Название | Arı balası Maya |
---|---|
Автор произведения | Вальдемар Бонзельс |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243512 |
– Tələsin də!
Mayanı maraq götürdü: görəsən, yuvadan kim çıxacaq? Arıcığaz çiçəyin lap kənarına gəldi, birdən üstünə böyük bir yağış damcısı düşdü. Qorxub tələsik üst-başını çırpdı. Bu zaman yuvadan qəhvəyi rəngli qəribə bir məxluq çıxdı. Onun yöndəmsiz bədəni, kiçik buynuzlu başı vardı. Pəncələri isə elə nazik idi ki, məxluq yavaş-yavaş hərəkət etməli olurdu. Özü də qayğılı görünürdü. Bu, çöl sisəyi* idi.
– Sabahın xeyir, əziz İfi! – böcək, axır ki, nəzakətlə danışdı, hətta elə bil azacıq arıqladı da. – Gecəni necə keçirdiniz? – Bir az susub əlavə etdi: – Əzizim!
İfi onunla laqeyd salamlaşdı.
– Bütün bunlar nəyə lazımdır, Kurt? Mən sizinlə görüşə bilmərəm. Bizim barəmizdə söz-söhbət gəzir!
Yazıq böcək məyus oldu.
– Mən başa düşə bilmirəm ki, bizim təzə-təzə möhkəmlənən dostluğumuz niyə başqa həşəratların dedi-qoduları ucbatından pozulmalıdır! Sizin onlarla nə işiniz var, İfi? Siz həmişə öz damınızın altında oturursunuz!
Ancaq İfi kədərlə və fikirli-fikirli gülümsədi:
– Siz heç nə anlamırsınız, Kurt! Bundan başqa, mənim qəti əmin olduğum məsələlər var. Təəssüflə onu da əlavə etməliyəm ki, siz mənim təcrübəsizliyimdən istifadə edib özünüzü mənə çəhrayı böcək kimi təqdim etmisiniz. Amma dünən ilbiz mənə məlumat verdi ki, siz peyinqurdusunuz! Ümidvaram ki, fərqi hiss edirsiniz? İlbiz sizi elə bir iş başında tutub ki, mən bu barədə heç danışmaq istəmirəm. Elə buna görə də münasibətimizi kəsmək fikrindəyəm!
Kurt pərtlikdən coşub-daşdı:
– Yox, mən heç nə anlamıram! İstəyirəm ki, mənə peşəmə görə sevgi bəsləməsinlər! Sizin üçün fərqi yoxdurmu ki…
– Əgər söhbət peyindən getməsəydi, – İfi təmkinlə sözə başladı, – mən çox şeylərə göz yumardım. Amma siz başa düşməlisiniz ki, ərini üç gün bundan əvvəl köstəbək yemiş cavan dul sisək özünü bacardığı qədər ciddi aparmalıdır. Odur ki, əlvida!
İfi bunu deyib cəld yuvasına girdi. Böcək elə axmaq vəziyyətdə qalmışdı ki, Maya istər-istəməz gülümsündü.
Nəhayət, o özünə gəlib bığları aşağı sallanmış başını qəzəblə buladı:
– Ürəksiz! Əfsus ki, beləsinin nə ağlı olur, nə də ürəyi!
Maya onun gözlərində yaş gördü, böcəyə yazığı gəldi. Birdən Kurt tərpənib irəli gəldi və göz yaşlarını silərək torpaq qalağının arxasında gizləndi. Bu qalağı, güman ki, köhnə rəfiqəsi öz yuvasından qazıb çıxartmışdı. Maya otların arası ilə balaca, çəhrayı bir yağış qurdunun getdiyini gördü. O gah dartınıb nazik və uzun şəklə düşür, gah da yığılıb gödək və yoğun olurdu. Bütün bədəni səssizcə bükülüb-açılan incə halqalardan ibarət idi. Kurt qurdun üstünə atılıb onu iki yerə böldü. Maya qorxdu. Böcək qurdun bir yarısını pəncələri ilə tutub yeməyə başladı, o biri yarısı isə hələ də yerdə qıvrılırdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
*
Sisək – cırcıramayabənzər həşərat növü
*
Sisək – cırcıramayabənzər həşərat növü