Название | Məhşər |
---|---|
Автор произведения | Muğanna İsa |
Жанр | |
Серия | Milli ədəbiyyat |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Seyid onlarla birlikdə gedib uca minbər qabağında, adı yüksək olanın hüzurunda namaz qılsın və məramımızı o adı yüksəyə yetirsin. Məbada, məbada bir adamın gözünə görünsün. Seyidin şəxsən özünə çatdırın ki, Şamaxıya ordudan çoxlu təğyirlibas adam gedib, şəhərdə gizlənib. Bir aydan çoxdur ki, dərvişlərim o təğyirlibasların harada olduqlarını öyrənə bilmirlər. Onları kim isə, Adıyüksəyin alimənsəblərindən biri himayə edib gizlədir. Seyid onların əlinə keçsə, hər şey məhv olar. Yusiflə Mahmuda özüm tapşırmışam: əgər Seyidə bir təhlükə üz versə, onlar Dost Əmin Məhrəmə bildirəcəklər və Əmin Məhrəm özü uca minbər qabağında namaz qılıb, o Adıyüksəkdən iltimas edəcəkdir. Lakin Seyid bilməlidir ki, Əmin Məhrəmin sözü keçməyə də bilər. İşlərimiz elə gətirib ki, o əziz dərvişimə məhəbbətimin sonsuzluğuna və onu görmək istəyimə baxmayaraq, məcbur olub bilə-bilə onu təhlükənin qucağına atıram. Çünki indi ümidim yalnız onun kəlamının qüdrətinə və yalnız onun namazınadır. Yalnız o bizi batinlikdən çıxara bilər». Məktub bundan ibarət idi.
Nə ünvanı vardı, nə də imzası. Lakin müridlər Fəzlin müşayiətçilərinin dəst-xətlərini ilk baxışdan tanıyırdılar. Məktubdakı rəmzlər də hamıya məlum idi: «Allah» Fəzlə, uca minbər-şah təxtinə, «Adıyüksək» – şahın özünə, «Bir adam» – Şeyx Əzəmə, «Ordu»-teymurilərə işarə idi. «Namaz qılmaq» isə gizlin danışıq demək idi. Belə çıxırdı ki, Fəzl, Seyid Əli adında, haradansa uzaq səfərdən qayıtmış müridinin şahla gizlin danışığından başqa daha heç bir qurtuluş yolu görmürdü. Bu məktub yayılandan sonra, nəhayət, məlum oldu ki, Fəzlin batinliyi-gizlənməsi çox sürməyəcək, bu yaxın günlərdə nə isə həlledici bir hadisə baş verəcəkdir. O hadisənin xeyri, şəri isə indi ancaq Şirvanşah İbrahimin iradəsindən asılıdır. Müridlər arasında çaxnaşmanı gərgin bir durğunluq əvəz etdi. Hamı gözünü Şamaxının başıüzərində, dağ döşündə boz daş divarları yüksələn Gülüstan sarayına dikib, oradan xəbər gözləməyə başladı.
Salnaməçi yazır ki, bu hadisələrdən on iki il əvvəl, 1382-ci ilin ilk baharında Şirvan camaatı qiyam qaldırıb Şamaxıda Kəsrani sülaləsinin fars hökmranlığını devirəndə, bu qiyamdan bütün Şirvanda tək bir nəfərin xəbəri yoxmuş, o da İbrahim imiş. Səhərdən günortaya qədər cütlə yer əkib, bərk yorulub, əkinin qırağında, ağac altında uzanıbmış.Təxt-tacı zülmkardan aldıqdan sonra özlərinə adil şah axtaran qiyamçı əsnaf və rəncbərlərin elçiləri, İbrahimi quru torpaqda şirin yatmış görüb oyatmağa qıymayıblar. Üzünə gün düşdüyü üçün üstündə çadır qurublar, dövrəsində oturub, başlayıblar gözləməyə.
Şamaxılı silahsazlar, nəqqaşlar, misgərlər, kümçülər, boyaqçılar, papaqçılar, başmaqçılar, xülasə, əsnaf əhlindən kim varmışsa, hamısı şad-xürrəm pıçıldaşırmış ki, dünyanın işinə bax, biz ədalət yolunda qan töküb qurban vermişik, amma ədalət başını atıb yatır və yəqin heç yuxusunda da görmür ki, şah olub.
Rəncbərlər isə İbrahimin gah yorğun xarıları ilə cütünə, gah da toz-torpaqlı əllərinə baxa-baxa xoşbəxtlikdən ağlaşırmışlar, «ölmədik, bu günü də gördük», «Şirvanın bəxt ulduzu doğdu!» – deyirmişlər.
İbrahim, nəhayət, gözlərini açıb başı üzərində çadır və ətrafında yığnaq görəndə, deyilənə görə təəccübdən nitqi tutulub, bir xeyli dinib-danışa bilməyib. Qiyam elçiləri onu başa salıblar ki, sən tariximizdən bizə məlum olan adil şahımız Mənüçöhr[15] ün nəslindənsən, özün də rəncbər içində rəncbərsən, töycünün, tamğanın, zülm qamçısı altında oğul-uşaq saxlamağın nə olduğunu bilirsən, o biri tərəfdən, üstümüzə Teymurləng gələcək[16] deyirlər. Toxtamış xan gələcək deyirlər, bizə öz adamımız, can-ciyərimiz lazımdır ki, həm qədir-qiymətimizi bilib verginin altında qəddimizi əyməsin, həm də öz oğul-uşağımızdan, etibarlı ordu yığıb yurdumuzu talanmağa, yad tapdağında qalmağa qoymasın, odur ki, istəsən də, istəməsən də hamılıqla səni özümüzə şah eləmişik. Budur, Kəsranilərin qəflə-qatarını gətirmişik, arvadını çağırtdır, oğul-uşağını götür gedək, başla şahlığa.
Yeni şirvanşaha hörmət və rəğbətlə bu əhvalatı nəql edən salnaməçiyə məlum idi ki, İbrahimin hələ əli cüt məcində olduğu vaxtlar, o əkin yerindən bir qədər aralı Şəki civarındakı mülkdə və Dərbənddə onun çoxlu qohum-əqrəbası varmış, Mənüçöhrün ölümündən iki yüz altmış ildən çox bir müddət keçsə də, onun nəslindən Mənüçöhrün özü kimi adil bir şah çıxacağını və bunun da məhz İbrahim olacağını qiyamdan hələ bir neçə ay əvvəl ölkəyə yayan da haman qohumları imiş. Amma salnaməçi nə Şəki civarındakı mülkdə yaşayan qohumların haqqında bir söz deyir, nə də Dərbənddəkilərin haqqında desəydi, ondan soruşa bilərdilər ki, əgər obaları gəzə-gəzə Mənüçöhr törəməsi İbrahim barədə camaatı xəbərdar edən adamlar İbrahimin öz qohumları imişsə, bəs necə olub ki, İbrahim bütün Şirvan torpağında gedən bu söhbətdən, üstəlik də qiyamdan xəbər tutmayıb, bütün Şirvan ayağa qalxıb zülm təxtini yıxmağa getdiyi halda, təkcə o, başını atıb yatıb.
Belə bir sual verilsəydi, «rəncbər içində rəncbər» şahın şəxsiyyəti ətrafında düzəldilmiş nağılın sehri dağılıb həqiqətin üzə çıxmasına səbəb ola bilərdi. Həqiqət isə belə idi ki, Mənüçöhr törəməsinə qiyamdan çox-çox əvvəl hər şey məlum idi.
O, axırıncı Kəsrani hökmdarı Huşəng ibn Kavusun əmisi – Dərbənd hakimi Məhəmməd ibn Keyqubadın oğlu idi. Əslən fars və Kəsrani olsalar da, azərbaycanlılarla qohumlaşıb qaynayıb-qarışdıqdan sonra, həm rəsmi şəcərə kitabında, həm də el arasında Dərbəndi adlanan və çoxdan bəri hakimiyyət uğrunda gizlin fəaliyyətdə olan böyük bir nəslə mənsub idi. Huşəng, atası Kavus ibn Keyqubadın təxt-tacına sahib olanda, ilk növbədə əmisi Məhəmmədi imtiyaz və ixtiyaratdan məhrum etmiş, onun qızılı rəngdə qeyri-adi saçları və iri ala gözləri ilə azərbaycanlı anasına çəkmiş böyük oğlu İbrahimi isə, hələ o vaxtdan öz təxt-tacı üçün təhlükə bilib, Dərbənddən və Şamaxıdan kənar, kiçik bir əraziyə hakim göndərib, Şəki civarındakı haman mülkdə[17] bir növ sürgündə saxlamışdı. Orada yaşı qırxdan ötənə qədər ömür sürdükdən sonra, quru torpaqda yatıb şah çadırında oyanan İbrahim, Şirvan əsnafının silahlandığını da, zülm təxtinin devriləcəyi və əmisi oğlu Huşəngin qətl olunacağı günü də əvvəlcədən bilirdi. Çünki əli cüt məcində olsa da, qiyam başçıları-əsnaf ustabaşıları ilə dərbəndlilərin gizlin məşvərətində
15
Mənüçöhr II – (1906–1120).
16
O ili Teymur “kəşfiyyat yürüşü” adlanan ilk, qısamüddətli yürüşünə başlamışdı.
17
Mülk və ya ocaxlıq – hakimin istifadəsinə verilən torpaq sahəsi belə adlanırdı.