Dahi Nizaminin aforizmləri, onun ağıl və idrak haqqında dediyi sözlər orta əsr qaranlıqları içərisindən sönməz günəş kimi dünyaya işıq salır. Bu kitabı Nizami təliminin ancaq bir hissəsi kimi qiymətləndirmək lazımdır. Şübhəsiz, bu da öz məzmunu etibarilə həm gənclərimizin tərbiyəsi işində böyük əhəmiyyətə malikdir, həm də müxtəlif münasibətlərdə Nizami əsərlərinə isnad edən tədqiqatçılar üçün faydalıdır.