi. Mənə elə gəldi ki, o, harasa getməlidir. Lakin tələsmir. Gözlənilmədən soruşdum:

      – Üzeyir bəy, mən sizin vaxtınızı almıram ki?

      – Necə məgər, sən bir yerə tələsirsən?

      – Xeyr, sizə görə dedim.

      – Mən işləyəndə həmişə səliqəli geyinirəm. İnsan səliqəli olanda işi də səliqəli olur. Yəqin siz də eləsiniz?

      – Xeyr. Bizim işimiz kömürlə, rənglə, cürbəcür yağlarla, laklarladır. Ona görə səliqəli geyinmirəm. Lakin çalışıram ki, yaratdığım əsər səliqəli olsun…

      – İndi bizim işimiz belə olacaq. Azərbaycan himninin notüstü sözlərini yazacaqsan. Bax, bu notun üstündə onun sözləri yazılacaq. Mən indi göstərəcəyəm hansı söz hansı notun üstündə olmalıdır.

      O, mənə bir neçə not göstərdi. Lakin bunların üstündə yazılar yox idi. Sonra üstündə yazılar olan başqa notlar göstərdi və əlavə etdi:

      – Bax, belə olmalıdır. Sözlər notların üstündə aydın yazılmalıdır. Bu notun üstündə “od”, o birinin üstündə “lar”, o birisinin üstündə “yu”, onun yanındakının üstündə “rdu” və ilaxır. Yaz, bir baxım.

      Onun dediyi kimi yazdım. Özü də karandaşla. Alıb baxdı.

      – Fikrimi yaxşı tutdun. Amma bu, karandaşla yox, tuşla yazılmalıdır.

      – İndi karandaşların üstündən tuşla gedəcəyəm. Mən sizin fikrinizi bilmək istədim, – dedim.

      – İndi tuşla yaz görüm. Mən sözləri notlardan nazik xətlərlə yazdım. Bu ona görə idi ki, sözlər notları korlamasın və sözlər nota uyğun olsun. Üzeyir bəy baxıb dedi:

      – Sən bu cür işi başqa bəstəkarlarla yazmısanmı?

      – Xeyr, ilk dəfədir.

      –Fikrimi yaxşı tutdun. Al, bunları da belə yaz.

      Bu minvalla çox sözlər yazdıq. Üzeyir bəy hər not yazılan kimi alıb baxır və royalın arxasına keçirdi. Notu çalır və sözləri nota uyğun astadan zümzümə edirdi.

      – Hələlik işlər yaxşı gedir.

      Gecədən bir xeyli keçmişdi. Ətraf sakitlikdi. Tramvaylar işləmirdi. Küçədən maşın səsləri kəsilmişdi. Mən Üzeyir bəyə fikir verirdim. Özlüyümdə fikirləşirdim ki, böyük sənətkarlar belə olur yəqin. Onlar sənətə kiçik səhvi ilə belə xələl gətirməzlər. Sənətkar əsəri büllur, saf, pak və müqəddəs olmalıdır. Belə ki, onu hər kəs dərindən hiss etməlidir. Birdən o yavaşcadan dedi:

      – Bəli, burda bir düyünə düşdük. Qoy bir Səməd Vurğunla məsləhətləşək.

      O, Səməd Vurğuna zəng çaldı.

      – Səməd, yatmışdın? (O deyir ki, rejissor Muxtar Dadaşovla işləyirəm). Biz də burda rəssam Kazımla işləyirik. Amma səninlə məsləhətə ehtiyacım var… Burda bir yerdə, nəqarətdə musiqi ilə söz düz gəlmir. Sözü bir qədər dəyişmək lazımdır. Səməd Vurğun sözün dəyişməsinə etiraz edir. Üzeyir bəy çox təkid edirdi. Səməd, mən öz əsərlərimdə çox yerdə musiqi xatirinə sözü dəyişmişəm. Lakin əsl məqsəddən uzaq düşməmişəm…

      Söhbət çox uzun çəkdi. Heç biri güzəştə getmədi. Belə razılaşdılar ki, Səməd Üzeyir bəyin yanına gəlsin.

      Qapının zəngi çalındı. Məleykə xanım qapını açdı. Səməd Vurğun daxil oldu. Üzeyir bəy onu çaya dəvət etdi. Çay gəldi, amma içilmədi. Üzeyir bəy musiqini, Səməd Vurğun isə şeri müdafiə edirdi. İki saatdan çox mübahisə etdilər. Mən şahid oldum ki, heç kimin və heç nəyin