Ştefan Svayq

Список книг автора Ştefan Svayq



    Məcburiyyət

    Ştefan Svayq

    "Ferdinand rəssamdır, müharibəyə görə ölkəsini tərk edərək İsveçrəyə sığınıb. Bu sakit, qansız-qadasız ölkənin füsunkar təbiətində öz yoldaşı, palitra və fırçası ilə xoşbəxt həyatını sürür. Qəfil bir gün eyvanda poçtalyonun onların evinə tərəf gəldiyini görür. Bütün bədəninə əsməcə düşür. Bəli, qorxduğu başına gəlir – müharibəyə aparılmaq üçün yenidən tibbi müayinədən keçməyə dəvət olunur. Ferdinand dilemma qarşısında qalır: əqidəsinə sadiq qalıb müharibəyə getməsin, yoxsa iradəsinin əksinə davranaraq vətənini bu dar günündə tək qoymasın? Yoldaşı Paula da bir qadın dəyanəti ilə onu müharibəyə getməkdən çəkindirir, öz azadlığını əldən verməməsini istəyir. Bu isə Ferdinandı daha da çətin vəziyyətə salır. Qatı müharibə əleyhdarı olan Svayq “Məcburiyyət” novellasında bir daha mücərrəd, qarmaqarışıq insan psixologiyasını sərrast, ekspressiv cümlələrlə ifadə edərək onu kağız üzərində təcəssüm elətdirir."

    Möcüzəvi gecə

    Ştefan Svayq

    "İnsanın həyəcansız, şövqsüz yaşam tərzi üzündən kiflənmiş daxili dünyasını darmadağın edib, ona yeni, məsud bir həyat bəxş edən nə ola bilər? Ailəsi ona böyük miras qoyduğundan baron R. istədiyi kimi gəzib-dolanır, öz kefindən qalmırdı; gənclik qayğılarının, demək olar, hamısından azad idi. Bu həyat aram-aram, hiss etdirmədən onu düşkün bir adama çevirirdi, özünün də dediyi kimi: “ürəyimdən keçən hər şeyi həyat mənə bəxş etdiyi və mənim də ondan umduğum heç bir şey olmadığı üçün belə yaşayış yavaş-yavaş mənə darıxdırıcı və sönük gəlməyə başlayırdı”. Amma bir gün qatıldığı at yarışı onun bütün həyatını dəyişdi. Buz bağlamış ruhuna gün işığı düşdü və keyləşmiş duyğuları cuşa gəldi. Svayq novella boyu dramatik bir dillə insan psixologiyasının anbaan necə dəyişdiyini göstərir…"