Aysu. Reyhan Yusifqızı

Читать онлайн.
Название Aysu
Автор произведения Reyhan Yusifqızı
Жанр
Серия Müasir Azərbaycan ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 9789952241167 



Скачать книгу

gəldi. Qərara aldılar ki, bir fövqəladə hadisə baş versə və Aysu onları çağırmaq istəsə, kətilin üstündəki qırmızı örtüyü bu pəncərədən asacaq, uşaqlar da onu görüb, tez özlərini yetirəcəklər. Yerdə oturub kart, domino oynadılar. Aysu tez-tez cığallıq edir, mübahisə etməyə başlayırdı. Amma uşaqların gözündən heç nə yayınmır, Aysunun bütün kələklərinin üstünü açırdılar. Vaxtın necə keçdiyini heç hiss etmədilər. Nəhayət, Leyla könülsüz ayağa qalxıb, Fəridə işarə etdi ki, getmək vaxtı çatıb. Onlar nərdivana tərəf yönəlmişdilər ki, həmin xorultu səsi daha bərkdən və uzun-uzadı eşidildi. Uşaqlar bir-birinə qısılıb sual dolu nəzərlərlə Aysuya baxdılar. Aysu bərkdən güldü:

      – Göyərçinlərdir. Neçə ildir bizim damda məskən salıblar. Özləri qəşəng olsalar da, səsləri əcaibdir.

      Fərid pərt oldu. Göyərçinlərdən qorxmaq lap axmaqlıq idi. Leyla vəziyyətdən tez çıxdı: “Sabah gələndə onları da bizə göstərərsən”, – dedi.

      Qonşu bağda

      İki gün keçdi. Uşaqlar nahardan sonra gəlib axşama kimi çardaqda oynadılar. Onlar Aysunun otağına təzə əşyalar gətirmiş, otağı bir az da bəzəmişdilər. Üçüncü gün Aysu yenə günortaya qədər evdəki işlərini gördü, paltarlarını yuyub sərdi, nahardan sonra uşaqları gözləməyə başladı. Amma onlar nədənsə ləngiyirdilər. Fikrindən keçdi ki, hasara dırmaşıb baxsın, ancaq uşaqların anasına söz verdiyini yadına salıb fikrindən daşındı. Bir azdan qapıda Fərid göründü:

      – Anam dedi ki, bu gün bizdə oynayın. Leyla səni gözləyir.

      Aysu bu gözlənilməz təklifdən çaşdı.

      – Sən get, mən bir azdan gələrəm.

      Aysu o yan-bu yana gəzinərək başını qaşıdı. Qonşu bağın səliqə-sahmanını, dairəvi gül ləklərini yadına saldı, nədənsə, özünü ora yaraşdırmadı. Yataq otağına keçib kamodu açdı, atasının keçən dəfə gələndə gətirdiyi çəhrayı güllü çit paltarı çıxarıb geyindi. Saçlarını yana darayıb, bir tərəfdən qulağının üstündə sancaqladı. Güzgüyə baxıb özündən razı halda otaqdan çıxdı. Həyət qapısından çıxanda nə yadına düşdüsə, ayağındakı köhnə çəkələklərə baxdı, qayıdıb onları da dəyişdi. Nənəsi ona baxıb qımışır, amma bir söz demirdi.

      Uşaqlar Aysudakı bu dəyişikliyi o saat hiss etdilər. Uşaq sadəlövhlüyü və səmimiyyəti ilə bütün fikirləşdiklərini söyləyərək, onun zövqünü bəyəndiklərini bildirdilər. Xüsusilə Leyla geyim və saç düzümü məsələlərində özünü bilən saydığından hamıdan çox danışırdı. Onlar pillələrlə ikinci mərtəbəyə qalxıb evin uşaq otağına getdilər. Çox da böyük olmayan bu otaqda hər şey təzə və qəşəng idi. Göy örtüklü iki çarpayı, onların yanında üstündə gecə lampası olan iki balaca kamod, divar boyu düzülmüş irili-xırdalı bir neçə şkaf, onların üstündəki əşyalar, oyuncaqlar, divarda şəkillər və başqa nə varsa, hamısı Aysunun xoşuna gəldi.

      Leyla ilə Aysu bağı dolaşıb çarhovuzun qırağında oturdular. Fərid gül ləklərinin arası ilə velosiped sürürdü. Onlardan bir az aralıda, çarhovuzun yanında Dori özünü günə verirdi. Deyəsən, təzə yurdu tısbağanın xoşuna gəlmişdi. Onun üstünə bir az su çilədilər ki, sərinləsin.

      – Ana, olar hovuzda çimək? – Leyla qışqıraraq anasından icazə istədi.

      – Qızım, hava bir az sərindir, soyuqlayarsınız.

      Leyla mübahisə etmədi. Qızlar ayaqlarını suya sallamaqla kifayətləndilər.

      Bir azdan ana onları şam yeməyinə çağırdı. Həyətdəki ağ masanın arxasında oturdular. Masanın üstündə kahı salatı, dərin qabda qarabaşaq, kotlet, pomidor, xiyar, holland pendiri, naringi şirəsi və alma piroqu vardı. Hər kəsin qarşısına iç-içə iki boşqab, stəkan, kağız salfet, qaşıq, çəngəl və bıçaq qoyulmuşdu. Aysu özünü itirdi; o, nədən başlamalı olduğunu bilmir, stol arxasında özünü düzgün aparmayacağından ehtiyat edirdi. O, uşaqların nədən və necə istifadə etdiyinə fikir verməyə başladı. Uşaqlar bir-biri ilə söhbət edərək, yeməklərini çox sərbəst yeyirdilər. Hər dəfə şirə içməzdən əvvəl salfetlə əllərini və ağızlarını silirdilər. Salatı yeyəndən sonra üstdəki boşqabları yığdılar. Kotleti çəngəllə götürüb, bıçaqla xırdaladılar. Pomidor-xiyarı da çəngəllə götürürdülər. Aysu danışmır, özünü gərgin hiss edir, tez-tez çaşır, çəngəllə bıçağın yerini səhv salırdı. Şirəni içməzdən əvvəl salfet ilə əlini silmək yadından çıxdığından, stəkanında yağlı əl və dodaq izləri vardı. Sonra çay gəldi. Alma piroqunu qəşəng dördkünc boşqablara qoyub, balaca çəngəllə yeməyə başladılar. Çayı nəlbəkiyə tökmədən xırda qurtumlarla içirdilər. Heç kim tələsmirdi. Yeyib qurtarandan sonra uşaqlar analarına “çox sağ ol” dedilər. Aysu da dedi. Sonra qabları yığıb mətbəxə apardılar. Aysu da belə elədi. O, qabağa düşüb qabını yumaq istədikdə Leyla qoymadı:

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEAYABgAAD/4QBORXhpZgAATU0AKgAAAAgABAMBAAUAAAABAAAAPlEQAAEAAAABAQAAAFERAAQAAAABAAAOw1ESAAQAAAABAAAOwwAAAAAAAYagAACxj//bAEMABQMEBAQDBQQEBAUFBQYHDAgHBwcHDwsLCQwRDxISEQ8RERMWHBcTFBoVEREYIRgaHR0fHx8TFyIkIh4kHB4fHv/bAEMBBQUFBwYHDggIDh4UERQeHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHv/AABEIBtwFVwMBIgACEQEDEQH/xAAfAAABBQEBAQEBAQAAAAAAAAAAAQIDBAUGBwgJCgv/xAC1EAACAQMDAgQDBQUEBAAAAX0BAgMABBEFEiExQQYTUWEHInEUMoGRoQgjQrHBFVLR8CQzYnKCCQoWFxgZGiUmJygpKjQ1Njc4OTpDREVGR0hJSlNUVVZXWFlaY2RlZmdoaWpzdHV2d3h5eoOEhYaHiImKkpOUlZaXmJmaoqOkpaanqKmqsrO0tba3uLm6wsPExcbHyMnK0tPU1dbX2Nna4eLj5OXm5+jp6vHy8/T19vf4+fr/xAAfAQADAQEBAQEBAQEBAAAAAAAAAQIDBAUGBwgJCgv/xAC1EQACAQIEBAMEBwUEBAABAncAAQIDEQQFITEGEkFRB2FxEyIygQgUQpGhscEJIzNS8BVictEKFiQ04SXxFxgZGiYnKCkqNTY3ODk6Q0RFRkdISUpTVFVWV1hZWmNkZWZnaGlqc3R1dnd4eXqCg4SFhoeIiYqSk5SVlpeYmZqio6Slpqeoqaqys7S1tre4ubrCw8TFxsfIycrS09TV1tfY2dri4+Tl5ufo6ery8/T19vf4+fr/2gAMAwEAAhEDEQA/APsuiiigANFBooAKKKKACiiigAooooAKKKKACm87zyMYGB3p1FAAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooqOZXbbskKYYE4A5HpzQBJRRRQAUUUUAFFFFABRRRQAUUUUAFFIzBQSTgUo5GaACg9KKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooADRQaKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKKKKACiiigAooooAKK