Название | Dalğa |
---|---|
Автор произведения | Светлана Туран |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8360-2-8 |
Svetlana Turan. Dalğa.
Bakı, “Köhlən” nəşriyyatı, 2019.
© Svetlana Turan / 2010
© Köhlən Nəşriyyatı / 2019
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
055 3599923 / 050 2229511
ISBN 978-9952-8360-2-8
Bütün hüquqlar qorunur.
İcazəsiz olaraq hər hansı
şəkildə yayımlanması QADAĞANDIR
Dalğa
Azərbaycan Dövlət Neft Akademiyasında
30 aprel 2009-cu il terror aktı zamanı
dünyasını dəyişənlərin əziz xatirəsinə
Bir
Yenə nə səsdi? Yatacaqdım axı. Deyəsən, telefon-dur…
– Alo? Əlbəttə, mənəm. Məndən başqa bu evdə kim yaşayır ki? Demişdim sənə, yadından çıxıb? Bu gün onu görməyə gedəcəyəm. Niyə ki? Səndən soru-şuram, niyə getməyim? Alo! Niyə belə həyəcanlısan? Narahat olma, çarpayıdayam, yıxılsam da, əzilmərəm. Nə hadisə? Ola bilməz…
Dəstək əlimdən düşdü, elə bil əlim yoxa çıxdı, İm-ranın səsi hələ də gəlirdi, sanki iflic olmuşdum, əlimi tərpədib dəstəyi götürmək istəyirdim. Bəlkə, ona heç nə olmayıb? Başımda fikirlər bir-birilə çarpışırdı…
Dəstəyi əlimə birtəhər aldım:
– Bəs o?
İmran susurdu… Artıq başa düşdüm.
– Yaxşı, İmran, heç nə demə. Bilirəm…
Özümü öldürmək düşüncəsi ağlımdan bir qığılcım kimi keçdi. Keçdi və söndü. Günahdır.
İki
I
Hər şey mağazada başlamışdı. Mənim üçün başla-mışdı. Saat on bir olardı. İmran demişdi ki, Cəfər Cab-barlının adını daşıyan meydanın yanındakı binanın al-tında yaxşı ətriyyat dükanı var, həmin dükandan ətri alıb çıxanda əlimdəki pullar yerə töküldü, əyildim ki, götürüm. İçəri keçmək istəyən üç qız mənim qapının kandarından keçməyimi səbirsiz halda gözləyirdilər. Bu qəpik-quruş da ki…
Pulları yerdən yığıb ayağa qalxanda birinci onu gördüm. Çox qəribədir, bəs bu qızın burnu hanı? Qəri-bə idi, əslində, onun burnu vardı, amma həm də yox idi. Görəsən, niyə mən həmişə insanlara baxanda on-larda heç kəsin görmədiyi qeyri-adi bir şeyi görürəm?
O qədər diqqətlə baxırdım ki, həm də eyni zaman-da, elə fikrə dalmışdım ki, qızlara içəri girməyə imkan vermədiyimi unutmuşdum. Qızlardan biri (o yox) hirslə dilləndi:
– Çəkil də, səni hələ çox gözləyəcəyik?
– Bağışlayın.
Onlara yol verdim. Görəsən, yenə içəri girib ona daha diqqətlə baxım?
Qərar vermək mənim ən ağrılı yerimdir. Nəyisə qə-rara alana qədər, o qədər çox vaxt itirirəm ki…
Bir də gördüm artıq dükandan çıxırlar. Profildən baxanda burnu vardı, amma yastı idi, çox yastı idi, ona görə də əvvəl görəndə mənə elə gəlmişdi ki, burnu heç yoxdur. Ötüb keçdilər, mən isə… mən elə dükanın qarşısında qalmışdım, görəsən, niyə onu izləmədim? Bəlkə, yenə bu dükana gələcək? İçəri keçib satıcıdan o qızların bura tez-tez gəlib-gəlmədiyini soruşmaq istə-dim, amma “Mənə güləcəklər”, – deyə düşündüm.
Yaxşısı budur, gedim evə. Bir dəfə də belə olmuş-du. İmtahanda müəllimimiz xəstələnmişdi, onu baş-qası əvəz edirdi, növbə mənə çatanda ona yaxınlaşdım. Arxa sırada oturduğum üçün müəllimə heç baxmır-dım. İndi gözümün önündə idi, bəs müəllimin ağzı ha-nı? Səs gəlir, amma ağız yoxdur. İmrana deyəndə bərkdən gülmüşdü.
– Dəlisən? Necə yəni ağzı yox idi? Bəs o boyda pro-fesssor necə danışırdı? Yəqin, qorxudan özünü itirmi-sən.
O vaxtdan insanlarda gördüyüm qəribəlikləri heç kəsə danışmıram, mənə şübhəylə baxanda heç xoşuma gəlmir. Düzdür, İmrandan incimədim, amma anladım ki, bəzi şeyləri ancaq özümlə müzakirə etməliyəm.
Uşaqlıqda da belə idi, anamın mənimlə danışmağa vaxtı heç olmazdı, başı elə özünə qarışıq idi. Uzun illər ötüb o vaxtdan, amma anamın vərdişləri, xasiyyəti heç dəyişilməyib. Həftədə bir dəfə zəng edir, əhvalımı so-ruşur, pulumun bitib-bitmədiyini xəbər alır, vəssalam. Bəzən sağollaşmadan dəstəyi asır. Telefon xəttinin qı-rıq-qırıq səsləri anamın yerinə üzr istəyir.
Hanı bu açar? Yoxsa pullarla birlikdə düşürmü-şəm? Hə, budur.
Yenə ev. Gərək bir az gəzəydim, evə gələndə ürə-yim sıxılır. Görəsən, Sevil xalanın ürəyi sıxılır mənim evimi təmizləyəndə? Hey deyirəm soruşum, amma çə-kinirəm. Bir də ki, yəqin, onun da cavabı İmranınkın-dan fərqlənməyəcək.
Buna bax, yenə kibritin yerini dəyişib. Allah bilir, indi hara qoyub. Məni hirsləndirməkdən zövq alır, de-yəsən. Necə deyirdi keçən gün? “O qədər sakitsən ki, ay oğul, elə bilirəm, səni bu sakitlikdən heç nə çıxara bilməz. Kibrit bəhanədir, elə bilmə, səni əsəbiləşdir-mək üçün edirəm. Yox. Səni elə-belə yoxlayıram”. Sonra da gülümsəyir.
Heç sənin və ya başqalarının mənim içimdən xəbəri var? Sakit olub-olmadığımı haradan bilirsən? Heç İm-ran da məni axıracan tanımır. Heç mən özüm də…
Çay çox acı oldu.
Görəsən, onu bir də görəcəyəm?
Tıq-tıq… Tıq-tıq…
Heç kəs yoxdur axı. Bəs niyə mən taqqıltı eşitdim? Nəyə istəsən and içərəm, qapı idi. Yuxudan boş-boşu-na ayıltdılar. Bəlkə, heç qapı deyilmiş?
Uşaq olanda taqqıltı səsləri məni narahat edirdi. Deməzdim ki, taqqıltıdan qorxurdum. Sadəcə, nara-hat olurdum. Babam zarafat edərdi:
– Hər taqqıltıdan qorxursan, bəs əsgər olanda ney-ləyəcəksən?
Babam indi sağ olsaydı, deyəcəkdi ki, necə kişisən ki, əsgər olmamısan.
Hə… Əsgər ola bilmədim. Nə illah elədim, apar-madılar.
Gedim, bir havada gəzim. Çörək də almaq lazım-dır.
Eh, yenə oturub burda. Gəl, indi çıx caynağından.
– Salam, a qonşu, necəsən? Görsənmirsən? Elə de-yirəm, səninlə bir söhbətləşim, heç çıxmırsan qarşıma. Nə var, nə yox?
– Sağ olasınız, yaxşıyam.
– Deyirəm, sən savadlı adamsan, cavan oğlansan, başın çıxar bu işlərdən.
Yenə nə mırıldayır, görəsən? Əlinə keçəni tutur söhbətə, heç bir bəhanə təsir etmir. Belələrinə “çənə” deyənə afərin. Bilir ki, zəhləm gedir ondan. Elə bil acı-ğa özünü mənimlə dostyana aparır. Baxanda Tahirə otuz yaş verərsən, amma yaşı, əslində, daha çoxdur. Bu boyda məhəllədə heç kəs onun yaşını bilmir. Zarafat-yana deyirlər ki, dinozavrların dövründən qalıb. Hamı bir də onu pıçıldayır ki, əsl adı Tiqran olub, özü də er-mənidir, amma hələ Sovetlərin vaxtında pasportunu, adını, soyadını, hətta milliyyətini də dəyişdirib. İndi, guya, azərbaycanlıdır, adı da ki, Tahir.
– Səninləyəm ey, a qonşu. Bax belə vəziyyətdə sən nə cavab verərdin?
Hə, indi gərək Tahirin özü kimi