Romanda da yazıçı SafAğ elmini ODƏR dilində dərk etməyə çağırır. Onun inamına görə təhrif olunmuş adların bərpası millətin qurtuluş simvoludur. Təhrif olunmuş tarix bizim gələcəyimizin təhrif olunmasına gətirib çıxardır. Ona elə gəlir ki, keçmişin təhrifləri gələcəyin təhrifi olur. Fal kitabında olduğu kimi, keçmiş gələcək zamanı proqramlaşdırır. Oxucular bu əsərlə Azərbaycanın aşıq ədəbiyyatına fərqli prizmadan baxmağa dəvət olunur…