Bir dəqiqə axmaqlıq. Энтони де Мелло

Читать онлайн.
Название Bir dəqiqə axmaqlıq
Автор произведения Энтони де Мелло
Жанр
Серия Hikmət
Издательство
Год выпуска 0
isbn 9789952242935 



Скачать книгу

siz bunu etməlisiniz.

      – Mən niyə? Verən təşəkkür etməlidir, – Ustad dedi.

***

      Ustadın sosial təminat sisteminə münasibəti təəccüb doğururdu. O gah bunu qətiyyətlə müdafiə edir, gah da ona laqeyd yanaşırdı.

      Bu cür qeyri-sabit olmağına verdiyi izah da çaşqınlıq yaradırdı. O deyirdi:

      – Yaxşılıq etmək istəyən gərək bütün qapıları döysün. Sevən kəsə isə qapılar həmişə açıqdır.

      Şagirdlər mötəbər bir jurnalda Ustadın təliminin lağa qoyulduğunu eşidəndə məyus oldular.

      Ustad isə kefini pozmadan:

      – Heç kimin gülmədiyi bir şey həqiqi ola bilərmi? – dedi.

      – Aydınlanmış insan üçün, – Ustad dedi, – dünya mövcud olduğu vəziyyətdə də mükəmməldir.

      – Bəs bağban? – kimsə soruşdu. – O da mükəmməldir?

      Məbədin bağbanı qozbel idi.

      – Əgər onun həyatdakı qisməti budursa, onda bağban mükəmməl qozbeldir.

***

      Şagirdlər həyatda hər şeyin mükəmməl olduğunu heç cür qəbul edə bilmirdilər. Ona görə də Ustad daha aydın dildə izah etməli oldu:

      – Həyatımızın və hətta bizim günahlarımızın iplərindən Tanrı çox gözəl naxışlar toxuyub. Lakin biz bunu görmürük, çünki xalçanın yalnız astarına baxırıq.

      Bir qədər də lakonik şəkildə əlavə etdi:

      – Çoxlarının parıldayan daş parçası zənn etdiyində zərgər brilyant görür.

      Ustad deyirdi ki, insanın əzab çəkməyinin səbəbi onun dünyada dəyişdirilə bilməyən heç nəyin olmamasına inamındadır.

      Əsasən də bir nəfərin mağaza sahibinə dediyi bu sözləri xatırlatmağı sevirdi:

      – Mənə satdığınız radionun səslənmə keyfiyyəti çox yaxşıdır, ancaq mən onu başqası ilə əvəz etmək istərdim – daha maraqlı verilişlər yayımlayanla.

      – Sən məhz nəyi tapmağa can atırsan?

      – Rahatlığı, – ziyarətçi cavab verdi.

      – Öz eqosunu müdafiə etməyə çalışanlara əsl Rahatlıq təkcə narahatlıq gətirir.

      Ustad ona baxmağa və ondan xeyir-dua istəməyə gələn bir qrup dini fanatikə bic təbəssümlə demişdi:

      – Qoy İlahi Rahatlıq sizə heç vaxt rahatlıq verməsin!

      Səyahətdən qayıdan Ustad başına gələn və onun fikrincə, həyatın metaforası ola biləcək bir əhvalat danışdı:

      “Bir dəfə qısa müddətlik dayanacaq zamanı o, rahat bir kafeyə yollandı. Menyuda dadlı şorbalar, müxtəlif souslar və digər cəlbedici xörəklər vardı.

      Ustad şorba sifariş etdi.

      – Siz bu avtobusdansınız? – ofisiant qadın nəzakətlə maraqlandı.

      Ustad başı ilə təsdiqlədi.

      – Onda şorba yoxdur.

      – Bəs buğda bişirilmiş düyü və kerri sousu? – təəccüblənmiş Ustad soruşdu.

      – Əgər siz bu avtobusdansınızsa, yoxdur. Təkcə sendviç sifariş edə bilərsiniz. Xörəklərin hazırlanma-sına bütün səhərimi sərf etmişəm, sizinsə on dəqiqədən çox vaxtınız qalmayıb. Mən imkan verə bilmərəm ki, vaxtınızın darlığından dadını layiqincə qiymətləndirə bilməyəcəyiniz xörəyi yeyəsiniz”.

      Ustadda dəbdəbəlikdən əsər-əlamət yox idi. Onun nitqi elə hey qəfil və kəskin gülüşlərlə müşayiət olunurdu, bu isə dini məsələlərə və özünə ciddi yanaşanları karıxdırırdı.

      – Bu adam əsl kloundur! – məyus olmuş bir ziyarətçi bildirdi.

      – Yox-yox, – şagird etiraz elədi. – Sən əsas olanı başa düşməmisən: kloun səni məcbur edir ki, ona güləsən, Ustad isə özün özünə.

      – İlahi qüvvənin varlığına inanmağı necə öyrənmək olar?

      – İlahi qüvvəyə inanmaq, – Ustad cavab verdi, – cibində qara qəpik olmadan bahalı restorana gedib özünə bir düjin dəniz ilbizi sifariş vermək və sonra da onların arasında yeməyin pulunu ödəmək üçün mirvari tapacağına ümid etməyə bənzəyir.

      Ustadın hər cür sitayişlərə laqeyd münasibəti şagirdləri heyrətləndirirdi.

      – Özünüzə sitayiş üçün bir obyekt tapın və o sizi, həqiqətən, vacib olandan – məhəbbətə aparan şüurdan yayındıracaq – deyə Ustad təkrarlamağı sevirdi.

      Sözlərinin sübutu kimi “Allah, Allah!” deyə qışqıran, amma bu zaman tamamilə şüursuz olaraq pislik edən adamları qınayan İsanı misal gətirirdi.

      Şagird Ustada pərəstiş edir və onu Tanrının həqiqi təcəssümü sayırdı.

      – Mənə izah et, Ustadım, – o soruşdu, – sən bu dünyaya nə üçün gəlmisən?

      – Sənin kimi axmaqlara vaxtlarını Ustadlara pərəstiş etməklə boş yerə itirməməyi öyrətmək üçün.

***

      Bir dəfə Ustad ona çox böyük ehtiram bəsləyən şagirdə banan verdi, şagird isə bu hədiyyəyə elə həyəcanla yanaşdı ki, onunla nə edəcəyini də bilmədi.

      Ustada bu haqda xəbər verəndə özünəxas açıqlıqla dedi:

      – O axmağa deyin ki, onu yesin.

      Təzə şagird yoldaşlarının birindən soruşdu:

      – Nəyə görə məbəddə Ustadın yanında yaşamağım mənə, demək olar ki, heç nə vermir?

      – Bəlkə, bu, ona görə belədir ki, sən məbədə ondan mənəvi keyfiyyətlər əxz etməyə gəlmisən?

      – Bəs deyə bilərsənmi, sən özün bura nə üçün gəlmisən?

      – Onun səndəllərini necə bağladığına baxmaq üçün.

***

      Ustadın ən adi işləri necə yerinə yetirməsini – oturmasını, yaxud gəzməsini, çay içməsini, ya da milçək qovmasını müşahidə etmək maraqlı idi. O hər şeyi qəribə bir zərifliklə edirdi və adama elə gəlirdi ki, Ustad Təbiətlə elə bir harmoniyadadır ki, sanki bu hərəkətləri o deyil, Kainatın özü yerinə yetirir.

      Bir dəfə ona banderol gəldi. Şagirdlər sanki tilsimlənmiş