Robinzon kruzo. Даниэль Дефо

Читать онлайн.
Название Robinzon kruzo
Автор произведения Даниэль Дефо
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952240474 



Скачать книгу

düzəltmişəm. Amma bu iş mənim çox vaxtımı və gücümü aldı. Var-yoxumun hamısını birtəhər daşıyıb hasarın içinə yığdım. Sonra yağışdan qorunmaq üçün gəmidən gətirdiyim brezentlə iri bir çadır da qurdum.

      Mən artıq yerdə deyil, çox rahat bir tor yelləncəkdə yatırdım. Yağışdan xarab ola biləcək hər şeyi çadıra daşımışdım. Bu işləri başa çatdırdıqdan sonra çəpərdə qapı kimi saxladığım dəliyi də bağladım. İndi öz qalama nərdivanla girib-çıxırdım.

      Bir gün göy guruldadı, güclü şimşək çaxdı. Bu məni çox qorxutdu, çünki ildırım gətirdiyim barıtı partlada bilərdi. Barıt isə mənə çox lazım idi. Odur ki onu hissələrə bölüb ayrı-ayrı torbalara yığdım.

      Bütün bu müddət ərzində hər gün azı bir dəfə əlimə tüfəng alıb ov vurmaq və adanı daha yaxından tanımaq üçün evdən çıxırdım. Elə birinci gün məlum oldu ki, buralarda çoxlu vəhşi dağkeçisi yaşayır. Mən tezliklə bu cəld heyvanları ovlamağı öyrəndim.

      Doğrusu, vəziyyətim özümə çox ağır gəlirdi. Nə üçün mənim başıma belə ağır müsibətlər gəlirdi? Amma içimdən gələn bir səs sanki mənə deyirdi: "Düzdür, sənin vəziyyətin ağırdır, sən yalqızsan. Halbuki siz on bir nəfər idiniz. Onların hamısı məhv oldu. İndi fikirləş, gör kimin vəziyyəti daha ağırdır".

      Günlər ötdükcə gəmidən gətirdiyim hər şeyin mənim üçün nə qədər əhəmiyyətli olduğunu dərk edirdim. Adaya düşdüyüm vaxtdan on-on iki gün keçmiş birdən ağlıma gəldi ki, belə getsə, ayın-günün hesabını itirərəm. Odur ki ilk sahilə çıxdığım yerdə bir ağac basdırdım və başına taxta parçası mıxlayıb üzərində yazdım: "Mən 1659-cu il sentyabrın 30-da ilk dəfə bu adaya ayaq basmışam". Ağacın üzərində hər gün cizgilər atırdım, hər altı gödək cizgidən sonra bazar gününü bildirən bir uzun cizgi atırdım.

      Mən gəmidən çox şey daşıyıb gətirmişdim. Bunların arasında mürəkkəb, qələm, kağız, kompas, müşahidə boruları, xəritələr, kitablar var idi. Bundan başqa, mənim öz şeylərimin içindən İncilin üç gözəl nüsxəsi çıxdı. Gəmidə həmçinin iki pişiyimiz və bir itimiz də var idi. Pişikləri salın üstündə gətirmişdim. İt isə mənim dalımca özü üzüb gəlmişdi. Bu it çox illər mənim etibarlı dostum və köməkçim oldu.

      Mən vəziyyətimi təhlil edib nəyin pis və ya yaxşı olduğunu qarşılaşdıraraq dəftərdə qeydlər aparırdım. Əvvəllər mən hər dəqiqə dənizə baxır və bir gəmi görəcəyimə ümid bəsləyirdim. İndi isə mən bu mənasız işdən əl çəkmişdim, bütün diqqətimi öz yaşayışımı mümkün qədər asanlaşdırmağa yönəltmişdim.

      Adada yırtıcı heyvanların yaşamadığına və heç bir təhlükə olmadığına əmin olduqdan sonra mağaranı genişləndirdim. Sonra mənə lazım olan ev əşyalarını düzəltməyə başladım. Özümə stol-stul düzəldə-düzəldə xarratlığı əməlli-başlı öyrəndim. Əlimə düşən xırda-xuruş şeyləri yığmaq üçün divarboyu rəflər düzəltdim. Tüfənglərimi asmaq üçün divara asılqan da vurdum. Hər kim mənim mağarama girsə, buranı ən vacib şeylərin saxlandığı anbar hesab edərdi. Bu anbara baxmaq mənə, həqiqətən, ləzzət verirdi. Çünki burada nümunəvi bir səliqə hökm sürürdü.

      Bir gündəlik düzəldib hər şeyi ora yazmağı qərara aldım.

      Gündəlik

      30 sentyabr 1659-cu il. Gəmimiz açıq dənizdə qorxunc fəlakətə uğradı. Gəmidəki insanların hamısı isə məhv oldu. Mən bədbəxt Robinzon Kruzo isə Ümidsizlik adası adlandırdığım bu lənətə gəlmiş adanın sahilinə gəlib düşdüm. Mən yarımcan bir vəziyyətdə idim. Həmin gün çox ağladım, taleyimdən şikayətləndim. İrəlidə məni ancaq ölüm gözlədiyini fikirləşirdim. Düşünürdüm ki, məni ya yırtıcı heyvanlar parçalayacaq, ya da ki acından məhv olacam.

      1 oktyabr. Yuxudan ayılanda gördüm ki, gecə dalğalar gəmimizi sahilə çox yaxın gətirmişdir. Bu, bir tərəfdən yaxşı idi. Çünki mən külək dayanan kimi gəmiyə gedib özümə lazım olanları tədarük edə bilərdim. Digər tərəfdən isə düşündüm ki, gəmini tərk etməsəydik, hamımız xilas ola bilərdik, bir yerdə gəmi parçalarından qayıq düzəldib insan yaşayan bir torpağa gedib çıxa bilərdik. Bu fikirlər mənə rahatlıq vermirdi. Dənizdə su çəkilməyə başlayan kimi mən gəmiyə yollandım. Həmin gün axşama qədər yağış dayanmadı, amma külək tam sakitləşmişdi.

      1–11 oktyabr. Bütün bu günlər ərzində mən gəmidən gətirilməsi mümkün olan bütün lazımi şeyləri sahilə daşımaqla məşğul idim.

      12 oktyabr. Düzəltdiyim sal çevrildi və mənim bütün yüküm batdı. Amma dayaz yer olduğu üçün dənizdə su çəkilməyə başlayanda mən onların çoxunu çıxara bildim.

      13 oktyabr. Bütün gecəni və gündüzü yağış yağdı, külək əsdi. Bu gecə gəmi parçalanıb dağılmışdı. Mən öz şeylərimi yağışdan qorumaqla məşğul idim.

      26 oktyabr. Yaşayış üçün yer axtardım. Bir təpənin yamacında əlverişli yer tapdım. Burada bir yarımdairə cızıb onu paya ilə ikicərgəli hasara aldım.

      26–30 oktyabr. Xeyli işləmişəm, güclü yağışa baxmayaraq, bu müddət ərzində şeylərimin hamısını yeni mənzilə daşımışam.

      31 oktyabr. Ətrafı daha yaxından tanımaq və bir ov vurmaq üçün səhər tezdən adanı gəzməyə çıxdım. Bir dişi keçi vurdum. Onun oğlağı dalımca düşüb gəldi. Lakin mən onu da kəsməli oldum, çünki çox körpə idi, anasız olduğu üçün başqa yeməklər yeyə bilmirdi.

      1 noyabr. Mağaranın altında çadır qurdum. Gəmidən gətirdiyim yelləncəyi payalara bərkidib ilk dəfə onun üstündə yatdım.

      2 noyabr. Bütün yeşikləri və taxtaları çadırımın ətrafına yığdım.

      3 noyabr. Tüfəng götürüb gəzdim. Ördəyəoxşar bir quş vurdum. Əti çox ləzzətli idi. Nahardan sonra stul düzəltməyə başladım.

      4 noyabr. Vaxtımı lazımi qaydada böldüm, fiziki iş, ov etmək, yatmaq və əylənmək üçün müəyyən saatlar ayırdım. Səhərlər yağış olmayanda tüfəngimi götürüb iki-üç saat adanı gəzirəm, sonra saat on birə qədər işləyirəm, sonra əlimə düşəndən səhər yeməyi hazırlayıb yeyirəm, on ikidən ikiyə qədər yatıram, ikidən sonra yenə də işləməyə başlayıram. Son iki gündə bütün iş vaxtımı stul düzəltməyə sərf etmişəm. Dülgərlikdə əvvəllər heç bir təcrübəm olmasa da, ehtiyac məni hər şeyin ustası etmişdir.

      5 noyabr. Bir vəhşi pişik vurdum. Əti heç nəyə yaramırdı. Dərisi isə çox yumşaq idi. Vurduğum heyvanların dərisini soyub anbara yığırdım. Sahilboyu müxtəlif quşlar gördüm.

      6 noyabr. Səhər gəzintisindən sonra mən stolumu hazırlayıb qurtardım. Amma xoşuma gəlmir. Lakin dülgərlikdə artıq ustalaşmışam.

      7–12 noyabr. Havalar açılır. Neçə vaxtdır ki, günümün yarısını stolu yenidən hazırlamağa sərf edirəm.

      13 noyabr. Bu gün yağış yağdı, hava xeyli sərinlədi. Daim göy guruldayırdı. Mən barıt ehtiyatımın alışmasından qorxurdum. Barıtı xırda hissələrə bölməyi qərara aldım ki, hamısı birdən partlamasın.

      14–16