Qızıl gül olmayaydı. Rəsul Rza

.

Скачать книгу
Читать онлайн

Qızıl gül olmayaydı


Год выпуска 0

isbn

Автор произведения Rəsul Rza

Жанр

Серия

Издательство Аудиокитаб ООО


R.Rzanın yaradıcılığında «Qızılgül olmayaydı» poeması xüsusi yer tutur. Poema Azərbaycanın digər görkəmli şairi, repressiya qurbanı Mikayıl Müşfiqə həsr olunmuşdur. Əsər həyatdan vaxtsız getmiş şairə böyük məhəbbətlə qələmə alınmışdır. Müəllif vaxtilə dostluq etdiyi və yaxından tanıdığı M.Müşfiqin həyatının ayn-ayn məqamlarını təsvir edərək onun dolğun obrazını yaratmışdır. Əsərdə baş qəhrəman M.Müşfiqin adı az çəkilsə de, onun portreti əwəldən axıradək poemanı mütaliə edən oxucunun gözləri önündə qalır. Poema bütünlüklə təhkiyə formasında qələmə alınıb. M.Müşfıqin sevimli həyat yoldaşı Dilbərlə söhbətdə müəllif dərin nisgil və kədərlə keçmişini yada salır. Xatirələr, yaşanmış illər kinolenti kimi onun gözləri önündən gəlib keçir. Xatirələrin mərkəzində M.Müşfıq dayanır. Müəllif onunla «Gənc işçi»də tanış olduğunu söyləyir. Onlann «könüllərinin gözü də, qəlblərinin içi də bir-birinə tez məhrəm olur». Beləcə, iki söz adamın dostluğunun təməli qoyulur və sonralar bu dostluq «şeirin səsi, şeirin nəfəsi, şeirin duzu ilə» bərkiyir. Poeziyaya olan böyük məhəbbət onlann mənəvi ehtiyacını ödəyir.